«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
ABŞ Toplum TV-yə polis basqınından və jurnalistlərin həbsindən "dərin narahatdır"

Tarix: 07-03-2024 00:00 | Bölmə: Rezonans | Baxış: 107


Dövlət Departamentinin sözçüsü Metyu Miller Birləşmiş Ştatların polisin bu gün müstəqil Toplum TV-nin ofisinə basqın etməsi, eləcə də bir neçə müstəqil jurnalistin və vətəndaş cəmiyyəti fəalının həbsi ilə bağlı xəbərlərdən “dərin narahat olduğunu” bildirib.

“Jurnalistləri, vətəndaş cəmiyyəti fəallarını və müxalifət xadimlərini qorxutmaq, sıxışdırmaq və cəzalandırmaq cəhdlərinə qarşı kəskin etirazlarımızı bildiririk”, - Miller "Turan"ın sorğusuna cavab olaraq brifinqdə deyib.

“Biz Azərbaycanı fundamental azadlıqlarından istifadə edənlərə qarşı təqiblərə son qoymağa və siyasi motivli işlərdə haqsız yerə həbs edilmiş bütün şəxslərin azadlığa buraxılmasına çağırırıq. Heç kəs ifadə azadlığından istifadə etdiyinə görə həbs və ya başqa cəzalarla üzləşməməlidir”.

"O, indiyə qədər beynəlxalq ictimaiyyətin belə reaksiyasına məhəl qoymayan hökumətin bu çağırışlara qulaq asacağını niyə düşünür?" "Turan"-ın bu sualına Miller deyib: 

“Başqa nəticə çıxarmayacağam, sadəcə olaraq deyəcəyəm ki, onlar ifadə azadlığını boğmağı dayandırmalıdırlar – çünki bu, öz xalqının maraqlarına zıddır.

“Mən sizi əmin edə bilərəm ki, biz Azərbaycan rəsmiləri ilə özəl diplomatik müzakirələr apararkən — dövlət katibinin keçən ay etdiyi kimi, biz məhz bu məsələləri qaldırırıq”./Turan



Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024