Azərbaycanda bir çox xəstəliklərin 40-50 yaş aralığında alovlanmasının səbəbi nədir?- AÇIQLAMA /FOTO
Sön dövrlər bir çox xəstəliklər cavanlaşıb. Xüsusilə də orta yaş dövründə - 40-60 yaş aralığında özünü büruzə verən və müalicələrə demək olar ki tabe olmayan xəstəliklər sırasında ürək-damar və onkoloji xəstəliklər üstünlük təşkil edir.
Hətta “Worldlifeexpectancy”də açıqlanan statistik məlumatlara görə, ürək, qan-damar sistemi xəstəliklərindən baş verən ölüm hallarına görə ölkəmiz Tacikistandan sonra dünyada ikinci yerdədir.
Azərbaycanın 183 ölkə sırasında reytinq dərəcəsi 388,41 kimi qeyd edilib. Statistikaya əsasən, ölkədə ani ölüm hallarının 68 faizi ürək-damar xəstəlikləri səbəbilə baş verir.
Son zamanlar isə cavanların ürək-damar və onkoloji xəstəliklərdən vəfat etməsi halına rast gəlirik. Bu günlərdə qısa zaman kəsiyində üç tələbənin ürəktutmasından vəfat etməsi faktı dediklərimizi bir daha təsdiqləyir.
Qeyd edək ki, ürək-damar sistemi xəstəliklərinin ilkin əlamətləri kəskin şəkildə sinə və kürək nahiyələrində ağrıların olmasıdır. Ürək çatışmazlığı iki cür - kəskin və xroniki gedişata malikdir.
Ümumiyyətlə mütəxəssislər deyirlər ki, hər iki xəstəliyinin çoxalmasının səbəbləri - insanların əksəriyyətinin daha çox passiv həyat, oturaq iş rejiminə üstünlük verməsi, “Fast Food” və stresslə əlaqəlidir.
Bəs son dövrlərdə 40-50 yaş aralığında olan insanlar arasında xəstəliklərin rastgəlmə tezliyinin artması nə ilə bağlıdır? Bu yaş dövrünü ümumiyyətlə orqanizmin kritik, həssas dönəmi kimi qiymətləndirmək olarmı?
Həkim-pediatr Günel Sadıqlı Oxu.Az-a açıqlamasında bildirib ki, ilk öncə ürək damar xəstəliklərinin erkən və bir az daha erkən və nisbətən orta yaşlarda ölümə səbəb olma faktları var:
“Daha erkən, yəni 25 yaşdan aşağı qəfləti ürək ölümlərinə fikir versəniz, bu, daha çox kişilərdə müşahidə olunur. Ötən il bir çox universitet tələbəsinin qəfil ürək ölümündən dünyasını dəyişdiyinin şahidi olduq.
Bəs 25 yaşdan aşağı kişilərdə bu niyə baş verir? Burada əsas səbəb genetik faktordur. Bu, isbatlanmış bir məlumatdır. Ancaq qadınlarda qəfil ürək ölümünə klimaks dövrünə qədər nadirən rast gəlinir. Çünki qadınlarda estrogen hormonu infarktdan, qəfil ölümlərdən qoruyur.
Qəfil ürək ölümləri cavan yaşlı xanımlarda da ola bilər. Buna isə tromb emboliya səbəb ola bilər. Uzunmüddətli oturaq həyat şəraiti, oturaq iş rejimi və yaxud da təyyarədə səyahət, damar divarında qan durğunluğuna səbəb olur.
Bu da tromba səbəb olur və sonra hərəkət zamanı qısa müddətdə tromb qoparaq dərin venalardan ürəyə doğru hərəkət edir. Nəticədə ürəyin damarının tıxanmasına səbəb olur ki, bu da qəfil ürək ölümünə səbəb olur.
Yəni ümumiyyətlə, qəfləti ürək ölümlərinin səbəbi ya trombdur, ya da ürəyə kəskin qan dövranı təchizatının pozulmasıdır. Buna görə də qəfil ürək ölümləri halları baş verir”.
