ÖLDÜRMÜR, AMMA SÜRÜNDÜRÜR: “Qızılca, rinovirus, qrip, hətta koronavirus da geniş yayılıb"
Son vaxtlar ölkə ərazisində kəskin virus infeksiyaları yayılıb. Böyüklü, kiçikli xeyli insan xəstədir. Azyaşlıların əksəriyyəti qızılcaya yoluxur, böyüklər isə qızdırma ilə “vuruşur”.
Üstəlik, hamı xəstəliyin gec sağalmasından, çox əziyyət verməsindən şikayətlənir. Ürək bulanması, baş ağrısı, yüksək temperatur, sümük ağrıları bütün xəstələrdə müşahidə olunur.
Sosial şəbəkələrdə “virus öldürmür, amma süründürür”, “qızdırma 39 dərəcədən aşağı düşmür”, “öskürməkdən boğazım qopub düşəcək”, “sümüklərim sızıldayır” kimi xəstə şikayətlərinə rast gəlirik.
Bəs yayılan virus nədir? İnsanlar necə yoluxurlar? Bu virusa yoluxmamağın yolu nədir?
"Kaspi" qəzeti mövzu ilə bağlı araşdırma aparıb.
COVID-19-un yeni variantı ilə üz-üzəyik?
Mövzu ilə bağlı TƏBİB-dən verilən məlumata görə, hər il olduğu kimi payız-qış mövsümündə havaların soyuması ilə əlaqədar tənəffüs yolu infeksiyalarında artım müşahidə edilir:
“Son günlərdə əhali arasında boğaz qıcıqlanması, boğaz ağrısı, yüksək olmayan temperatur, oynaqlarda ağrı, burun tutulması simptomları ilə müşayiət olunan tənəffüs yolu infeksiyalarından şikayətlər artıb.
Hətta bəzi xəstələrdə iybilmə, dadbilmə duyğusunun itirilməsi də müşahidə olunur. Xəstələr bunun COVID-19 virusunun yeni variantlarından biri olduğunu düşünərək təşviş keçirirlər”.
TƏBİB əhaliyə dəfələrlə çağırışlar edib
Qurumdan bildirilib ki, yayılan xəstəliyi COVID-19 virusunun yeni variantları ilə əlaqələndirməyə heç bir əsas yoxdur:
“Tənəffüs yolu infeksiyalarının (qrip, kəskin respirator xəstəliklər və s.) bəzilərində iybilmə və dadbilmə duyğusunun itirilməsi şikayətləri müşahidə edilə bilər.
Mövsümlə əlaqədar sadaladığımız şikayətlərlə həkimə müraciət sayında artım olması hər zamankı kimi gözləniləndir. TƏBİB respirator infeksiyaların artacağı ilə bağlı dəfələrlə əhaliyə çağırışlar edib.
Əhalinin respirator gigiyena qaydalarına əməl etmələri tövsiyə olunub, qrip vaksinlərinin tətbiqi həyata keçirilib və proses davam etdirilir. Bütün bu xəstəliklər hava-damcı yolu ilə yoluxur və hər birinin qorunma yolu eynidir”.
Uşaqlar, hamilə qadınlar, ahıl şəxslər
Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov da bildirib ki, qış fəsli ilə əlaqədar hazırda mövsümi qrip, müxtəlif respirator virus infeksiyaları, o cümlədən koronavirus infeksiyasına yoluxma hallarına təsadüf edilir:
“Soyuq aylarda yoluxma hallarının artımı insanların daha çox toplaşdığı qapalı məkanlarda sıx təmaslar zamanı infeksiyaların hava-damcı üsulu ilə yayılması üçün əlverişli şəraitin yaranması ilə əlaqədardır.
Bundan başqa, otaqların daha az havalandırılması, xəstəliyin yüngül formalarına rast gəlinməsi səbəbindən xəstələrin evdə oturmayaraq aktiv həyatını davam etdirməsi, tibbi maskadan istifadə edilməməsi, məsafənin gözlənilməməsi, əl gigiyenasına əməl olunmaması bu cür xəstəliklərin nisbətən sürətli yayılmasına öz “töhfəsini” verir.
Həmçinin, payız-qış fəslində insanlarda immunitetin dövrü zəifləməsi, soyuq havanın yuxarı tənəffüs yollarının selikli qişasına təsiri nəticəsində mikroblara qarşı müdafiə faktorlarının zəifləməsi, qida rasionunda vitamin çatmazlığı, havanın temperaturunun tez-tez dəyişməsi ilə əlaqədar geyimin düzgün seçilməməsi və s. faktorlar da ümumilikdə orqanizmi zəiflədir və yoluxmaya həssaslığı artırır.
Bu müxtəlif infeksiyalar içərisində nisbətən daha çox fəsadlı keçən məhz qripdir. Xəstəliyin qızğın dövründə yüksək hərarət, ümumi zəiflik, iştahasızlıq, ürəkbulanma, baş ağrıları, uzun müddətli quru və yaş öskürək kimi əlamətlər digər respirator infeksiyalarla müqayisədə daha ifadəlidir.
