Sağlamlıq təhlükəsi: Pandemiya gedir, əvəzinə tridemiya gəlir? - AÇIQLAMA /FOTO
Ötən ilin mayında Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) pandemiyanın başa çatdığını elan etsə də, son aylar bir çox ölkələrdə COVID-19-un yeni subvariantlarına yoluxanların sayının artması, dünyanın 58 ölkəsində yeni ştamlara yoluxma faktının aşkarlanması ilə bağlı insanlarda narahatlıq yaradıb.
Bir neçə gün əvvəl isə yaxın qonşularımızdan biri olan Rusiyada tridemiyanın başladığı ilə bağlı “Rospotrebnadzor” (İstehlakçıların Hüquqlarının Müdafiəsi və İnsan Rifahına Nəzarət üzrə Federal Xidməti) məlumat yayıb.
Bəs görəsən, ölkəmizdə epidemioloji vəziyyət necədir və tridemiya ehtimalı varmı?
Həkim-infeksionist Vasif Əliyev bildirir ki, bu gün ölkəmizdə viruslara yoluxma ilə bağlı vəziyyət stabildir:
“Əvvəlcə qeyd edim ki, “tridemiya” - üç virusun bir yerdə yayılması deməkdir. Bunlar kəskin respirator virus infeksiyaları, eləcə də qrip və koronavirusdur, yəni bunların üçlü şəkildə, epidemiya olaraq Rusiyada yayılması barədə məlumat var.
Əslində, bu viruslar hər zaman olub, hal-hazırda bizdə də var, sadəcə, soyuq ayların gəlməsi ilə əlaqədar bu cür virus infeksiyalarına yoluxmaların sayı gedərək artır. Bu da yoluxma nisbəti, yoluxma faizinin artması deməkdir.
Qrip hər zaman olub, indi də var. COVID-19 əvvəlki pandemiya vəziyyətində deyil, amma koronavirus infeksiyasına da yoluxma hallarını görürük.
Bu infeksiyalar respirator infeksiyalardır ki, onlara hər zaman, xüsusən qış dönəmində, mövsümi xarakter daşıdığına görə daha çox rast gəlinir. Bu infeksiyalar ağırlaşmış, fəsadlaşmış xəstəliyə səbəb olmadıqlarına görə elə də ciddi və aktual deyil.
Dünyada koronavirus infeksiyası da yayılır, qrip də yayılır. Bunlar sürətli yoluxma qabiliyyətinə malik olsalar da, insanlar hətta xəstəxanada olmadan belə, ev şəraitində də sağala bilirlər. Onu demək istəyirəm ki, bu infeksiyalar tarix boyu olub.
Qızılca ilə bağlı deyə bilərəm ki, hazırda Azərbaycanda epidemioloji vəziyyət var, yəni qızılca çox sürətlə yayılır. Amma nəzərə almaq lazımdır ki, qızılca əvvəl peyvənd olunmayan insanlar üçün təhlükəli sayılır. Peyvənd olunanlar və qızılca keçirənlər üçün təhlükəli xarakter daşımır”.
Bir insanın eyni anda üç virusa yoluxa bilməsi ehtimalına gəlincə, infeksionist bildirib ki, mövsümündən asılı olaraq, bu mümkündür:
“Bir insan eyni anda üç virusa - həm qızılca, həm koronavirus, həm qripə yoluxa bilər.
Bütün bu infeksiyalardan yeganə qorunma yolu ara məsafəsinin gözlənilməsi, maska taxılması və gigiyena qaydalarına əməl olunmasıdır. Bu xəstəliklər respirator yolla yayıldığına görə xəstəlik, virus yaxın təmasda olduğumuz sağlam insana da yoluxa bilər”.
“Virusa yoluxan insanlara məsləhətim ondan ibarətdir ki, ev şəraitində qalsınlar. Təbii ki, durumdan asılı olaraq, əgər lazımdırsa, yenə də ev şəraitində, həkim müayinəsindən keçsinlər.
Əsas məsələ budur ki, virusa yoluxan xəstələr ilk növbədə ətrafdan təcrid olunmalıdırlar ki, başqalarına virusu ötürməsinlər.
Azərbaycanda epidemioloji vəziyyət bir az qızılca baxımından kritikdir. Çünki həm uşaqlar, həm böyüklərdə qızılcaya yoluxma halı gedərək artır. Hazırda onların çoxu evdə, modul tipli xəstəxanalarda müalicə alır.
Sonda demək istərdim ki, poliklinikalarda peyvəndlər var və sağlamlıqlarını qorumaq üçün vətəndaşlarımız peyvənd oluna bilərlər”, - deyə Vasif Əliyev fikirlərini tamamlayıb.