Həkim onu da qeyd edib ki, ürək xəstəliklərinin 45-50 yaş arası müalicəyə tabe olmaması deyə bir anlayış yoxdur:
“Sadəcə, bizim 10 milyonluq əhalisi olan ölkəmiz, digər ölkələrlə nisbətdə daha kiçikdir. Əhali sayı az olduğuna görə, bu xəstəliklər daha çox üzə çıxır.
Bizdə demək olar ki, ölkəmizdə "Check-up" müayinələrə hər il gedənlərin sayı çox aşağıdır. Təəssüf ki, insanlar xəstəliyin mərhələlərində həmişə həkimə ən sonda müraciət edirlər.
Buna görə də müalicə üçün artıq çox gecikmiş vəziyyət olur. Yəni müalicəyə cavab verməmək bundandır, yoxsa xəstəliyin hər hansı bir xüsusiyyəti yoxdur ki, ürək-damar xəstəlikləri müalicəyə tabe olmasın.
Yalnız bu trombdan qaynaqlanan qəfil ürək ölümünü çıxmaq şərti ilə.
Amma profilaktik tədbirlər görülərsə, əlbəttə ki, bunların da qarşısını almaq mümkündür”.
Həkim Günel Sadıqlı onkoloji xəstəlikləri ən başlarda özünü büruzə verməyən çox gizli keçən bir xəstəlik olduğunu diqqətə çatdırıb:
“Bu kimi xəstəlikləri vaxtında aşkarlamaq üçün mütəmadi olaraq kontrol "Check-up" müayinələr vacibdir. Yəni insanlarımızın il ərzində ən azı iki dəfə müayinələrdən keçmədiyinə görə, xərçəng də özünü ən son - gecikmiş mərhələdə büruzə verir. İnsan ağrıdığı, simptom üzə çıxdığı zaman həkimə müraciət edir.
Bu zaman artıq xərçəngin gecikmiş mərhələsi olur. Onkoloji xəstəliklərin qarşısını almaq olmur.
Kimyaterapiya, şüaterapiya, bəzən poleativ əməliyyatlar tətbiq edilir. Ancaq onu qeyd edim ki, bu xəstəlikləri kimyaterapiya ilə remissiyaya, yəni yatmış vəziyyətə salmaq olur.
Şüaterapiya, kimyaterapiya və yaxud hər hansı bir cərrahi əməliyyatla sadaladığım kimi xəstəliyi yatmış vəziyyətə (passiv hala) salmaq mümkündür. Lakin xərçəng xəstəliyinin özünün də genetikası var.
Misal üçün qeyd edim ki, süd vəzi onkologiyasının iki yüzündən çox genetik növü məlumdur. Bunlardan ləng inkişaf edən, çox sürətli inkişafa malik olan növləri də var.
Bəziləri müalicəyə cavab verir, bəziləri isə vermir. Kəskin qan xəstəlikləri də onun kimidir. Məsələn kəskin limfoblast leykozların özü sümük iliyi transplantasiyası mümkün olduğu halda belə bəzən xəstəliyi remissiyaya salmaq olmur. Yəni onun genetikası, xəstəlikdə sümük iliyi ilə biopsiya alınıb, genetikası yoxlanıldığı zaman hansı genetikaya malik olması artıq bizə müalicə üçün bir seçim verir. Öncədən təxmin edə bilirik ki, bu xəstəliklər müalicəyə necə tabe olacaq.
Əksər hallarda limfa düyünləri xərçəngi və hər hansı bir orqan xərçəngləri öncədən aşkarlanarsa, müalicəyə tabe olur və uzunmüddətli remissiya almaq mümkündür. Yəni yatmış vəziyyətə keçməsi mümkündür”.
Günel Sadıqlı bu xəstəliklərin ölkəmizdə rast gəlmə tezliyinin səbəblərini stresli iş rejimi, hava şəraitinin çirkli olmasında görür:
“Ölkəmizdə insanların gərgin iş şəraiti, çirkli hava və digər nüanslar ciddi zəmin yaradır.
Məsələn, hər kəs demək olar ki, nəqliyyat vasitəsindən istifadə edir. Şəhərdəki tıxacları nəzərə alsaq, insanların neçə saat işdə oturaq qalması, daha sonra nəqliyyat vasitəsində oturaq halda zaman keçirməsi, gərginliyin artmasına və bir çox xəstəliklərin yaranmasına zəmin yaradır.
