«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
2050-ci ilə qədər onkoloji xəstəliklər 75%-dən çox artacaq - ÜST-dən proqnoz

Tarix: 01-02-2024 19:00 | Bölmə: Sağlamlıq | Baxış: 124



Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, 2050-ci ilə qədər qlobal səviyyədə onkoloji xəstəliklərin 75%-dən çox artacağı proqnozlaşdırılır.

APA xəbər verir ki, ÜST-nin müvafiq xəstəliklə bağlı araşdırmalar institutu olan Beynəlxalq Xərçəng Araşdırmaları Agentliyinin (IARC) son rəqəmlərinə görə, 2012-ci ildə dünyada 14,1 milyon yeni hal, 8,2 milyon ölüm qeydə alınıb və 10 il sonra 20 milyon yeni hal və 9,7 milyon ölüm qeydə alınıb ki, bu da xəstəliyə tutulanların sayının artdığını göstərir.

IARC 2050-ci ilə qədər 35 milyondan çox yeni xəstəlik hallarının olacağını, 2022-ci ilə nisbətən bunun 77% artacağını və ölümlərin 2012-ci ildən bəri təxminən iki dəfə artaraq 18 milyondan çox olacağını proqnozlaşdırır.

Agentlik tütün istifadəsi, alkoqol istehlakı və piylənmənin xərçəng xəstəliyinin artmasında əsas amillərdən olduğunu açıqlayıb.

ÜST ən yüksək gəlirli ölkələrdə 2050-ci ildə əlavə 4,8 milyon yeni yoluxma halının qeydə alınacağını, lakin aşağı gəlirli ölkələrin ən böyük proporsional artımı yaşayacağını proqnozlaşdırır. Aşağı gəlirli ölkələrdə adıçəkilən xəstəlikdən ölüm hallarının təxminən iki dəfə artacağı qeyd olunur.

IARC-nin şöbə rəhbəri doktor Freddie Brey bildirib ki, bu artımın təsiri ölkələr arasında bərabər hiss olunmayacaq.

IARC-nin 185 ölkəni və xəstəliyin 36 növünü əhatə edən qlobal xərçəng rəsədxanası araşdırması göstərir ki, 2022-ci ildə dünyada yeni halların və ölüm hallarının təxminən üçdə ikisi xəstəliyin 10 növünün payına düşür.

Ağciyər xərçəngi dünyada ən çox diaqnoz qoyulan xərçəngdir, yeni halların 12,4%-ni və ölüm hallarının 18,7%-ni təşkil edir. Süd vəzi xərçəngi ikinci ən çox yayılmış formadır, lakin yeni yoluxma hallarının 11,6%-ni təşkil edərkən, ölümlərin 7%-dən azına səbəb olub.

Ölümə səbəb olan digər növlər arasında bağırsaq, qaraciyər və mədə xərçəngi də var.

Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024