«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Rus general: "TAKTİKİ NÜVƏ ZƏRBƏSİ ENDİRƏ BİLƏRİK"

Tarix: 28-06-2022 14:44 | Bölmə: Rezonans | Baxış: 169



Hazırda NATO Rumıniya və Bolqarıstana 152 kalibr mərmilər istehsal etmək və onları Kiyevə göndərmək barədə göstəriş verib ki, Ukrayna ordusu Rusiya silahlı qüvvələrinin artilleriya qurğularına müqavimət göstərə bilsin.
Bu fikirləri “Rossiya 1” telekanalının efirində Rusiya Dövlət Dumasının deputatı, Silahlı Qüvvələrinin ehtiyatda olan generalı Andrey Qurulev bölüşüb.
“Moskva NATO-nun Ukraynaya verdiyi müasir silahlara diqqət yetirməlidir. Xüsusilə, uzaqmənzilli HİMARS raket sistemlərinə. İndi Rusiya tərəfi Ukrayna ərazisində bu silahların yerləşdiyi nöqtələri müəyyən edir”, - general bildirib.
Onun sözlərinə görə, Rusiya Ukraynada strateji hərbi məqsədlər üçün taktiki nüvə silahı ilə zərbələr endirə bilər.
“Bu tamhüquqlu bir nüvə zərbəsi deyil, amma təsiri var. 4 kilotonluq 152-lik artilleriya mərmi nüvə avadanlığı təxminən 2 kvadrat kilometr ərazini yerlə-yeksan edir. Zərbə havadan, yəni qırıcıdan atılarsa, ətraf mühitə minimum zərər veriləcəkdir. Rusiyada isə taktiki nüvə silahının sayı 200-dən çoxdur və onların hamısı tam döyüş qabiliyyətindədir. Amerika kəşfiyyatı indi bildirir ki, Rusiyanın nüvə silahlarının hərəkətini izləyir. ABŞ 152 çaplı nüvə silahının hərəkətini heç vaxt izləyə bilməz”, - deyə Qurulev bildirib./axar.az

Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024