Onu da qeyd edim ki, bu yalnız bizim ölkədə deyil, ürək damar xəstəlikləri və xərçəng xəstəliyi bütün dünyada geniş yayılmış xəstəliklər sırasındadır. Sadəcə nisbət olaraq götürsək, bizim ölkədə əhali sayı daha aşağıdır və bu xəstəliklərin üzə çıxma ehtimalı daha çox olur.
Digər ölkələrdə, məsələn, Amerika Birləşmiş Ştatlarında hər beş nəfərdən biri piylənmədən dünyasını dəyişir. Bu, sübut olunmuş statistik nəticədir.
“Fasd food”larla qidalanma, qidaların keyfiyyətsizliyi də əlbəttə ki, mühüm rol oynayır. Təəssüf ki, artıq mağazalarda demək olar ki, geni dəyişdirilmiş məhsullardan (GMO) qidalardan, eləcə də konservləşdirilmiş məhsullardan da çox istifadə olunur.
Məhsullara istifadə olunan gübrələr, dəyişdirilmiş genetika, bunların hamısı əlbəttə ki, orqanizmdə müəyyən sadalanan xəstəliklərin, ən çox da onkoloji xəstəliklərin yaranmasına zəmin yaradır.
“Fasd food”la qidalanma qanda xolesterin səviyyəsinin artmasına zəmin yaradır. Bu da aşağı sıxlıqlı libillərin qanda artması, təbii ki, damarların tıxanmasının ən başlıca səbəblərindəndir.
Zamanla damar tıxanıqlığı yaranır və uzun müddət sonra artıq ürəyə qan axımı zəifləməyə başlayır. Sonra işlənmiş qidalar demək olar ki, mədə-bağırsaq, həzm sistemində, onkoloji xəstəliklərin yaranmasına səbəb olur.
Amerikada da, Avropada da nisbət olaraq götürsək, onkoloji xəstəliklərdən də, piylənmədən də, ürək-damar xəstəliklərindən də əziyyət çəkən şəxslərin sayı yetəri qədər çoxdur.
Sadəcə olaraq, xüsusilə qeyd edirəm ki, digər ölkələrdə olduğu kimi Azərbaycanda da əhali arasında "Check up" müayinələrdən keçməyin vacibliyi istiqamətində maarifləndirmənin aparılması çox önəmlidir”.
Könül Cəfərli
Digər xəbərlər
Tarix: 13-01-2024 14:44 | Bölmə: Sağlamlıq | Baxış: 130

Xəbəri paylaş
Digər xəbərlər
30-03-2024, 23:55
XİN 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanat yayıb
30-03-2024, 23:50
Ermənistanın “dost”ları kimlərdir? - VİDEO
30-03-2024, 23:45
“RUSİYADA VƏZİYYƏT DRAMATİK DƏRƏCƏDƏ AĞIRDIR...”- “Ölkəni Avropadan ayırmaq böyük fəlakətdir”/Müsahibə
30-03-2024, 21:10
Aİ Türkiyənin aviaşirkətinə onun ərazisi üzərindən uçmağı qadağan etdi
30-03-2024, 21:05
"Crocus City Hall"dakı terror aktında yaralı sayı 695-ə çatıb
30-03-2024, 20:30
Səlcuq sultanlarının DNT analizi üzrə heykəlləri hazırlandı - FOTO
30-03-2024, 20:07
Rusiya ilk dəfə bu bombadan istifadə edib - Böyük dağıdıcı gücə malikdir
30-03-2024, 20:00
“Türkiyə Ukraynaya silahlar verəcək”- ”Aydınlıq” nəşri
30-03-2024, 19:25
Erməni siyasətçi Tacikistan və Qırğızıstanı TƏHQİR ETDİ: “Bədbəxt ölkələrdir”- VİDEO
30-03-2024, 18:00
“Rusiya cəmiyyəti benzinsiz, dizelsiz yaşamağı öyrənməlidir - Bu, ədalətlidir”- Zelenski
30-03-2024, 17:45
“AVRO-2024”-ə DRONLARLA TERROR HÜCUMU OLA BİLƏR - “BİLD”
30-03-2024, 17:30
DİN vətəndaşlara müraciət etdi: "Saxta elektron sikkələr sataraq..."
