«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Yuxu haqqında 6 mif: istirahət etmək üçün sutkada 8 saat yatmaq mütləq deyil...

Tarix: 02-01-2024 19:15 | Bölmə: Sağlamlıq | Baxış: 110
Yuxu haqqında altı mif: istirahət etmək üçün sutkada səkkiz saat yatmaq mütləq deyil...

 
Orqanizmin düzgün fəaliyyəti kifayət qədər yuxu olmadan praktiki olaraq mümkün deyil.

Lakin həqiqətənmi hamıya sutkada ən azı səkkiz saat yuxu lazımdır? Bədr zamanı (14 gecəlik ay) yuxunun daha çətin olması həqiqətdirmi?
 
Biz sizə yuxu haqqında ən geniş yayılan altı mifi təqdim edirik.
 
Bu barədə Polşanın "Fakt" nəşri yazıb.
 
Doyunca yatın
 
Həyatımızda qidadan başqa ən vacib olan nədir? Yuxu və istirahət! Lakin, heç demə nənələrimizin, analarımızın və tanışlarımızın yuxu barəsində dediklərinin heç də hamısı doğru deyil və sübut olunmayıb. Yuxu ilə bağlı miflər aşağıdakllardır:
 
1. Sutkada səkkiz saat yuxu ən düzgün qərardır?
 
Bu, həqiqət ola bilər, amma mütləq deyil. Mütəxəssislərin hesablamalarına görə, gündə yeddi saat yarım yatmaq lazımdır. Lakin yaddan çıxarmayaq ki, bu, fərdi məsələdir. 
 
Psixoloq-doktor Maykl Breus etiraf edir ki, artıq bir çox illərdir ki, gündə 6-7 saat yatır və bu, ona tamamilə kifayət edir. 
 
Bizə əslində neçə saat yuxunun lazım olmasını öyrənməyin ən yaxşı üsulu bunun sınaq və səhvlər metodu ilə aydınlaşdırılmasıdır.
 
Əgər səhər saat altıda oyanmaq lazımdirsa, yeddi saat tez yatmaq gərəkdir. Əgər yuxudan oyananda istirahət etmiş oluruqsa, deməli, bizə gündə məhz bu qədər yatmaq kifayətdir. Altı saatdan az yatmaq tamamilə tövsiyə edilmir!
 
2. Bir saat yatmaqla bərpa edilmək kifayətdir?
 
Yox. Əgəf siz gündüz yuxusunun tərəfdarısınızsa, bir saat ərzində yatmaq variantı ən pisidir. Bir saatdan sonra biz yuxunun ən dərin fazalarından birində oluruq.
 
Ona görə də 60 dəqiqədən sonra oyanmaq heç də ən xoşagələn və özümüzü yenidən doğulan kimi hiss etməyə imkan verən variant deyil. Yuxunun optimal müddəti 90 və ya 20 dəqiqə təşkil edir.
 
3. Bədr yuxunu pozur?
 
Heç demə bu nəzəriyyədə həqiqət payı var. Yəqin ki, bir çoxlarınız gecənin ortasında yuxudan "indi müəyyən dərəcədə bədrdir" fikri ilə oyanmısınız.
 
Son tədqiqatlar göstərib ki, bədr zamanı biz adətən az yatırıq. Melatoninin miqdarı azalır, yuxunun özü adəti üzrəyə nisbətən daha çox zaman aparır.  
 
Alimlər deyir ki, bu, orqanizmin xüsusiyyətidir və təbii olaraq Ayın geofiziki ritmləri ilə sinxronluq təşkil edir.
 
4. Televizor yatmağa imkan vermir?
 
Bu, doğru deyil! Mümkündür ki, televizor ən yaxışı yuxugətirici deyil, lakin 30 dəqiqəlik teleseansın (xüsusilə şən proqramın izlənilməsi) rahatlanmağa və sakitləşməyə imkan verdiyini inkar etmək olmaz.
 
Taymeri 30 dəqiqəyə quraşdırın, bundan sonra televizor özü qoşulacaq və yuxunuzu pozmayacaq. 
 
Problem o zaman yaranır ki, yatmaq üçün televizora daha çox baxmaq lazım gəlir. Bu halda televizordan imtina etmək və başqa strategiyadan istifadə etmək lazımdır.
 
5. Yaxşı yuxu üçün psixoterapiya gərəkdir?
 
Bəli! Xroniki yuxusuzluqdan əziyyət çəkənlər üçün bu, son məsləhətlərdən biridir. Yaxşı mütəxəssis tərəfindən müalicə çox çəkmir və yuxunu idarə edən mexanizmləri anlamağa kömək edir. Yuxusuz gecələrlə vidalaşmaq üçün bir neçə seans kifayət edir.
 
6. Tez yuxulamaq üçün alkoqol
 
Alkoqol yuxunu sürətləndirə bilsə də (bəzən hətta daha tez baş verir), o, gecə yuxusunun ritmini pozaraq onun keyfiyyətini xeyli azaldır. 
 
Bu ona gətirib çıxarır ki, ertəsi gün biz təkcə xumarlıq (rusca "похмелье"-red.) əlamətləri ilə deyil (əgər həddən artıq alkoqol qəbul edilibsə), həm də kifayət qədər istirahət etmədən oyana bilərik.



Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024