«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
ABŞ-da Türkiyəyə münasibət dəyişib: "Bu qərarı dəstəkləyirəm"

Tarix: 30-06-2022 12:30 | Bölmə: Rezonans | Baxış: 182
ABŞ-da Türkiyəyə münasibət dəyişib: "Bu qərarı dəstəkləyirəm"

Türkiyənin Finlandiya və İsveçin NATO üzvlüyünə etirazlarından sonra ABŞ prezidenti Co Bayden administrasiyasının Türkiyəyə mümkün F-16 döyüş təyyarələrinin satışını dəstəklədiyi barədə bəyanat beynəlxalq mətbuatda əksini tapıb. İddia edilir ki, iki ölkənin prezidentləri Rəcəb Tayyib Ərdoğan və Co Baydenin Madriddəki görüşündə bu barədə razılaşma əldə edilib.

Press-fakt.com xəbər verir ki, ABŞ Müdafiə Nazirliyinin beynəlxalq təhlükəsizlik məsələləri üzrə müdafiə nazirinin köməkçisi Celeste Wallander Türkiyənin güclü müdafiə qabiliyyətinin NATO-nun müdafiəsini gücləndirəcəyini ifadə edərək “ABŞ Türkiyənin hərbi donanmasının modernləşdirilməsini dəstəkləyir, çünki bu, NATO təhlükəsizliyinə töhfə verir və buna görə də Birləşmiş Ştatların təhlükəsizliyinə töhfədir”,- deyə bildirib.
Xatırladaq ki, Türkiyə oktyabr ayında ABŞ-dan Lockheed Martin istehsalı olan 40 F-16 döyüş təyyarəsi və mövcud döyüş təyyarələri üçün 80-ə yaxın modernləşdirmə dəsti almaq üçün müraciət etmişdi. Türkiyənin satınalma tələbi ABŞ Konqresi tərəfindən təsdiqlənməlidir.
Türkiyənin İsveç və Finlandiyanın NATO üzvlüyünə etirazlarının da ABŞ-dan F-16 alması ilə bağlı olduğu iddiaları daha əvvəl gündəmə gəlmişdi. ABŞ rəsmiləri danışıqlarda F-16 mövzusunun gündəmdə olmadığını, bunun Türkiyənin Finlandiya və İsveçin NATO üzvlüyünə yaşıl işıq yandırması ilə nəticələndiyini, lakin Türkiyənin etirazlarını geri götürməsinin müsbət atmosfer yaratdığını bildirib.
Britaniyanın “Financial Times” qəzeti son prosesin diqqətəlayiq təhlilini dərc edib. Türkiyə-ABŞ münasibətlərinin son illərdə pis vəziyyətdə olduğuna diqqət çəkən qəzet yazır ki, analitik və diplomatların fikrincə, Rusiyanın Ukraynaya təcavüzü Qərbin Qara dənizdə strateji mövqeyə malik Türkiyə ilə pis münasibətlərini yaxşılaşdırmağa səbəb olub.
ABŞ ordusunun keçmiş Avropa komandanı, istefada olan general-leytenant Ben Hodges "Financial Times" qəzetinə deyib: “Təkcə bu sammitin deyil, həm də bütün böhranın nəticələrindən biri odur ki, ABŞ indi Qara dənizə nəzər salmalıdır. Bura Türkiyə ilə münasibətlərin yaxşılaşdırılması da daxildir”.
ABŞ-ın Respublikaçı senatoru Lindsey Graham da dünən paylaşdığı Tvitter statusunda F-16-ların Türkiyəyə satışı ilə bağlı Bayden rəhbərliyini dəstəkləyib. Graham tvitində “mən Bayden administrasiyasının NATO müttəfiqimiz Türkiyəyə F-16-ların satışı ilə bağlı qərarını dəstəkləyirəm. Türkiyə ilə fikir ayrılıqlarımız olsa da, ölkə NATO müttəfiqidir və problemli coğrafiyada hərbi imkanlarını artırmaq Amerikanın milli təhlükəsizlik maraqlarına uyğundur”,- deyə qeyd edib.

Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024