«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
2024-cü il son 174 il ərzində ən ağır il olacaq - "Qırmızı həyəcan"

Tarix: 21-03-2024 22:20 | Bölmə: Rezonans | Baxış: 97


"Ən həyəcan doğuran amillər arasında okeanın misli görünməyən istiləşməsi, buzlaqların və dəniz buzunun əriməsi göstərilir..."
 
"Təcili tədbirlər görülməyəcəyi təqdirdə Avropa üçün iqlim dəyişikliyinin nəticələri fəlakətli olacaq..."
 
Ötən il bütün qlobal iqlim rekordları keçilib, lakin 2024-cü il daha da ağır ola bilər.
 
Bu barədə Ümumdünya Metereoloji Təşkilatının baş katibi Selesta Saulo bəyan edib. Məlumatı "Reuters" agentliyi yayıb.
 
Ümumdünya Meteoroloji Təşkilatının (ÜMT) illik hesabatında deyilir ki, planetdə orta temperatur 174 illik müşahidələr ərzində ən yüksək səviyyəyə çataraq sənayedənöncəki dövrü Selsi şkalası üzrə 1, 45 dərəcə üstələyib.
 
Alimlər hərarətin 1, 5 dərəcə yüksəlməsini kritik hesab edir. 
 
"Ümumdünya Meteoroloji Təşkilatı Birliyi bütün dünya üçün qırmızı həyəcan elan edir", - Selesta Saulo deyib.
 
Ən həyəcan doğuran amillər arasında o, okeanın misli görünməyən istiləşməsi, buzlaqların və dəniz buzunun əriməsini göstərib.
 
ÜMT-nin məlumatına görə, hərarətin əhəmiyyətli yüksəlməsi dənizlərin 90 faizdən çoxunda qeydə alınıb. 
 
Saulonun sözlərinə görə, okeanın istiləşməsi xüsusilə həyəcan doğurur, çünki bu, "demək olar ki, geriyədönməzdir" və, mümkündür ki, stabil soyuması üçün minilliklər tələb olunacaq.
 
2023-cü ildə BMT meteoroloqları qlobal istiləşməni iqlimin antropoloji dəyişikliyi və El-Ninyonun başlanması, yəni Sakit okeanın ekvatorial sularının hərarətinin yüksəlməsi ilə əlaqələndirib.
 
ÜMT 2024-cü ildə isti havanın yeni rekordlarının olacağını bəyan edir, çünki El-Ninyodan bir il sonra adətən havanın daha da istiləşməsi müşahidə edilir.
 
Xatırladaq ki, bu yaxınlarda Avropa Ətraf Mühit Agentliyi təcili tədbirlər görülməyəcəyi təqdirdə Avropanın iqlim dəyişikliyinin "fəlakətli" nəticələrindən əzab çəkə biləcəyi barədə xəbərdarlıq edib.
 
Agentlik Avropada iqlimlə bağlı 36 təhlükəni sadalayıb, onlardan 21-i "təxirəsalınmaz tədbirlər tələb edir", 8-i "xüsusilə təxirəsalınmaz" adlandırılıb.

Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024