30-03-2024, 17:25
Türkiyə ABŞ-dan F-16-ların tədarükünü azalda bilər
30-03-2024, 17:15
“ABŞ yardımının gecikməsi Ukraynaya baha başa gəlir”- Zelenski
30-03-2024, 17:00
Taciklər kütləvi şəkildə Rusiyanı tərk edir - “Vətəndaşlarımız panika, qorxu içindədir..."
30-03-2024, 16:45
“İRAN HÖKUMƏTİ ÖZ NÜVƏ POTENSİALINI ARTIRIR”- "Təftişə icazə vermirlər”- Rafael Qrossi
30-03-2024, 16:30
İrəvanın "şıltaqlığına" Kremlin səbrlə “dözməsi”nin səbəbi nədir?- Ekspert AÇIQLADI
30-03-2024, 16:15
İranda hicabı tənqid edən güneyli müəllimə həbs cəzası verildi
30-03-2024, 15:45
Əskipara kəndinə xüsusi polis qüvvələri göndərildi...- "İzah edirlər ki, bu, onlara kömək etmir, əksinə, zərər verir"
30-03-2024, 15:30
STALİNİN QIZINI SEVƏN KAPLER - Sovet lideri ona ingilis casusu damğası vurdu, amma...
30-03-2024, 15:25
İŞİD sözçüsü Rusiyadakı terrordan sonra müraciət yayıb - “Vilayəti-Xorasan”a təşəkkür
30-03-2024, 15:15
Rusiya-Gürcüstan sərhədində minlərlə maşın gözləyir
30-03-2024, 15:00
Jurnalistlər “Crocus”da terror aktının sponsorlarına məxsus kriptopulqabı tapıblar
30-03-2024, 14:45
“RUSİYA ORDUSU İRƏLİLƏYİR" - "Ukrayna müqavimət göstərə bilməyəcək”
30-03-2024, 14:15
Türkiyədə “sükut günü”dür - Xəbər, proqnoz və şərh vermək qadağandır
30-03-2024, 14:00
HƏYAT YOLDAŞI GENERALI MƏHKƏMƏYƏ VERDİ - FHN-də növbəti qalmaqal
30-03-2024, 13:55
İsrail Qəzzanı bombalayıb - Xeyli sayda insan həlak olub
30-03-2024, 13:50
Britaniya ordusunda 100 illik qadağa ləğv edildi: Saqqal saxlamaq olar
30-03-2024, 13:15
Ermənistanın Rusiyaya ixracı 3 dəfə artıb - İrəvanın Moskvaya dəstəyini Aİ də təqdir edir?
30-03-2024, 13:00
Fazil Mustafaya sui-qəsdlə bağlı növbəti məhkəmə - Şahidlər ifadə verdi
30-03-2024, 12:55
“ABŞ-ın dəstəyi olmasa, Ukrayna ordusu geri çəkiləcək”- Zelenski
30-03-2024, 12:40
DƏRMANLAR KƏSKİN BAHALAŞIB - Qiymətləri kimlər artırır? /VİDEO
29-03-2024, 23:00
Azərbaycanda narkotikə görə 7 il həbsə alınan 32 YAŞLI QADIN DANIŞDI: “Rəfiqələrimin günahıdır..."- VİDEO
29-03-2024, 22:50
“ABŞ-ın Ukraynaya ümumi yardımı 113 milyard dolları ötür”- “Fox News”
29-03-2024, 22:35
Yalnız “qadınlardan” ibarət olan “TROLL FABRİKİ”ni NAZİRLİKLƏ NƏ BAĞLAYIR?- FOTOFAKT
29-03-2024, 22:22
İran səfirinin Azərbaycanda diplomatik missiyası başa çatıb
29-03-2024, 22:00
"Rusiya Xarkova hücum edərsə, bu, onun üçün fəlakətə çevriləcək"- Sırski
29-03-2024, 21:55
"Qarabağ" sona 8 tur qalmış 11-ci çempionluğunu rəsmiləşdirib
30-03-2024
29-03-2024