«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Bəxtiyar Hacıyevin həbsdən müraciəti yayıldı: "Navalnının qəfil ölümü..."

Tarix: 19-02-2024 12:50 | Bölmə: Rezonans | Baxış: 96



“Siyasi məhbus Bəxtiyar Hacıyev məhbəsdə müraciət hazırlayıb, sosial şəbəkələrdə yayılması məqsədilə “Müdafiə Xətti”nə göndərib”.

Bu barədə “Müdafiə Xətti” hüquq müdafiə təşkilatının icraçı direktoru Rüfət Səfərov öz sosial şəbəkə hesabında yazıb.

O sözügedən müraciəti də dərc edib. Müraciətdə deyilir:

“Aleksey Navalnının qəfil ölümü dünyanın hər tərəfində azadlıq, ədalət və demokratiya uğrunda mübarizə aparan səxslər kimi məni də dərindən sarsıtdı. Onun ailəsinə, yaxınlarına və komanda üzvlərinə başsağlığı verirəm. 

Eyni zamanda, Ursula fon der Lyayen kimi bəzi Qərb rəsmilərini həm avtoritar rejimlərlə mübarizə cəsarəti göstərən siyasi məhbusların azadlığının və təhlükəsizliyinin qorunmasına çağırış etməsi, həm də jurnalistlərin, hüquq müdafiəçilərinin, ictimai fəalların həbslərdə ağır şəraitdə saxlanmalarına səssiz qalaraq bu avtoritar rejimləri “etibarlı tərəfdaş” adlandırması ükiüzlülüyünə son verməyə çağırıram. 

Heç kim zəmanət verə bilməz ki, Rusiyadakı faciə və qətl başqa avtoritar ölkələrdə təkrarlanmayacaq. Navalnının ölümündə Kreml hərəkətlərinə görə məsuliyyət daşıdığı qədər Qərb liderləri də hərəkətsizliyinə görə mənəvi məsuliyyət daşıyırlar!”

Xatırladaq ki, Bəxtiyar Hacıyev 2022-ci ilin dekabrın 9-da xuliqanlıq və məhkəməyə hörmətsizlik ittihamı ilə həbs edilib.

Dekabrın 15-də Hacıyev azadlığa buraxılması tələbi ilə aclıq aksiyasına başlayıb. O, ictimaiyyət nümayəndələrinin və ailə üzvlərinin israrlı çağırışlarından sonra dekabrın 28-də aclıq aksiyasına son qoyub. 

Lakin yanvarın 9-da Bakı Apellyasiya Məhkəməsi onun həbsdən azad olunmasını rədd etdikdən sonra o, aclıq aksiyasını bərpa edib. Hacıyev aclıq aksiyasının 51-ci günündə aclığı dayandırıb.

Ötən il iyunun 16-da istintaq orqanı Bəxtiyar Hacıyevə qarşı Cinayət Məcəlləsinin 192-ci (Qanunsuz sahibkarlıq), 193-cü (Yalançı sahibkarlıq), 320.1-ci (Hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma), 320.2-ci (bilə-bilə saxta sənədlərdən istifadə etmə), 206.1-ci (Qaçaqmalçılıq) maddələri ilə yeni ittihamlar irəli sürüb.

Məhkəmə Hacıyev barəsində müxtəlif vaxtlarda həbs qətimkan tədbirinin uzadılması barədə qərarlar qəbul edib.


Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024