«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Siyavuş Novruzov Toplum TV əməliyyatları ilə bağlı: “Bu ölkədə söz azadlığı var”

Tarix: 08-03-2024 18:50 | Bölmə: Rezonans | Baxış: 106



“Azərbaycanda azad sözə qarşı heç vaxt basqı olmayıb. Bu ölkədə fikir və söz azadlığı var”.

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov “Toplum TV”də başladılan araşdırmalar barədə danışarkən deyib.

“Hər bir şəxsdən də tələb olunur ki, digər şəxslərin hüquqlarını da qorusun, onların şəxsiyyətlərinə də toxunmasın, onlara qarşı hər hansı fikir söyləməsin. 

Azərbaycanda xeyli sayda internet televiziyası var, heç bir mənbə dəqiqləşdirmədən nə eşidirlərsə, kimsə telefonla zəng edirsə, bunu əsas şərt kimi götürüb ictimaiyyətə çatdırırlar. 

Belə olmaz. Hüquqlar digərinin hüququnu pozduqda məhdudlaşdırılır. İnsan hüquqları üzrə beynəlxalq aktda da bu, nəzərdə tutulub. Azərbaycanda heç kimin hüququ pozulmur”.

Xatırladaq ki, martın 6-sı səhər saatlarında Toplum TV-nin və III Respublika Platformasının ofisində polis əməliyyat keçirib. Daxili İşlər Nazirliyi isə əməliyyatın daxil olan məlumat əsasında keçirildiyini bildirib.

Akif Qurbanovun, həmçinin Toplum TV-nin əməkdaşları Fərid İsmayılov, Müşfiq Cabbar, Əli Zeynal, Ramil Babayev, Elmir Abbasov və İlkin Əmrahovun saxlanıldıqlar, onlara 206.3.2 (qaçaqmalçılıq qrup halında törədildikdə) ittihamı ilə cinayət işi açıldığı bildirilir.

Axtarış aparılan ofislərdən, eləcə də saxlanılan şəxslərdən bəzilərinin mənzillərindən müxtəlif məbləğlərdə xarici valyuta aşkarlandığı bildirilir.

Qeyd edək ki, bu gün Toplum TV-nin təsisçisi, hüquq müdafiəçisi və media eksperti Ələsgər Məmmədli və III Respublika Patformasının təsisçilərindən Ruslan İzzətlinin də saxlanıldığı barədə məlumat yayılıb.


Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024