Xüsusən də immundefisit halları xəstəliyin uzanmasına, sağalmanın daha gec baş verməsinə səbəb olur. Beş yaşa qədər olan uşaqlar, hamilə qadınlar, ahıl şəxslər, ağır xroniki xəstəliyi olan insanlar daha həssasdır”.
Sadə qaydalara əməl etmək tələb olunur
T.Eyvazovun sözlərinə görə, infeksiyaların yayılma sürətini azaltmaq üçün sadə qaydalara əməl etmək tələb olunur. Xəstə insan kollektivə daxil olmamalı, evdə oturaraq özünü təcrid etməlidir:
“Xüsusən, risk qrupuna daxil olan şəxslər əhalinin sıx toplaşdığı məkanlardan uzaq durmalı, ictimai nəqliyyatda tibbi maskadan istifadə etməli, əl, respirator gigiyena qaydalarına əməl etməlidirlər.
Valideynlər xəstələnmiş uşaqları bağçaya, məktəbə buraxmamalıdırlar. Həssas qrupa daxil olan insanlar isə ərazi üzrə tibb müəssisələrinə müraciət edərək qripə qarşı vaksinasiya olunmalıdırlar. Qida rasionunu meyə-tərəvəzlərlə zənginləşdirmək də tövsiyə olunur”.
COVID-19 virusu var
İnfeksionist-hepatoloq Mərdan Əliyev qeyd edib ki, ölkə ərazisində hazırda bir neçə növ virus özünü göstərir.
İnfeksionistin sözlərinə görə, insanlara əziyyət verən infeksiya qripdir:
“Qızılca, rinovirus, rotavirus, qrip, hətta koronavirus da ölkə ərazisində mövsümlə əlaqədar olaraq geniş yayılıb. Koronavirus yüngül keçdiyi üçün bununla bağlı xəstəxanalara kütləvi şəkildə müraciət olunmur, test də edilmir.
Bu gün insanların şikayətləndiyi və ağır keçən virus qrip infeksiyasıdır. Xəstəlikdən sonra da uzun müddət öskürək davam edir. Rinovirus, rotavirus daha yüngül keçir, adətən ciddi narahatlıq yaratmır”.
Qrip ağır fəsadları olan xəstəlikdir
Həkim vurğulayıb ki, qrip hər zaman ağır xəstəlik hesab olunub, sadəcə, insanlar bütün növ halsızlıqları, soyuqdəymələri qrip adlandırdığı üçün əsl qripi hiss etməyib:
“Qış aylarında, xüsusilə də dekabr ayından mart ayına qədər bizim ölkədə qrip olur və biz ona asanlıqla yoluxa bilirik. Qripə dırnaqarası xəstəlik kimi yanaşmamalıyıq. Qrip kifayət qədər ağır fəsadları olan, özümüzü gözləməsək, pnevmoniyaya qədər aparan xəstəlikdir”.
Viruslar hər il öz gücünə güc qatır?
İnsanlar son üç ildə müşahidə olunan xəstəliklərin əvvəlkilərlə müqayisədə ağır keçdiyini vurğulayırlar.
Məsələn, “qızılca əvvəlki qızılca deyil”, yaxud “qrip heç vaxt bu qədər sərt olmayıb” kimi fikirlərə tez-tez rast gəlirik. Həqiqətən viruslar hər il öz gücünə güc qatır, yoxsa insanlar mübarizədə zəifləyiblər?
M.Əliyev qeyd edib ki, bu zəifləmə koronovirusun bizə vurduğu zərbələrdəndir:
“Koronavirus pandemiyasından sonra bütün yoluxanların immun sistemində zəifləmə baş verdi.
Maskalardan istifadə, açıq havada az vaxt keçirmək, günəşdə yetəri qədər olmamaq, dənizkənarında kifayət qədər vaxt keçirilməməsi immunitetimizin zəifləməsinə səbəb oldu. Buna görə də əvvəlki illərlə müqayisədə viruslarda ağır keçməyə meyillik özünü göstərir”.
Digər xəbərlər
Tarix: 04-02-2024 14:05 | Bölmə: Sağlamlıq | Baxış: 140
"Kaspi" qəzeti mövzu ilə bağlı araşdırma aparıb.
“Tənəffüs yolu infeksiyalarının (qrip, kəskin respirator xəstəliklər və s.) bəzilərində iybilmə və dadbilmə duyğusunun itirilməsi şikayətləri müşahidə edilə bilər.
