«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
"Biz bunu cavabsız qoymayacağıq..."- "Rusiya öz cinayət əməllərinə görə cavab verəcək..."

Tarix: 28-06-2022 19:50 | Bölmə: Rezonans | Baxış: 161
Dünya birliyi və aparıcı ölkə liderləri Rusiyanın Kremençuka raket zərbələrindən şoka düşüb




"Ticarət mərkəzində dinc sakinlərə hücum qəddarlıqdır, biz Ukraynaya dəstəyimizi davam etdirəcəyik..."
 
"Rusiya diktatoru qəddarlıq və barbarlığın belə miqyasınadək enib..."
 
"Belə cinayəti yalnız ağıldankəm terrorçular törədə bilər və onlara Yer üzündə yer olmamalıdır..." 
 
Dünya birliyi rusiyalı hərbçilərin Ukraynanın Kremençuk şəhərində ticarət mərkəzinin onlarla ukraynalının həlak olması və zərər çəkməsinə gətirib çıxaran raket atəşinə tutulmasını kəskin şəkildə pisləyib.
 
Bu barədə dünya KİV-lərində geniş materiallar dərc edilib.
 
"Kremençukda ticarət mərkəzinin atəşə tutulması tam dəhşətdir. Biz qurbanların ailələrinin ağrısını bölüşürük. Biz həm də belə alçaq davranışdan qəzəb hissi keçiririk. Rusiya xalqı həqiqəti görməlidir", - bunu özünün " Twitter" səhifəsində Fransa prezidenti Emmaniel Makron yazıb.
 
Fransa lideri dərc etdiyi materiala raket zərbəsindən sonra yanan ticarət mərkəzinin videosunu əlavə edib. Yazılan şərhlərdə sosial şəbəkə istifadəçiləri Fransa prezidentini "Putinin simasını  saxlamağa" cəhd etdiyinə və Rusiya prezidentinin hərbi cinayətlərindən çox gec danışmağa başlamasına görə məzəmmət edib.
 
Fransa XİN də faciəni şərh edərkən vurğulayıb ki, Rusiya bu əməlinə görə məsuliyyət daşımalıdır.
 
"Fransa Rusiyanın Kremençukda ticarət mərkəzinə raket zərbəsini pisləyir. Dinc sakinləri və mülki infrastrukturu bombardmana məruz qoymaqla, Rusiya beynəlxalq humanitar hüququ amansızcasına pozmaqda davam edir. Rusiya öz əməllərinə görə cavab verməlidir", - bunu "Twitter" səhifəsində Fransa XİN rəhbəri Katrin Kolonna yazıb.
 
Öz növbəsində ABŞ prezidenti Co Bayden həmçinin bəyan edib ki, Rusiya Ukraynada törətdiiyi vəhşiliklərə görə tam cavab verməlidir.
 
"Rusiyanın ticarət mərkəzində dinc sakinlərə hücumu qəddarlıqdır. Biz Ukrayna xalqı ilə həmrəyik. G7 sammitində olduğu kimi, ABŞ öz müttəfiqləri və tərəfdaşları ilə birgə belə cinayətlərə görə məsuliyyəti Rusiyanın üzərinə qoymağa davam edəcəyik və Ukraynanın müdafiəsinə dəstək göstərəcəyik", - Bayden bəyan edib.
 
Norveçin diplomatik idarəsi rusiyalıların dinc ukraynalıların atəşə tutulmasını kəskin şəkildə pisləyib.
 
"Rusiyanın Kremençukda ticarət mərkəzinə hücumu barədə məlumatlar şokedicidir. Norveç Rusiyanın mülki əhali və mülki infrastruktura qəsdən hücumlarını pisləyir", - məlumatda belə deyilir.
 
Böyük Britanitanın baş naziri Boris Conson G7 ölkə liderlərinin sammitində olarkən vurğulayıb ki, "dəhşət doğuran hücum yenidən Rusiya diktatorunun qəddarlıq və barbarlığın belə miqyasınadək enməsini göstərib".
 
"Biz yenidən xəyalən Ukraynada günahsız qurbanların ailələri ilə birlikdəyik. Putin anlamalıdır ki, onun davranışı heç nəyə gətirib çıxarmayacaq, Böyük Britaniya və G7 ölkələri Ukraynaya tələb olunan dəstəyi göstərməkdə davam edəcək", - britaniyalı baş nazir deyib.
 
Kremençuka raket zərbələri və Ukraynanın dinc əhalisinin atəşə tutulmasını müzakirə etmək üçün BMT Təhlükəsizlik Şurasının iclası gözlənilir.
 
Ukrayna prezidenti Ofisi rəhbərinin müşaviri Aleksey Arestoviç rusiyalıların Kremençuka hücumunu "raket Buçası" adlandırıb, qeyd edib ki, Rusiyanın məqsədi mülki ukraynalılara qarşı açıq terrordur.
 
"Aydındır ki, biz bunu cavabsız qoymayacağıq. Həm də uzun müddət, diqqətlə, zövqlə cavab verəcəyik...Biz hərbi hədəfləri vuracağıq, bu məsələ müzakirə edilmir, amma bizim hədəflər "bankımız" çoxdur, xeylidir və parlaqdır", - Arestoviç vəd edib.
 
Ukrayna prezidenti Vladimir Zelenski qeyd edib ki, belə vəhşilikləri yalnız tamamilə "ağıldankəm terrorçular" törədə bilər.
 
"Belə obyektə zərbəni yalnız tamamilə ağıldankəm terrorçular törədə bilər və Yer kürəsində onlara yer olmamalıdır. Bu, heç də raketin səhvən vurması deyil, bu, düşünülmüş və məhz bu ticarət mərkəzinə hesablanmış zərbədir", - Zelenski vurğulayıb.
 
Ukrayna dövlətinin başçısı Rusiyanın bu hücumunu Avropa tarixində ən iyrənc terror aktlarından biri adlandırıb:
 
"Dinc şəhər, adi ticarət mərkəzi, içəridə qadınlar, uşaqlar, adi mülki insanlar..."
 
Zelenskinin məlumatına görə, düşmən zərbəsindən öncə insanların əksəriyyəti oranı tərk etməyə macal tapıb.
 
"Hava həyəcanı elan edilməzdən öncə orada minədək adam olub. Xoşbəxtlikdən, çoxları mərkəzi tərk edə bilib. Amma içəridə hələ də oranın işçiləri, ziyarətçilərin bir hissəsi qalıb...", - Ukrayna prezidenti deyib.


Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024