Əzizə İsmayılova
Digər xəbərlər
Tarix: 11-01-2024 15:00 | Bölmə: Sağlamlıq | Baxış: 98

Xəbəri paylaş
Digər xəbərlər
30-03-2024, 23:55
XİN 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanat yayıb
30-03-2024, 23:50
Ermənistanın “dost”ları kimlərdir? - VİDEO
30-03-2024, 23:45
“RUSİYADA VƏZİYYƏT DRAMATİK DƏRƏCƏDƏ AĞIRDIR...”- “Ölkəni Avropadan ayırmaq böyük fəlakətdir”/Müsahibə
30-03-2024, 21:10
Aİ Türkiyənin aviaşirkətinə onun ərazisi üzərindən uçmağı qadağan etdi
30-03-2024, 21:05
"Crocus City Hall"dakı terror aktında yaralı sayı 695-ə çatıb
30-03-2024, 20:30
Səlcuq sultanlarının DNT analizi üzrə heykəlləri hazırlandı - FOTO
30-03-2024, 20:07
Rusiya ilk dəfə bu bombadan istifadə edib - Böyük dağıdıcı gücə malikdir
30-03-2024, 20:00
“Türkiyə Ukraynaya silahlar verəcək”- ”Aydınlıq” nəşri
30-03-2024, 19:25
Erməni siyasətçi Tacikistan və Qırğızıstanı TƏHQİR ETDİ: “Bədbəxt ölkələrdir”- VİDEO
30-03-2024, 18:00
“Rusiya cəmiyyəti benzinsiz, dizelsiz yaşamağı öyrənməlidir - Bu, ədalətlidir”- Zelenski
30-03-2024, 17:45
“AVRO-2024”-ə DRONLARLA TERROR HÜCUMU OLA BİLƏR - “BİLD”
30-03-2024, 17:30
DİN vətəndaşlara müraciət etdi: "Saxta elektron sikkələr sataraq..."
30-03-2024, 17:25
Türkiyə ABŞ-dan F-16-ların tədarükünü azalda bilər
30-03-2024, 17:15
“ABŞ yardımının gecikməsi Ukraynaya baha başa gəlir”- Zelenski
30-03-2024, 17:00
Taciklər kütləvi şəkildə Rusiyanı tərk edir - “Vətəndaşlarımız panika, qorxu içindədir..."
30-03-2024, 16:45
“İRAN HÖKUMƏTİ ÖZ NÜVƏ POTENSİALINI ARTIRIR”- "Təftişə icazə vermirlər”- Rafael Qrossi
30-03-2024, 16:30
İrəvanın "şıltaqlığına" Kremlin səbrlə “dözməsi”nin səbəbi nədir?- Ekspert AÇIQLADI
30-03-2024, 16:15
İranda hicabı tənqid edən güneyli müəllimə həbs cəzası verildi
30-03-2024, 15:45
Əskipara kəndinə xüsusi polis qüvvələri göndərildi...- "İzah edirlər ki, bu, onlara kömək etmir, əksinə, zərər verir"
30-03-2024, 15:30
STALİNİN QIZINI SEVƏN KAPLER - Sovet lideri ona ingilis casusu damğası vurdu, amma...
30-03-2024, 15:25
İŞİD sözçüsü Rusiyadakı terrordan sonra müraciət yayıb - “Vilayəti-Xorasan”a təşəkkür
30-03-2024, 15:15
Rusiya-Gürcüstan sərhədində minlərlə maşın gözləyir
30-03-2024, 15:00
Jurnalistlər “Crocus”da terror aktının sponsorlarına məxsus kriptopulqabı tapıblar
30-03-2024, 14:45
“RUSİYA ORDUSU İRƏLİLƏYİR" - "Ukrayna müqavimət göstərə bilməyəcək”
30-03-2024, 14:15
Türkiyədə “sükut günü”dür - Xəbər, proqnoz və şərh vermək qadağandır
30-03-2024, 14:00
HƏYAT YOLDAŞI GENERALI MƏHKƏMƏYƏ VERDİ - FHN-də növbəti qalmaqal
30-03-2024, 13:55
İsrail Qəzzanı bombalayıb - Xeyli sayda insan həlak olub
30-03-2024, 13:50
Britaniya ordusunda 100 illik qadağa ləğv edildi: Saqqal saxlamaq olar
30-03-2024, 13:15
Ermənistanın Rusiyaya ixracı 3 dəfə artıb - İrəvanın Moskvaya dəstəyini Aİ də təqdir edir?
30-03-2024, 13:00
Fazil Mustafaya sui-qəsdlə bağlı növbəti məhkəmə - Şahidlər ifadə verdi
30-03-2024, 12:55
“ABŞ-ın dəstəyi olmasa, Ukrayna ordusu geri çəkiləcək”- Zelenski
30-03-2024, 12:40
DƏRMANLAR KƏSKİN BAHALAŞIB - Qiymətləri kimlər artırır? /VİDEO
29-03-2024, 23:00
Azərbaycanda narkotikə görə 7 il həbsə alınan 32 YAŞLI QADIN DANIŞDI: “Rəfiqələrimin günahıdır..."- VİDEO
29-03-2024, 22:50
“ABŞ-ın Ukraynaya ümumi yardımı 113 milyard dolları ötür”- “Fox News”
29-03-2024, 22:35
Yalnız “qadınlardan” ibarət olan “TROLL FABRİKİ”ni NAZİRLİKLƏ NƏ BAĞLAYIR?- FOTOFAKT
29-03-2024, 22:22
İran səfirinin Azərbaycanda diplomatik missiyası başa çatıb
29-03-2024, 22:00
"Rusiya Xarkova hücum edərsə, bu, onun üçün fəlakətə çevriləcək"- Sırski
29-03-2024, 21:55
"Qarabağ" sona 8 tur qalmış 11-ci çempionluğunu rəsmiləşdirib
30-03-2024
29-03-2024