«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
“Ukrayna yalnız Rusiya ilə savaşmır”- "ABŞ özünü qlobal güc hesab edirsə..."

Tarix: 07-03-2024 18:40 | Bölmə: Rezonans | Baxış: 112



“Ukrayna yalnız Rusiya Federasiyasına qarşı deyil, Rusiya, Şimali Koreya və İran ittifaqına qarşı mübarizə aparır. Qərbə çatdırılmalıdır ki, onlar müharibəyə qoşulmaq istəmirlərsə, Kiyevi bu problemlərin həlli üçün lazım olan hər şeylə təmin etməlidirlər”.

Bunu Ukrayna Prezident Ofisinin sözçüsü Mixail Podolyak “Teleqraf” nəşrinə müsahibəsində deyib.

Podolyak qeyd edib ki, 2024-cü il bu savaşda həlledici il olacaq: "Bu, heç bir halda Rusiya və Ukrayna arasında müharibə deyil.

Ukrayna üçlü alyansa qarşı savaşır. Biz Belarusu ayırırıq, baxmayaraq ki, bu ölkə Ukraynaya qarşı təcavüz üçün təlim meydançaları, resurslar və avadanlıqlar verib. Bu ölkələrin hər üçünə qarşı sanksiyalar tətbiq edilib, onların hər biri repressiv rejim kimi qəbul edilir.

İndi isə təkcə Ukraynadan onilliklər ərzində həll olunmayan üç qlobal problemi bir anda həll etmək istənilir. Amma əsas məqam ondan ibarətdir ki, onlar bizə bu problemi resurs olmadan həll etməyi təklif edirlər”.

Bu məsələ kontekstində o, Ukraynaya yardımla bağlı Vaşinqtonda yaranmış paradoksal vəziyyəti xatırladıb. Vaşinqton bu il hərbi büdcəyə 900 milyarda yaxın vəsait ayırıb ki, bunun da yalnız 61 milyard dolları Ukrayna üçün nəzərdə tutulub və onun da 47 milyardı Amerikanın hərbi sənayesində qalacaq.

O, həmçinin qeyd edib ki, hazırkı vəziyyətə görə, ABŞ-nin əsas rəqibi olan Rusiya Federasiyası “sıfırlanır”: “Bu, əsas vəzifədir və buna nail olmaq üçün siz hərbi büdcənin cəmi 7 faizini xərcləməlisiniz. Yenə də bu 7 faizi özünüzə, təhlükəsizliyinizə və nüfuzunuza yatırırsınız”.

Podolyak vurğulayıb ki, əgər ABŞ özünü qlobal güc hesab edirsə, bunu Ukraynaya lazımi səviyyədə dəstək verməklə sübut edə bilər.

Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024