«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
“Hər iki tərəfi nəzərdə tutmuşam...”- Roma Papası “ağ bayraq” sözünü “malalayır”

Tarix: 12-03-2024 16:00 | Bölmə: Rezonans | Baxış: 95



Roma Papasının Ukraynanı “ağ bayraq cəsarəti göstərməyə” çağırdığı müsahibəsi böyük səs-küy və etiraz doğurduğundan Vatikan rəhbəri səsləndirdiyi bu biabırçı fikirləri “malalamağa” başlayıb.

“Corriere della Sera” nəşrinə açıqlama verən Vatikanın dövlət katibi (hökumət başçısı, Vatikanda ikinci şəxs) kardinal Pietro Parolin iddia edib ki, Papa Fransisk Ukrayna üzrə danışıqlara başlamaq zərurətindən danışarkən münaqişənin hər iki tərəfini nəzərdə tutub: 

Aydındır ki, diplomatik həll üçün şəraitin yaradılması bir tərəfdən deyil, münaqişənin hər iki tərəfindən asılıdır. Birinci şərt isə işğala son qoyulmasıdır... Müqəddəs taxt-tac bu xətti izləyir, atəşkəsə çağırmaqda davam edir və bu, ilk növbədə hücum edənlərə aiddir.

Papa danışıqların zəiflik deyil, əksinə, güc demək olduğunu izah edir və həmçinin deyir ki, Avropanın mərkəzində bu müharibədə qurban verilən insan həyatları haqqında daha çox düşünməliyik”. 

O həmçinin qeyd edib ki, bu sözlər təkcə Ukraynaya deyil, istənilən digər münaqişələrə də aiddir.

Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024