«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
“KTMT-DƏN ÇIXACAĞIQ, AMMA...”- “Bu məsələ ilə bağlı Əliyevlə razılaşmamız var”

Tarix: 12-03-2024 17:30 | Bölmə: Rezonans | Baxış: 127



Paşinyandan növbəti dolaşıq bəyanatlar

Bu gün Ermənistan Baş naziri Nikol Paşinyan İrəvanda geniş mətbuat konfransı keçirib.

Paşinyan bir çox suallara növbəti dəfə dolaşıq və birmənalı olmayan cavablar verib.

Baş nazir Ermənistanın KTMT-dəki gələcək taleyi ilə bağlı suala cavab verərkən, təşkilatı tərk edəcəklərinə eyham vursa da, bunun nə zaman baş verəcəyini bilmədiyini(?) söyləyib: “Biz faktiki olaraq KTMT-də iştirakımızı dondurmuşuq və görüşlərdə iştirak etmirik.

Biz yalnız bir suala cavab gözləyirik: təşkilatın Ermənistanda məsuliyyət sahəsi nədir? Bütün problemlər İrəvanın bu məsələni qaldırdığı andan başlayıb.

Əgər KTMT “Ermənistanda KTMT-nin məsuliyyət zonası haradır” sualına cavab versə və bu cavab Ermənistanın baxışına uyğun gəlsə, o zaman hesab edəcəyik ki, aramızda olan məsələ həll olunub. Əks halda, Ermənistan KTMT-dən çıxacaq. Nə vaxt? Deyə bilmərəm".

Ermənistan Baş naziri sülh sazişi mövzusunda da danışıb və qeyd edib ki, bu saziş imzalandıqdan sonra Bakı və İrəvanın beynəlxalq məhkəmələrdən bir-birinə qarşı iddialarını geri götürə biləcəyini istisna etmir:

“Danışıqlar zamanı bu məsələ müzakirə olunur və bizim mövqeyimiz belədir: bu, ən sonda müzakirə edilməli olan məsələdir, o zaman ki, sülh müqaviləsinin bütün bəndləri razılaşdırılacaq və tərəflər onu imzalamağa hazır olacaqlar. Bu, məntiqlidir.

Əgər tərəflər sülh müqaviləsi bağlayıblarsa, o zaman bir-birinə qarşı hüquqi müharibə aparmağın nə mənası var?”

Paşinyan Ermənistan konstitusiyasında ğözlənilən dəyişikliklər barədə də birmənalı fikir söyləməyib. 

O, deyib ki, uzun müddətdir konstitusiya konsepsiyası üzərində komissiya işləyirdi: “Mən bu konsepsiya ilə tanış oldum və belə qənaətə gəldim ki, yeni konstitusiyaya ehtiyac var.

Ancaq bu konsepsiya artıq aktual deyil. Yeni konstitusiyanın hələ konsepsiyası, mətni yoxdur, siyasi diskurs, siyasi gündəm var”.

Baş nazir yeni konstitusiyada Azərbaycan və Türkiyəyə qarşı iddiaların yer aldığı “müstəqillik bəyannaməsi”nə istinad olub-olmayacağı ilə bağlı suala da aydın, birbaşa cavab verməyib.

Sərhədlərin delimitasiyası ilə bağlı Paşinyan deyib ki, bu prosesin Tavuş bölgəsindən başlayacağını istisna etmir: “Belə fikirlər var ki, delimitasiyanı bütövlükdə aparmaq, sonra konkret hərəkətlərə və ya aralıq varianta keçmək, yaxud ən çətin sahələrdən başlamaq lazımdır və s.

İstisna etmirəm ki, delimitasiya Tavuş bölgəsindən başlaya bilər. Qərarları qəbul edərkən biz reallıqların hərtərəfli təhlilindən çıxış etməli və Ermənistan ətrafında mövcud olan təhlükəsizlik çağırışlarının idarə edilməsi məntiqini, vəziyyətin sabitliyinin təmin edilməsi tələb və ehtiyaclarını rəhbər tutmalıyıq”.

Paşinyanın bu fikirlərilə Azərbaycanın Ermənistanın işğalı altında olan bir neçə kəndinin məsələsinin həllini nəzərdə tutduğunu demək olar.

Paşinyan həmçinin, azaraq qarşı tərəfə keçən hərbçilərin təhvil verilməsi məsələsinə də aydınlıq gətirib. Baş nazir deyib ki, İrəvanın Bakı ilə bütün azmış hərbi qulluqçuların tərəflərə təhvil verilməsinə dair razılaşması var. 

O məhz bundan irəli gələrək, martın 4-də Ermənistanın azaraq şərti sərhədi keçən Azərbaycan hərbçisi Ruslan Pənahovu təhvil verdiyini söyləyib: “Azərbaycan Prezidenti İlham Əliyevlə son müzakirələr zamanı analoji razılıq əldə olunub və Pənahov məsələsi də birinci belə hal oldu”.

C.Məmmədov

Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024