«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Nümayəndələr Palatası “TikTok”u qadağan edən qanun layihəsini təsdiqlədi

Tarix: 13-03-2024 23:10 | Bölmə: Rezonans | Baxış: 100



ABŞ Konqresinin Nümayəndələr Palatası ölkədə “TikTok” sosial şəbəkəsindən istifadəni qadağan edən qanun layihəsini təsdiqləyib.

Bu barədə CNN məlumat yayıb.

Bildirilir ki, qanun layihəsi “ByteDance”a “TikTok”u satmaq üçün təxminən beş ay vaxt verəcək. Bu edilmədikdə, tətbiq mağazaları “TikTok”u yükləmələrindən silməli olacaq. Bununla belə, proqram quraşdırılmış şəxslər ondan istifadə etməyə davam edə biləcəklər, lakin o, yenilənməyəcək.

Nümayəndələr Palatası hesab edir ki, “TikTok” milli təhlükəsizliyə təhlükə yaradır, çünki Çin hökuməti “ByteDance” proqramını amerikalı istifadəçilərinin məlumatlarını təhvil verməyə məcbur edə bilər.

Təşəbbüsün lehinə 352 qanunverici, əleyhinə 65 deputat, o cümlədən Demokratlar Partiyasının 50, Respublikaçılar Partiyasının 15 nümayəndəsi səs verib.

Xatırladaq ki, “TikTok”un ABŞ-da qadağan edilməsi ideyasını keçmiş prezident Donald Tramp 2020-ci ildə dilə gətirib. O, həmçinin sosial şəbəkənin hər hansı Amerika şirkəti tərəfindən alınmasının əleyhinə çıxıb.

2022-ci ilin dekabrında Co Baydenin prezidentliyi dövründə ABŞ Senatı məlumatların Çin hakimiyyətinə ötürülməsi qorxusuna görə hökumət işçilərinə federal hökumətin elektron cihazlarında “TikTok” sosial şəbəkəsindən istifadə etməyi qadağan edib.

“TikTok” dəfələrlə məlumatların Çin səlahiyyətliləri ilə paylaşılmasını təkzib edib.


Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024