«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
"Azərbaycan razılaşmaları pozur və qonşularına hücum edə bilər..." - Paşinyan

Tarix: 12-02-2024 17:25 | Bölmə: Rezonans | Baxış: 136
Azərbaycan əldə edilmiş razılaşmaları pozur və qonşularına hücum edə bilər - Paşinyan

Ermənistan baş naziri Nikol Paşinyan Britaniyanın The Telegraph qəzetinin müxbiri Roland Olifanta müsahibəsində bildirib ki, Azərbaycanla sülh müqaviləsi Bakının təqsiri ucbatından yubanır.

Xüsusən, Bakı Ermənistanın ərazi bütövlüyünü tanımaqdan imtina edir, baxmayaraq ki, 2022-ci ilin oktyabrında Praqada keçirilən görüşdə Ermənistan və Azərbaycanın 1991-ci il tarixli Alma-Atı Bəyannaməsi əsasında bir-birinin ərazi bütövlüyünü, yəni həmin vaxt mövcud olan sərhədləri tanıması prinsipini təsdiq ediblər.

Oktyabrın 31-də Rusiya prezidenti, Azərbaycan prezidenti və Ermənistan Baş Nazirinin Üçtərəfli Bəyanatı imzalanıb, bu sənəddə Ermənistan və Azərbaycan yazılı şəkildə bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıdıqlarını və güc tətbiqindən və ya güc tətbiqi təhdidindən çəkindiklərini bəyan ediblər.

Bu razılaşma kommunikasiyaların və yolların ölkələrin suverenliyinə və yurisdiksiyasına hörmət çərçivəsində açılacağı prinsipinin formalaşdırılması üçün əsas olub və bu prinsip 14 may və 15 iyul tarixlərində Brüsseldə keçirilən üçtərəfli görüşlərdə qeydə alınıb.

"Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin arxitekturası və prinsipləri razılaşdırılıb və ötən ilin sonlarında bizə elə gəlirdi ki, yekun müqavilənin mətninin qəti şəkildə razılaşdırılmasına çox yaxınıq, lakin əvvəlcə Azərbaycan üç dəfə müxtəlif formatlarda danışıqlarda iştirakdan imtina edib, bundan sonra Azərbaycanda prezident seçkiləri təyin edilib".

"Ermənistan hökumətinin regionumuzda sülh yaratmaq və Azərbaycanla yuxarıda qeyd edilən razılaşmalar əsasında sülh müqaviləsi bağlamaq üçün siyasi iradəsi var",- deyə Paşinyan bildirib.

Yanvarın 10-da prezident Əliyev verdiyi müsahibədə sovet hərbi xəritələri əsasında delimitasiya aparmağa razılaşmadığını, Azərbaycanın hələ bir çox əraziləri itirmədiyi daha erkən dövrə aid xəritələrdən istifadə etmək istədiyini bildirib. 
Yerevan bu bəyanatı necə qiymətləndirir? - sualına cavabında Paşinyan deyib ki, "bu, sülh prosesinə zərbədir, çünki Ermənistan və Azərbaycan arasında üçtərəfli və dördtərəfli formatda yazılı olaraq hər iki ölkənin Alma-Atı Bəyannaməsi əsasında bir-birinin ərazi bütövlüyünü tanıması haqqında razılaşma əldə olunub.

"Azərbaycan beynəlxalq öhdəliklərini yerinə yetirməsə, istənilən qonşu ölkələyə hücum edə bilər",- deyə Paşinyan bildirib./turan

Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024