«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
“UKRAYNAYA “TUTULMASI” PUTİNİ KOR EDİB...”- “ABŞ iki həftə əvvəl Putinə xəbərdarlıq etmişdi”

Tarix: 26-03-2024 16:25 | Bölmə: Rezonans | Baxış: 113



Qərbdə və Ukraynada düşmən axtarışında olan Putin öz ölkəsinin daxilində sayıqlığını itirib.

Bunu “The Financial Time” nəşri Vladimir Putinin Moskvada baş vermiş dəhşətli terror aktına görə Qərbi və Ukraynanı günahlandırmasını şərh edərkən yazıb.

Qəzet yazır ki, son terror aktı ilə Putinin “tərifli” xüsusi xidmət orqanları öz yararsızlıqlarını və acizliklərini ortaya qoymuş oldular: 

"Dövlət düşmənləri kimi təqdim olunanları təqib etməklə məşğul olan Putinin tərifli təhlükəsizlik aparatı Rusiyada son 20 ilin ən qanlı terror aktının qarşısını ala bilmədiyini göstərdi. 

Putinin Ukraynaya “tutulması” onu Rusiyanın həm xaricdə, həm də daxildə üzləşdiyi real təhlükələrə kor edib".

Yazıda qeyd olunur ki, Kreml 2000-ci illərin əvvəllərində terrorizmlə mübarizədə ABŞ-yə münasibətdə “yaltaqlıq strategiyası” aparırdısa, indi artıq “şərləmə strategiyası”na keçib.

Müəlliflər xatırladırlar ki, Moskvadakı terror aktından bir gün sonra Putin hər şeydə Ukraynanı günahlandırıb. Lakin bu, ilk dəfə deyil.

İkinci Çeçen müharibəsi zamanı da Putin çeçenlərlə “Əl-Qaidə” arasında əlaqələri şişirtməklə məşğul idi. Daha sonra Kreml rəhbəri bu müharibəni Vaşinqtonun başlatdığı terrora qarşı beynəlxalq mübarizə ilə əlaqələndirməyə çalışdı: 
"2000-ci illərin əvvəllərində Çeçenistan və “Əl-Qaidə” arasında əlaqəni böyütməklə Rusiya Çeçenistandakı qəddar hərəkətlərinə haqq qazandırmağa və ABŞ ilə yaxınlaşmağa çalışdı. 

"Terrorizmə qarşı qlobal müharibəni" nümayiş etdirən Putin, Vaşinqtonla əməkdaşlığın genişləndirilməsinə ümid edirdi, özü də təkcə terrorizmə qarşı mübarizədə deyil. Lakin Moskvada baş vermiş terror aktı əvvəlki vəziyyətlərdən çox fərqlidir”.

Qəzet yazır ki, bu gün Rusiyanın Kiyevi və ABŞ-ni itiham etməsi “sırf fantaziyadır”: “İŞİD bir neçə xəbərdə məsuliyyəti öz üzərinə götürüb. Vaşinqton isə Putinə iki həftə əvvəl açıq şəkildə belə bir hücumla bağlı xəbərdarlıq etmişdi".

Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024