«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Putinə qarşı nasizmin dirçəldilməsi ittihamı ilə iddia qaldırılıb

Tarix: 11-02-2024 18:15 | Bölmə: Rezonans | Baxış: 107
Putinə qarşı nasizmin dirçəldilməsi ittihamı ilə iddia qaldırılıb

"Rusiya prezidentinin bəyanatında Beynəlxalq Hərbi Tribunalın hökmü tərəfindən müəyyən edilən cinayətlərə haqq qazandırılıb..."
 
Rusiya Federasiyası İstintaq Komitəsinə vətəndaş Vladimir Putinə qarşı ağırlaşdırıcı halda törətdiyi cinayətə görə məsuliyyətə cəlb edilməsi tələbilə şikayət daxil olub.
 
Bəyanat Rusiyanın "Komitə-2024" müxalif siyasətçilər birliyinin sədri Sergey Antonov tərəfindən yazılıb.

Məlumatı "gazeta.ua" nəşri yayıb.
 
İstintaq orqanlarına müraciətdə Putinin amerikalı jurnalist Taker Karlsona müsahibəsindən Rusiya Federasiyası Cinayət Məcəlləsinin "nasizmin reabilitasiyası" 354.1 maddəsinin təsirinə düşən iqtibas gətirilib:
 
"Polyaklar şitini çıxardılar və Hitleri ikinci dünya savaşına başlamağa vadar etdilər...Nədən ikinci dünya savaşı 1 sentyabr 1939-cu ildə məhz Polşadan başlayıb? Çünki o, yola gəlməyib və Hitlerin öz planlarını həyara keçirərkən savaşı Polşadan başlamaqdan savayı yolu qalmayıb".
 
Antonovun sözlərinə görə, Putinin bu sözlərində Beynəlxalq Hərbi Tribunalın hökmü tərəfindən müəyyən edilən ciyanətlərə haqq qazandırlıb və bu sözlər öz xidməti vəziyyətindən istifadə edən şəxs tərəfindən səsləndirilib və kütləvi informasiya vasitələrilə yayılıb.
 
Siyasətçi "müəyyən edilən müddətlərdə istintaqdan öncə yoxlamanın aparılması və vətəndaş Putinin məsuliyyətə cəlb edilməsini" xahiş edir. "Komitə-2024"-ün sosial şəbəkələrində müsahibənin müvafiq hissəsi dərc edilib.
 
"Bəyanat qeydə alınıb, nömrələnib. Görək, Rusiya İstintaq Komitəsi vəziyyətdən necə çıxacaq", - Antonov jurnalistlərə məlumat verib.
 
"Komitə-2024" xaricdə Rusiyada hakimiyyətin qəsb edilməsinə qarşı çıxan rusiyalı müxalif siyasətçilərin birliyidir.
 
Vladimir Putinin Rusiya prezidentliyinə namizədliyinin irəli sürülməsinə dəstək imzalarının toplanması zamanı "Komitə-2024" pozuntularla bağlı Rusiya Mərkəzi Seçki Komissiyasına 320 şikayət verib, onların hamısı görməzdən gəlinib.
 
Sergey Antonov siyasi texnoloqdur, "Azad Udmurtiya" hərəkatının üzvüdür. 2022-ci ildə Rusiya Dirçəliş Partiyasından Udmurtiyanın rəhbəri vəzifəsinə namizədliyini irəli sürüb.
 
Lakin seçki kampaniyasının gedişində pozuntulara istinad edərək namizədliyini geri götürüb. Bundan sonra təqiblərdən ehtiyat edərək ölkəni tərk edib.

Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024