“SRTATEJİ MƏQSƏD NATO-nu ZƏNGƏZURA GƏTİRMƏKDİR”- “Unutmasınlar, o yolu açacağıq!”
“Ölkəmizə qarşı son beynəlxalq hücumların ön cərgəsində yer alan Almaniya Bundestaqının üzvü Frank Şvab 16 fevral Münxen sammiti günlərində özünün “X” səhifəsində paylaşım edərək, 6 mart tarixində “Uçurumun kənarında” adlı film nümayiş etdirəcəklərini, Azərbaycanın Avropa Şurası və digər beynəlxalq təşkilatlarda apardığı siyasətə zərbə vuracaqlarını bildirib.
Sitat: “Filmin məqsədi sarsıdıcı olmaq və dəyişiklik gətirməkdir””.
Bu sözləri deputat, Sosial Tədqiqatlar Mərkəzinin sədri Zahid Oruc Milli Məclisin bugünkü iclasında dilə gətirib.
Z.Oruc fikrini belə davam etdirib:
“Sual olunur, onlar hansı dəyişiklikdən danışırlar? Sirr deyil ki, söhbət Amerika, Fransa və Almaniya dövlətlərinin Qələbəmizdən sonra regiondan çıxarılan dayaqlarından, Cənubi Qafqaza iqtisadi və silahlı qayıdışından gedir.
Ona görə də Prezident İlham Əliyev andiçmə mərasimində, məhz bu salonda yüksək tribunadan bəyan etdi ki, sarsılmaz daşları tərpətdiyimiz üçün bizdən əl çəkməyəcəklər, hücumlar artacaq. Lakin bizim cavab tədbirlərimiz daha təsirli olacaq!
Halbuki, Şvab parlamentarilərimizin mandatı ilə bağlı qərarı onunla əsaslandırırdı ki, Azərbaycan qərbli siyasətçiləri satın aldığı üçün onlar təmiz, maaşları ilə dolanan, hətta Martin Lüter Kinq kimi ölümü ilə yüksək siyasi ideallarından dönməyən sadiq avropalıları bizim əleyhimizə birləşdiriblər.
Lakin son 30 ildə elə bir amerikalı və ya qərbli siyasətçi tanımırıq ki, sonda Bob Menendes və ya Eva Kaylin kimi korrupsiya qalmaqalı ilə ifşa olunmasınlar.
BBC-yə müsahibəsində Şvab deyirdi ki, biz ərazi münaqişələri ilə məşğul olan təşkilat deyilik. Onda son 2 ildə Ukrayna müharibəsi məsələsi niyə dəfələrlə müzakirələrə çıxarılıb, 8 qətnamə və qərar qəbul ediblər, Rusiyanı təcavükar adlandırıblar? Ölkəmizlə bağlı eyni addımları nə vaxt atıblar?
Nikol Paşinyan 19 fevralda Münxen sammiti proqramında Təşəkkür medalı ilə təltif etdiyi Avroparlamentin Təhlükəsizlik Komitəsinin sədri - Azərbaycana qarşı şəbəkənin əsas simalarından olan Natali Luazo bəyan etdi ki, onların əsas məqsədi bölgədə yerləşdirdikləri Avromissiyanın fəaliyyətidir.
Bəli, strateji hədəf NATO-nun hərbi qüvvələrini regiona müdaxiləsi üçün zəmin hazırlamaqdır və 12 fevral tarixində sərhəddəki insidentin səbəbi məhz Zəngəzur dəhlizinə Qərbin hərbi korpusunu gətirməkdir.
Avropa Birliyinin Ermənistandakı səfiri Vasili Maraqos 12 fevral tarixli müsahibəsində deyir: “Syunik Ermənistanın təhlükəsizliyi üçün çox vacib bölgədir və xariclə əlaqəni təmin etmək üçün strateji yoldur. Biz həmin həmin bölgənin təhlükəsizliyi üçün 110 milyon avro vəsait ayırmışıq.”
Sual olunur - ölkəmiz nə vaxt həmin əraziləri mühariə yolu ilə alacağını bəyan edib ki, Avropa Birliyi belə böyük vəsaitləri Zəngəzura yatırır.
Artıq Rusiya ilə yanaşı, İran, ABŞ və Avropa Birliyinin missiyaları, biznes şirkətləri və digər çətirlər altında Zəngəzur mahalında yerləşiblər.
Lakin unutmayaq ki, Avropa Birliyinin missiyalarının Bosniyada 20 il, Gürcüstanda 13 il, Liviyada 13 illik fəaliyyəti sülhə deyil, münaqişələri idarə etməklə ölkələrin iqtisadi sərvətlərini sümürməyə yönəlmişdi.
Ona görə də bütün beynəlxalq missiyalar unutmasınlar - o torpaqların tarixi sahibləri olan azərbaycanlılar Zəngəzur yolunu açacaqlar!”
