«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
“Putinin cavabı çox sərt olacaq”- Qərb mətbuatı Moskvadakı teraktdan yazır

Tarix: 25-03-2024 14:20 | Bölmə: Rezonans | Baxış: 125



Məlum olduğu kimi, martın 22-si axşam saatlarında Rusiyanın paytaxtı Moskvada son illərin ən böyük terror aktı baş verib. Belə ki, Moskvadakı "Crocus City Hall-a edilən silahlı basqın nəticəsində 144 nəfər həlak olub, 97 nəfər isə yaralanıb. 

Bu xoşagəlməz olay İŞİD terror təşkilatının Avropada həyata keçirdiyi ən qanlı hücum kimi də tarixə düşüb. Sözügedən olay qərb mediasında da böyük rezonans doğurub.

Hazırda dünyanın aparıcı nəşrləri hadisələrə Rusiyanın necə reaksiya verəcəyi, bundan sonra regionda və Rusiyanın daxilində nələrin ola biləcəyini təhlil etməyə çalışırlar.

Maraqlısı odur ki, qərb mətbuatındakı ortaq fikir ondan ibarətdir ki, Rusiyada yaşayan müsəlman azlıqlar bundan sonra ağır repressiyalarla üzləşəcəklər. Qərb mətbuatının həmfikir olduğu ikinci bir məsələ isə Putinin bu olaya çox sərt reaksiya verəcəyi ilə bağlıdır.

“The Guardian” yazır ki, hücuma görə məsuliyyəti İŞİD öz üzərinə götürsə də, Putinin əsas hədəfi həmişəki olduğu kimi bu dəfə də Ukrayna olacaq.

Avstraliya Milli Universitetinin dosenti Metyu Susseks “BBC”-yə verdiyi açıqlamada 2002-ci ildə Moskva teatrı və 2004-cü ildə Beslan məktəbi mühasirəsindən sonra baş verənləri xatırladaraq, Rusiyanın hücuma cavabının “həddindən artıq şiddətli” olacağını iddia edib.

"Bəlkə də hücumları kimin həyata keçirməsi o qədər də vacib deyil. Vacib olan yalnız Rusiya hökumətinin kimə və necə cavab verəcəyidir",-deyə o qeyd edib.

ABŞ KİV-ləri isə Moskvadakı hücumun Putinin lider imicinə zərbə vurduğunu iddia edib.

“Washington Post” qəzetindəki təhlildə, “Terrorçuların avtomat silahlardan istifadə edərək, soyuqqanlılıqla konsert tamaşaçılarını öldürməsi və Rusiya paytaxtının ən məşhur əyləncə məkanlarından birinə od vurması ilə bağlı dəhşətli görüntülər Putinin Rusiyanı güclü və dözümlü göstərmək cəhdlərini puça çıxarıb” ifadələrinə yer verib./azpolitika

Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024