«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Kişilər ömrünü necə uzada bilər?- "Risk faktorlarını izləmək üçün..."

Tarix: 29-01-2024 23:50 | Bölmə: Sağlamlıq | Baxış: 118



“Genetikaya təsir edə bilməzsiniz, ancaq həyat tərzinizi tənzimləməklə ömrünüzü uzada bilərsiniz”.

Bu barədə lenta.ru-ya uroloq və onkoloq Aleksandr Korolev danışıb.

Onkoloq ilk növbədə kişiləri mütəmadi olaraq tibbi müayinədən keçməyə çağırıb:

“Kişilər mühüm risk faktorlarını izləmək üçün ildə ən azı bir dəfə həkimə müraciət etməlidirlər. 

25 yaşından etibarən xolesterin və cinsi hormonların səviyyəsini yoxlamaq lazımdır. Həmçinin təzyiqinizi izləməli və onu aşağı salmaq üçün dərman qəbul etməlisiniz”.

Endokrinoloq kişilərdə, xüsusən də 45 yaşdan yuxarı olanlarda, risk faktorlarından hər hansı biri varsa: ailə tarixi, bədən kütləsi indeksi 25-dən yuxarı, yüksək xolesterin və ya yüksək qan təzyiqi, - diabetin yoxlanılmasını tövsiyə edib:

“Həm də müntəzəm olaraq xərçəng müayinəsindən keçməlisiniz. Skrininq testləri xəstəliyi simptomlar görünməzdən əvvəl aşkar edə bilir ki, bu da sağalma şansını artırır. 

45 yaşdan yuxarı artıq çəki və yüksək testosteron səviyyəsi olan kişilər prostat xərçəngi, kolorektal xərçəng və ağciyər xərçəngi (xüsusilə siqaret çəkənlər) üçün test edilməlidir”.

Həkim əlavə edib ki, zərərli vərdişlərdən imtina da qocalmanı gecikdirə və ömrü uzata bilər:
“Xüsusilə spirtli içkilərin miqdarını gündə 150 millilitr quru qırmızı şərab və ya 50 mililitr güclü spirtli içkilərə qədər azaldın, daha yaxşısı, onlardan tamamilə imtina edin.

Siqareti atmaq üçün heç vaxt gec deyil. Siqaret hər il ölümlərin 20 faizinin səbəbidir. Orta hesabla siqaret çəkənlər çəkməyənlərdən 10 il tez ölürlər. Siqareti tərgitmək insult, yüksək qan təzyiqi, xərçəng və ürək xəstəlikləri riskini minimuma endirən ən vacib amildir”.

Doktor Korolev əmindir ki, sağlam pəhriz və müntəzəm idman da gəncliyi uzatmağa kömək edəcək:

“Sağlam qidalanma ürək xəstəliyi, II tip diabet və bəzi xərçəng növləri riskini azaldır. Kişilər rasionlarının meyvə, tərəvəz, tam taxıl və az yağlı süd məhsulları, yağsız ət və balıqlarla zəngin olmasına diqqət yetirməlidirlər.

Qırmızı ətdən, yağdan və “fast food”dan olan doymuş yağları qızılbalıq, qoz-fındıq və toxumlardan sağlam yağlarla əvəz edin. Duz və şəkər qəbulunu məhdudlaşdırın. 
Çoxlu su için. İdeal olaraq, hər kiloqram üçün üçün ən azı 20 mililitr su (məhz su, başqa maye yox).

Nəhayət həftədə 150 dəqiqə orta intensivlikli aerobik məşqlə (sürətli gəzinti, velosiped sürmə və ya üzgüçülük), həmçinin həftədə ən azı iki dəfə əzələ gücləndirici fəaliyyətlərlə məşğul olun”.

Press-fakt.com

Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024