Digər xəbərlər
Tarix: 23-02-2024 13:45 | Bölmə: Rezonans | Baxış: 82
“Ölkəmizə qarşı son beynəlxalq hücumların ön cərgəsində yer alan Almaniya Bundestaqının üzvü Frank Şvab 16 fevral Münxen sammiti günlərində özünün “X” səhifəsində paylaşım edərək, 6 mart tarixində “Uçurumun kənarında” adlı film nümayiş etdirəcəklərini, Azərbaycanın Avropa Şurası və digər beynəlxalq təşkilatlarda apardığı siyasətə zərbə vuracaqlarını bildirib.
Sitat: “Filmin məqsədi sarsıdıcı olmaq və dəyişiklik gətirməkdir””.
Bu sözləri deputat, Sosial Tədqiqatlar Mərkəzinin sədri Zahid Oruc Milli Məclisin bugünkü iclasında dilə gətirib.
Z.Oruc fikrini belə davam etdirib:
“Sual olunur, onlar hansı dəyişiklikdən danışırlar? Sirr deyil ki, söhbət Amerika, Fransa və Almaniya dövlətlərinin Qələbəmizdən sonra regiondan çıxarılan dayaqlarından, Cənubi Qafqaza iqtisadi və silahlı qayıdışından gedir.
Ona görə də Prezident İlham Əliyev andiçmə mərasimində, məhz bu salonda yüksək tribunadan bəyan etdi ki, sarsılmaz daşları tərpətdiyimiz üçün bizdən əl çəkməyəcəklər, hücumlar artacaq. Lakin bizim cavab tədbirlərimiz daha təsirli olacaq!
Halbuki, Şvab parlamentarilərimizin mandatı ilə bağlı qərarı onunla əsaslandırırdı ki, Azərbaycan qərbli siyasətçiləri satın aldığı üçün onlar təmiz, maaşları ilə dolanan, hətta Martin Lüter Kinq kimi ölümü ilə yüksək siyasi ideallarından dönməyən sadiq avropalıları bizim əleyhimizə birləşdiriblər.
Lakin son 30 ildə elə bir amerikalı və ya qərbli siyasətçi tanımırıq ki, sonda Bob Menendes və ya Eva Kaylin kimi korrupsiya qalmaqalı ilə ifşa olunmasınlar.
BBC-yə müsahibəsində Şvab deyirdi ki, biz ərazi münaqişələri ilə məşğul olan təşkilat deyilik. Onda son 2 ildə Ukrayna müharibəsi məsələsi niyə dəfələrlə müzakirələrə çıxarılıb, 8 qətnamə və qərar qəbul ediblər, Rusiyanı təcavükar adlandırıblar? Ölkəmizlə bağlı eyni addımları nə vaxt atıblar?
Bəli, strateji hədəf NATO-nun hərbi qüvvələrini regiona müdaxiləsi üçün zəmin hazırlamaqdır və 12 fevral tarixində sərhəddəki insidentin səbəbi məhz Zəngəzur dəhlizinə Qərbin hərbi korpusunu gətirməkdir.
Avropa Birliyinin Ermənistandakı səfiri Vasili Maraqos 12 fevral tarixli müsahibəsində deyir: “Syunik Ermənistanın təhlükəsizliyi üçün çox vacib bölgədir və xariclə əlaqəni təmin etmək üçün strateji yoldur. Biz həmin həmin bölgənin təhlükəsizliyi üçün 110 milyon avro vəsait ayırmışıq.”
Sual olunur - ölkəmiz nə vaxt həmin əraziləri mühariə yolu ilə alacağını bəyan edib ki, Avropa Birliyi belə böyük vəsaitləri Zəngəzura yatırır.
Artıq Rusiya ilə yanaşı, İran, ABŞ və Avropa Birliyinin missiyaları, biznes şirkətləri və digər çətirlər altında Zəngəzur mahalında yerləşiblər.
Lakin unutmayaq ki, Avropa Birliyinin missiyalarının Bosniyada 20 il, Gürcüstanda 13 il, Liviyada 13 illik fəaliyyəti sülhə deyil, münaqişələri idarə etməklə ölkələrin iqtisadi sərvətlərini sümürməyə yönəlmişdi.
Ona görə də bütün beynəlxalq missiyalar unutmasınlar - o torpaqların tarixi sahibləri olan azərbaycanlılar Zəngəzur yolunu açacaqlar!”
