«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
“Ölkə tarixində ƏN BÖYÜK DEPORTASİYANI EDƏCƏM”- “ABŞ narkoman və QATİLLƏRLƏ DOLUDUR...”

Tarix: 29-02-2024 14:30 | Bölmə: Rezonans | Baxış: 121



“Prezident Co Bayden administrasiyasının immiqrasiya siyasəti səbəbindən ABŞ-də cinayətkarlar və narkotik aludəçiləri hər yeri zəbt edib”.

Qərb mediası xəbər verir ki, bunu keçmiş ABŞ lideri Donald Tramp deyib.

“Ölkəmiz cinayətkarlar, qatillər və narkomanlarla doludur. Onların hamısı Co Baydenin dəhşətli açıq sərhədindən keçir. 

Dünyanın heç bir yerində belə sərhəd olmayıb. Bu, fəlakətdir”, - Tramp fevralın 28-də “Truth Social” səhifəsində yerləşdirdiyi videomüraciətdə bildirib.

O, məsaməli sərhəddən ABŞ-yə gətirilən qanunsuz miqrantlara qarşı Amerika tarixində ən böyük deportasiya əməliyyatını həyata keçirəcəyinə söz verib.

Tramp bundan əvvəl noyabrda keçiriləcək prezident seçkilərində qalib gələcəyi təqdirdə ölkə sərhədini dərhal bağlayacağına söz vermişdi.

Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024