«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Fuad Oktay: “Türkiyə boş sözlər və niyyət bəyanatlarından bezib”

Tarix: 26-06-2022 16:22 | Bölmə: Rezonans | Baxış: 163
Fuad Oktay: “Türkiyə boş sözlər və niyyət bəyanatlarından bezib”


Türkiyə boş sözlər və niyyət bəyanatlarından bezib.

Bunu İsveç və Finlandiyanın NATO üzvlüyü məsələsini şərh edən Türkiyənin vitse-prezidenti Fuad Oktay bəyan edib.
 
“CNN Türk”ə müsahibəsində o, qeyd edib ki, ölkəsi adıçəkilən dövlətlərindən Türkiyənin üzvlük şərtlərilə bağlı konkret addımlar görmür.
 
“Bizə görə NATO təhlükəsizlik çətiridir. Bu səbəbdən də, üzvlərin bir-birinin sərhədlərini qorumaq kimi qarşılıqlı öhdəlikləri var. Üzvlərdən hər hansı birinin sərhədləri təhlükəsizlik baxımından pozulubsa, digər üzv onu qorumaq öhdəliyi daşıyır. Türkiyə boş sözlərdən bezib. Terror təşkilatlarına dəstək verənlərin NATO sərhədləri daxilində olmasını istəmirik. Yoxsa Türkiyənin NATO-nun genişlənməsinə qarşı olması kimi bir məsələ yoxdur”, - deyə siyasətçi bildirib.
 
Onun sözlərinə görə, hər iki dövlətin terrorla mübarizə sahəsindəki atdığı addımlar Ankaranı qane edəcək səviyyəyə çatmayıb.
 
“Bizi qane edəcək konkret addımlar hələ o səviyyəyə çatmayıb. Əgər o səviyyəyə çatsa, o zaman problem olmayacaq. Konkret addım dedikdə ölkənin sərhədləri daxilində terrorçuların və terror fəaliyyətinin qadağan olunması, terror təşkilatlarına heç bir maddi, mənəvi və hərbi yardımın göstərilməməsi daxildir... Buna nail olduqdan sonra heç bir problem olmayacaq. Bizim axtardığımız budur, boş sözlər və niyyət bəyanatları deyil”, - Oktay əlavə edib.

Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024