«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Borrell: Rusiyanın pulları Ukraynanın bərpasına yönləndirilməlidir

Tarix: 09-05-2022 14:55 | Bölmə: Rezonans | Baxış: 211
Borrell: Rusiyanın pulları Ukraynanın bərpasına yönləndirilməlidir
Jozep Borrel


Aİ ölkələri Rusiyanın dondurulmuş valyuta ehtiyatlarını geri götürməyi nəzərdən keçirməli və bu vəsaitləri Ukraynanın yenidən qurulmasına yönəltmək barədə qərar verməlidir.

Bu barədə Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrell "Financial Times"da bazar ertəsi dərc olunan müsahibəsində deyib.
Avropa diplomatiyasının rəhbəri qeyd edib ki, ABŞ əvvəllər Əfqanıstan mərkəzi bankına məxsus milyardlarla dollarlıq aktivlərə nəzarəti ələ keçirib: "Qismən terror qurbanlarına potensial təzminat, eləcə də ölkəyə humanitar yardım göstərib. Rusiyanın ehtiyatları ilə oxşar addımları nəzərdən keçirmək olar. Bu baş verərsə, mən onun lehinə səs verərdim, çünki bu, çox məntiqlidir", - Borrell nəşrə deyib.
O vurğulayıb ki, cəlb edilməli olan “inanılmaz miqdarda pul” nəzərə alınmaqla, Ukraynanın yenidən qurulmasının maliyyələşdirilməsi məsələsi əsas siyasi məsələlərdən biridir. Aİ rəsmiləri artıq Rusiyanın ehtiyatlarının hansısa şəkildə Ukraynanın bərpası üçün istifadə oluna biləcəyini araşdırıblar. Lakin Brüssel hələlik bu məsələ ilə bağlı heç bir təklif irəli sürməyib.
Bundan əvvəl Rusiya Federasiyası Mərkəzi Bankının rəhbəri Elvira Nabiullina Qərbin sanksiyaları nəticəsində Rusiyanın 300 milyard dollara yaxın qızıl-valyuta ehtiyatlarının dondurulduğunu bildirmişdi.
Qərb ölkələri Ukraynada xüsusi əməliyyata başlayandan sonra Rusiya Bankına qarşı sanksiyalar tətbiq edib. Rusiya Federasiyasının qızıl-valyuta ehtiyatlarının dondurulması ilə yanaşı, Mərkəzi Bankın ehtiyatlarının və aktivlərinin idarə edilməsi ilə bağlı bütün əməliyyatlar, habelə onun adından fəaliyyət göstərən hər hansı hüquqi şəxs, təşkilat və ya orqanla əməliyyatlar qadağan olunur.

Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024