«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Teraktı Bakıya qarşı çevirməyə çalışan ƏXLAQSIZ İRAN…

Tarix: 23-03-2024 22:00 | Bölmə: Rezonans | Baxış: 176



Moskvada, “Krokus Siti Holl”da ötən gün baş verən terrora ən həssas yanaşan və bunu az qala özünə qarşı törədilən akt kimi qəbul edən azərbaycanlılar oldu.

Ona görə ki:

- Terror aktının həyata keçirildiyi “Krokus Siti Holl” məşhur azərbaycanlı iş adamı Ağalarova məxsusdur. Emin Ağalarov Azərbaycanın xalq artistidir və hər zaman ölkəmizin ədalətli mövqeyini dəstəkləyib və təbliğ edib. Onun sahibi olduğu obyektə hücum azərbaycanlılara da toxunur;

- Terakt 22 martda – Novruz tətilində həyata keçirilib. Tətillə bağlı Moskvaya gedən də az deyildi, üstəlik, Azərbaycandan dəvət edilən müğənnilərin konsertinə Moskvada yaşayan azərbaycanlıların qatıldığı da şübhəsizdir.

Terrorçuların zal və korpusu səhv salıb-salmadığı bəlli deyil – ola bilsin ki, məhz azərbaycanlının kompleksində azərbaycanlının konsertinə toplaşan azərbaycanlılara qarşı hücum sifariş edilib və s.

Terrorçulara tədarük edilən silahlar VOMA terror təşkilatının əsas silahıdır və bunu internetdə yayılan materiallarda özləri də təsdiqləyirlər.

Tutulan terrorçular da etiraf edir ki, silahı onlara sifarişçilər göndərib. Bu baxımdan teraktı ermənilərin sifariş etdiyi ehtimalı yüksəkdir və bunu artıq rusiyalı jurnalistlər də dilə gətirir.

Ancaq SEPAH-ın Teleqram kanalı bu teraktdan Azərbaycana qarşı istifadə etmək qədər əxlaqsızlığa imza atmağı lazım bilib.

SEPAH kanalı “iranlı politoloq və hüquqşünas doktor” olduğu bildirilən, əslində isə Azərbaycana qarşı düşmən təbliğatı aparmaq üçün ortaya atılan Əhməd Kazimi adlı bir şərəfdən yoxsulun “şərhi”ni dərc edib, o, bu terakta işarə ilə bildirib ki, Rusiya Bakı və Ankaranın dəstəklədiyi ekstremistlərin hücumlarının artacağını artıq başa düşməlidir.

“Rusiyanın Qafqazda silsilə səhvləri fonunda, “Krokus Siti Holl”dakı terror aktından sonra Rusiya artıq başa düşməlidir ki, əgər NATO Turan dəhlizini formalaşdırsa və etnik separatçı terrorçular üçün dəhliz yaradılarsa, Mərkəzi Asiya ekstremistlərinin analoji hücumları, o cümlədən Bakı və Ankaranın dəstəklədiyi təkfirçilərin sayı artacaq”, - SEPAH Teleqram kanalı yazıb.

İranda heç bir politoloq, ekspert, müstəqil düşünən şəxs olmadığını İran rəsmiləri özləri dəfələrlə etiraf ediblər və rəsmi mövqelərini “ekspertlərin” dili ilə gündəmə gətirdiklərini dolayısı ilə təsdiqləyiblər.

Bu baxımdan Əhməd Kazımi adla “ekspertin” normal məntiqdən və düşüncədən uzaq, ən eybəcər formada ortaya atdığı bu böhtan və şəri SEPAH kanalının tirajlaması da təsadüf deyil. İran bu qətliamdan belə Zəngəzur dəhlizinə qarşı böhtan, şər təbliğatını davam etdirməyə cəhd edəcək qədər düşməndir.

Şeyx Teymur

Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024