İnfeksionistin sözlərinə görə, insanlara əziyyət verən infeksiya qripdir:
Xəbəri paylaş
Digər xəbərlər
30-03-2024, 23:55
XİN 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanat yayıb
30-03-2024, 23:50
Ermənistanın “dost”ları kimlərdir? - VİDEO
30-03-2024, 23:45
“RUSİYADA VƏZİYYƏT DRAMATİK DƏRƏCƏDƏ AĞIRDIR...”- “Ölkəni Avropadan ayırmaq böyük fəlakətdir”/Müsahibə
30-03-2024, 21:10
Aİ Türkiyənin aviaşirkətinə onun ərazisi üzərindən uçmağı qadağan etdi
30-03-2024, 21:05
"Crocus City Hall"dakı terror aktında yaralı sayı 695-ə çatıb
30-03-2024, 20:30
Səlcuq sultanlarının DNT analizi üzrə heykəlləri hazırlandı - FOTO
30-03-2024, 20:07
Rusiya ilk dəfə bu bombadan istifadə edib - Böyük dağıdıcı gücə malikdir
30-03-2024, 20:00
“Türkiyə Ukraynaya silahlar verəcək”- ”Aydınlıq” nəşri
30-03-2024, 19:25
Erməni siyasətçi Tacikistan və Qırğızıstanı TƏHQİR ETDİ: “Bədbəxt ölkələrdir”- VİDEO
30-03-2024, 18:00
“Rusiya cəmiyyəti benzinsiz, dizelsiz yaşamağı öyrənməlidir - Bu, ədalətlidir”- Zelenski
30-03-2024, 17:45
“AVRO-2024”-ə DRONLARLA TERROR HÜCUMU OLA BİLƏR - “BİLD”
30-03-2024, 17:30
DİN vətəndaşlara müraciət etdi: "Saxta elektron sikkələr sataraq..."
30-03-2024, 17:25
Türkiyə ABŞ-dan F-16-ların tədarükünü azalda bilər
30-03-2024, 17:15
“ABŞ yardımının gecikməsi Ukraynaya baha başa gəlir”- Zelenski
30-03-2024, 17:00
Taciklər kütləvi şəkildə Rusiyanı tərk edir - “Vətəndaşlarımız panika, qorxu içindədir..."
30-03-2024, 16:45
“İRAN HÖKUMƏTİ ÖZ NÜVƏ POTENSİALINI ARTIRIR”- "Təftişə icazə vermirlər”- Rafael Qrossi
30-03-2024, 16:30
İrəvanın "şıltaqlığına" Kremlin səbrlə “dözməsi”nin səbəbi nədir?- Ekspert AÇIQLADI
30-03-2024, 16:15
İranda hicabı tənqid edən güneyli müəllimə həbs cəzası verildi
30-03-2024, 15:45
Əskipara kəndinə xüsusi polis qüvvələri göndərildi...- "İzah edirlər ki, bu, onlara kömək etmir, əksinə, zərər verir"
30-03-2024, 15:30
STALİNİN QIZINI SEVƏN KAPLER - Sovet lideri ona ingilis casusu damğası vurdu, amma...
30-03-2024, 15:25
İŞİD sözçüsü Rusiyadakı terrordan sonra müraciət yayıb - “Vilayəti-Xorasan”a təşəkkür
30-03-2024, 15:15
Rusiya-Gürcüstan sərhədində minlərlə maşın gözləyir
30-03-2024, 15:00
Jurnalistlər “Crocus”da terror aktının sponsorlarına məxsus kriptopulqabı tapıblar
30-03-2024, 14:45
“RUSİYA ORDUSU İRƏLİLƏYİR" - "Ukrayna müqavimət göstərə bilməyəcək”
30-03-2024, 14:15
Türkiyədə “sükut günü”dür - Xəbər, proqnoz və şərh vermək qadağandır
30-03-2024, 14:00
HƏYAT YOLDAŞI GENERALI MƏHKƏMƏYƏ VERDİ - FHN-də növbəti qalmaqal
30-03-2024, 13:55
İsrail Qəzzanı bombalayıb - Xeyli sayda insan həlak olub
30-03-2024, 13:50
Britaniya ordusunda 100 illik qadağa ləğv edildi: Saqqal saxlamaq olar
30-03-2024, 13:15
Ermənistanın Rusiyaya ixracı 3 dəfə artıb - İrəvanın Moskvaya dəstəyini Aİ də təqdir edir?
30-03-2024, 13:00
Fazil Mustafaya sui-qəsdlə bağlı növbəti məhkəmə - Şahidlər ifadə verdi
30-03-2024, 12:55
“ABŞ-ın dəstəyi olmasa, Ukrayna ordusu geri çəkiləcək”- Zelenski
30-03-2024, 12:40
DƏRMANLAR KƏSKİN BAHALAŞIB - Qiymətləri kimlər artırır? /VİDEO
29-03-2024, 23:00
Azərbaycanda narkotikə görə 7 il həbsə alınan 32 YAŞLI QADIN DANIŞDI: “Rəfiqələrimin günahıdır..."- VİDEO
29-03-2024, 22:50
“ABŞ-ın Ukraynaya ümumi yardımı 113 milyard dolları ötür”- “Fox News”
29-03-2024, 22:35
Yalnız “qadınlardan” ibarət olan “TROLL FABRİKİ”ni NAZİRLİKLƏ NƏ BAĞLAYIR?- FOTOFAKT
29-03-2024, 22:22
İran səfirinin Azərbaycanda diplomatik missiyası başa çatıb
29-03-2024, 22:00
"Rusiya Xarkova hücum edərsə, bu, onun üçün fəlakətə çevriləcək"- Sırski
29-03-2024, 21:55
"Qarabağ" sona 8 tur qalmış 11-ci çempionluğunu rəsmiləşdirib
30-03-2024
29-03-2024