«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
"Ukrayna süqut edərsə, Rusiya Polşaya, Baltikyanıya, daha uzaqlara gedib çıxacaq..." "Azov" alayının kəşfiyyatçısı

Tarix: 08-05-2022 20:55 | Bölmə: Rezonans | Baxış: 190



"Bizə bütün dünyanın, azad dünyanın dəstəyi lazımdır"
 
"Azov"çular təslim olmayacaq"
 
Mariupolda 2 min 500 rusiyalı hərbçi məhv edilib
 
Mariupolun ukraynalı müdafiəçiləri təslim olmağa hazırlaşmır və bunun iki səbəbi var.
 
Press-fakt.com xəbər verir ki, bu barədə "Azov" alayının kəşfiyyat idarəsinin zabiti İlya Samoylenko mayın 8- də mətbuat konfransı zamanı bəyan edib.
 
Birinci səbəb odur ki, Rusiya bizi sağ buraxmayacaq. İkinci səbəb rusiyalıların təkcə Ukrayna üçün deyil, bütün dünya üçün təhlükə törətməsidir. Və bu təhlükəni mütləq aradan qaldırmaq lazımdır.
 
"Təslim olmaq bizim üçün variant deyil, çünki bizim həyatımız Rusiya üçün maraqlı deyil", - Mariupol müdafiəçisi məlumat verib.
 
Samoylenko əmin olduğunu bildirib ki, Ukrayna süqut edərsə, Rusiya digər Avropa dövlətlərinə hərbi müdaxilə edəcək.
 
"Mən diqqəti nəyə cəlb etmək istərdim: siyasətçilər indi bu heyvanlarla, barbarlarla - Rusiya ordusi ilə razılığa gəlmək istəyir. Onların hazırda Ukrayna ilə nələri etdiyini, Ukraynaya onu məhv etməyə gəldiklərini unudurlar. Buna görə də bizə bütün dünyanın, azad dünyanın dəstəyi lazımdır. Ona görə də biz indi onu müdafiə edirik", - ukraynalı hərbçi belə deyib.
 
"Biz azad dünya uğrunda vuruşuruq. Çünki Rusiyanın iştahası artmaqdadır, əgər onlar bizi, Ukrayna müdafiəsini əzsələr, hamımız məhv olacağıq. Onlar irəliyə- Polşaya, Baltikyanıya, daha uzaqlara gedib çıxacaq", - zabit deyib.
 
Samoylenko həmçinin deyib ki, ukraynalı döyüşçülər Mariupolda 2, 5 min rusiyalı hərbçini məhv edib, daha 5 minini yaralayıb, bu, Rusiya ordusunun Ukraynaya qarşı müharibəsində itkilərinin 15 faizindən çoxdur.
 
Samoylenko dəqiqləşdirib ki, söhbət yalnız "Azov" alayının Rusiya ordusuna vurduğu itkilərdən gedir, burada 36- cı əlahiddə dəniz piyadası briqadasının vurduğu itkilər nəzərə alınmayıb.
 
Zabit əlavə edib ki, ukraynalı hərbçilər həmçinin Rusiyanın 60 tankını məhv edib və 30 tankını zədələyib, bu da Rusiyanın itkilərinin 10 faizi deməkdir, bundan başqa, rusiyalıların 10 faiz artilleriya sistemləri məhv edilib.
 
"Mariupolun zəbt edilməsi son 2, 5 ayda baş verir. Vəziyyət belədir ki, bunu əvvəllər öz tariximizdə görməmişik. Şəhərin belə mühasirəsi və belə zəbt edilməsi çox uzun çəkir, düşmən hərbçiləri və dinc əhali arasında bu qədər itkilər tarixdə olmayıb", - Samoylenko deyib.
 
Onun hesablamalarına görə, Mariupolun blokadası zamanı Rusiya ordusu tərəfindən 25 mindən artıq insan qətlə yetirilib, onlar da əsasən mülki şəxslərdir.
 
Öz növbəsində "Azov" alayının komandir müavini Svyatoslav Palamar deyib ki, rusiyalılar "Azovpolad"a ağır silahlarla hücum etmək istəyir. O cümlədən, zirzəmisində şəhərin müdafiəçiləri olan müəssisəyə tanklar və minaatanlardan zərbələr endirir. Həmçinin snayperlər və piyadalar işləyir. Onun sözlərinə görə, təkcə ötən gecə "azov"çular Rusiya strateji bombardmançılarının 25 uçuşunu qeyd edib.
 
"Qeyd edirəm ki, iki gün öncə bizim üç hərçimiz həlak olub. Zavodun ərazisində mülki və hərbçilər arasında çoxlu həlak olanlar var. Biz iki ay yarımdır bütün dünyadan mülki şəxslərin təxliyə edilməsini xahiş edirdik, yalnız indi bir neçə yüz mülki şəxsləri təxliyə edə bilmişik. Daha çox mülki şəxslər isə Rusiyanın nəzarətində olan ərazilərə təxliyə edilib", - Palamar bəyan edib.
 
Bundan əvvəl Ukrayna baş nazirinin reinteqrasiya üzrə  müavini İrina Vereşşuk bəyan edib ki, "Azovpolad" kombinatının ərazisindən bütün mülki şəxslər təxliyə edilib: "Prezidentin göstəriişi icra edilib. Bütün qadınlar, uşaqlar və qocalar "Azovpolad"dan təxliyə edilib. Mariupol humanitar əməliyyatının bu hissəsi başa çatıb".

Press-fakt.com

Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024