Xəbəri paylaş
Digər xəbərlər
30-03-2024, 23:55
XİN 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanat yayıb
30-03-2024, 23:50
Ermənistanın “dost”ları kimlərdir? - VİDEO
30-03-2024, 23:45
“RUSİYADA VƏZİYYƏT DRAMATİK DƏRƏCƏDƏ AĞIRDIR...”- “Ölkəni Avropadan ayırmaq böyük fəlakətdir”/Müsahibə
30-03-2024, 21:10
Aİ Türkiyənin aviaşirkətinə onun ərazisi üzərindən uçmağı qadağan etdi
30-03-2024, 21:05
"Crocus City Hall"dakı terror aktında yaralı sayı 695-ə çatıb
30-03-2024, 20:30
Səlcuq sultanlarının DNT analizi üzrə heykəlləri hazırlandı - FOTO
30-03-2024, 20:07
Rusiya ilk dəfə bu bombadan istifadə edib - Böyük dağıdıcı gücə malikdir
30-03-2024, 20:00
“Türkiyə Ukraynaya silahlar verəcək”- ”Aydınlıq” nəşri
30-03-2024, 19:25
Erməni siyasətçi Tacikistan və Qırğızıstanı TƏHQİR ETDİ: “Bədbəxt ölkələrdir”- VİDEO
30-03-2024, 18:00
“Rusiya cəmiyyəti benzinsiz, dizelsiz yaşamağı öyrənməlidir - Bu, ədalətlidir”- Zelenski
30-03-2024, 17:45
“AVRO-2024”-ə DRONLARLA TERROR HÜCUMU OLA BİLƏR - “BİLD”
30-03-2024, 17:30
DİN vətəndaşlara müraciət etdi: "Saxta elektron sikkələr sataraq..."
30-03-2024, 17:25
Türkiyə ABŞ-dan F-16-ların tədarükünü azalda bilər
30-03-2024, 17:15
“ABŞ yardımının gecikməsi Ukraynaya baha başa gəlir”- Zelenski
30-03-2024, 17:00
Taciklər kütləvi şəkildə Rusiyanı tərk edir - “Vətəndaşlarımız panika, qorxu içindədir..."
30-03-2024, 16:45
“İRAN HÖKUMƏTİ ÖZ NÜVƏ POTENSİALINI ARTIRIR”- "Təftişə icazə vermirlər”- Rafael Qrossi
30-03-2024, 16:30
İrəvanın "şıltaqlığına" Kremlin səbrlə “dözməsi”nin səbəbi nədir?- Ekspert AÇIQLADI
30-03-2024, 16:15
İranda hicabı tənqid edən güneyli müəllimə həbs cəzası verildi
30-03-2024, 15:45
Əskipara kəndinə xüsusi polis qüvvələri göndərildi...- "İzah edirlər ki, bu, onlara kömək etmir, əksinə, zərər verir"
30-03-2024, 15:30
STALİNİN QIZINI SEVƏN KAPLER - Sovet lideri ona ingilis casusu damğası vurdu, amma...
30-03-2024, 15:25
İŞİD sözçüsü Rusiyadakı terrordan sonra müraciət yayıb - “Vilayəti-Xorasan”a təşəkkür
30-03-2024, 15:15
Rusiya-Gürcüstan sərhədində minlərlə maşın gözləyir
30-03-2024, 15:00
Jurnalistlər “Crocus”da terror aktının sponsorlarına məxsus kriptopulqabı tapıblar
30-03-2024, 14:45
“RUSİYA ORDUSU İRƏLİLƏYİR" - "Ukrayna müqavimət göstərə bilməyəcək”
30-03-2024, 14:15
Türkiyədə “sükut günü”dür - Xəbər, proqnoz və şərh vermək qadağandır
30-03-2024, 14:00
HƏYAT YOLDAŞI GENERALI MƏHKƏMƏYƏ VERDİ - FHN-də növbəti qalmaqal
30-03-2024, 13:55
İsrail Qəzzanı bombalayıb - Xeyli sayda insan həlak olub
30-03-2024, 13:50
Britaniya ordusunda 100 illik qadağa ləğv edildi: Saqqal saxlamaq olar
30-03-2024, 13:15
Ermənistanın Rusiyaya ixracı 3 dəfə artıb - İrəvanın Moskvaya dəstəyini Aİ də təqdir edir?
30-03-2024, 13:00
Fazil Mustafaya sui-qəsdlə bağlı növbəti məhkəmə - Şahidlər ifadə verdi
30-03-2024, 12:55
“ABŞ-ın dəstəyi olmasa, Ukrayna ordusu geri çəkiləcək”- Zelenski
30-03-2024, 12:40
DƏRMANLAR KƏSKİN BAHALAŞIB - Qiymətləri kimlər artırır? /VİDEO
29-03-2024, 23:00
Azərbaycanda narkotikə görə 7 il həbsə alınan 32 YAŞLI QADIN DANIŞDI: “Rəfiqələrimin günahıdır..."- VİDEO
29-03-2024, 22:50
“ABŞ-ın Ukraynaya ümumi yardımı 113 milyard dolları ötür”- “Fox News”
29-03-2024, 22:35
Yalnız “qadınlardan” ibarət olan “TROLL FABRİKİ”ni NAZİRLİKLƏ NƏ BAĞLAYIR?- FOTOFAKT
29-03-2024, 22:22
İran səfirinin Azərbaycanda diplomatik missiyası başa çatıb
29-03-2024, 22:00
"Rusiya Xarkova hücum edərsə, bu, onun üçün fəlakətə çevriləcək"- Sırski
29-03-2024, 21:55
"Qarabağ" sona 8 tur qalmış 11-ci çempionluğunu rəsmiləşdirib
30-03-2024
29-03-2024