«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Palma yağı sağlamlıq üçün zərərlidirmi?

Tarix: 07-05-2022 13:22 | Bölmə: Sağlamlıq | Baxış: 234


Palma İndoneziya, Malaziya, Afrika və Braziliya kimi tropik ölkələrdə yetişir. Palma yağı isə, palmanın meyvələrindən hazırlanır. Və bu ərazilərdə yaşayan xalqlar tərəfindən istifadə edilir. Amma son illərdə palma yağının Azərbaycanda da satılan bəzi qidaların tərkibində palma yağı olduğu qeyd edilir.Xatırlayıram, sovet dövründə vətəndaşalra palma yağını talonla verirdilər. Kəskin qoxusu yeməklərdə istifadə edilməsi üçün yararlı olmadığını hiss etdirirdi. Palma yağının sağlamlıq üçün zərərləri olduğu qədər faydalarının da olduğu bildirilir. Bu gün bəzi şokoladlar, şokolad yağı, fındıq əzməsi və peçenyelərin tərkibində palma yağı olduğuna dair məlumat qablaşdırmanın üzərində yerləşdirilir.
Qeyd edək ki, palma yağı bitki yağı hesab edilsə də, otaq temperaturunda qatı halda olur. Kərə yağına bənzəməsə də, qatılığı kərə yağı kimi olur.


Mütəxəssislərə görə, günəbaxan yağının tərkibində yağ turşuları 7 faiz olduğu halda, palma yağında 44 faizdir. Palma yağı A və E vitaminləri ilə zəngoin olduğu üçün sağlanlıq üçün faydaları da var. Palma yağı, eyni zamanda təbii antioksidantdır. Ancaq palma yağının normal şəkildə istifadə edilə bilməsi üçün bir çox prosesdurlardan keçirilməsi lazımdır.
“Azad İstehlakçılar” Birliyinin sədri Eyyub Hüseynov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, palma yağı ilə bağlı “Azad İstehlakçılar” Birliyinə təzadlı informasiyalar daxil olur:
Eyyub Hüseynov Eyyub Hüseynov
“4 il bundan əvvəl Braziliyada keçirilən və istehlakçı hüquqlarını qoruyan, dünyanın 136 ölkəsinin konqresində bu məsələni mən gündəliyə qaldırdım. O cümlədən, bizim Braziliyadakı həmkarlarımız Braziliyada açıq satışda olan palma yağı nümunələri gətirdilər. Məlum oldu ki, palma yağı iki yolla hazırlanır. Palma dənələrindən alınan yağ, qida üçün tam yararlıdır. Palmanın gövdəsindən alınan yağ isə, bu isə sənaye üçün istifadə olunur”.
Mütəxəssis bildirir ki, Azərbaycanda və digər ölkələrdə satılan körpə qidalarının tərkibində palma yağının olduğu qeyd edilir.
“Palmanın dənəsindən hazırlanan yağlar qida üçün təhlükəsizdir. Palma yağı, əsasən İndoneziya və Malayziyada istehsal olunur. Son dərəcədə ucuz başa gəlir. MDB-nin yağ bazarına daxil ola bilməməsi üçün bu sahədə ciddi iş aparılır. MDB yağ bazarında ciddi rəqabət yaradır və digər yağların satışının qarşısını alır” - deyən ekspert bildirir ki, MDB-nin yağ bazarına palma yağının daxil olmaması üçün böyük antireklam kampaniyası aparılır.
Ekspert hesab edir ki, Azərbaycan bazarında palma yağının olmaması və ya qidaların tərkibində palma yağının olması ilə bağlı qeydlərin yoxluğu da MDB bazarında aparılan antireklam kampaniyasının nəticəsidir. E.Hüseynov bildirir ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi qida üçün olan palma yağlarına nəzarət edir: “Sənaye və parfümeriya üçün hazırlanan palma yağları şübhəsiz ki, qidaya qatılması doğru olmaz. İnsanların sağlamlığı üçün təhlükə yaradar. Azərbaycanda tərkibində palma yağı olan qidaların üzərində yağın mövcudluğu haqda məlumat qeyd edilməlidir. Standartlara uyğun, palmanın dənələrindən hazırlanmış palma yağı sağlamlıq üçün təhlükəli deyil və hətta körpə qidalarının tərkibində belə var. Və bu haqda məlumat körpə qidalarının üzərində qeyd edilir”.
  • Palma yağı sağlamlıq üçün zərərlidirmi?
Həkim terapevt Məlahət Abbasova bildirib ki, palma yağının tərkibində xolesterol olmasa da, ürək çatışmazlığı xəstəliyinə səbəb olan xüsusiyyəti var. Həzm sistemi üçün də təhlükəli hesab edilə bilər.
“Tərkibində doymuş yağlar olduğu üçün yüksək kaloriyə sahibdir və kökəlməyə səbəb olur” - deyən həkim bildirir ki, Avropa Qida Təhlükəsizliyi Təşkilatının açıqlamasına görə, palma yağı 200 C qızdırılan və təmizlənən zaman tərkibində digər bitki yağlarından daha çox xərçəng yaradan maddəyə malik olduğu ortaya çıxır.
Qeyd edək ki, palma yağının istifadəsi ilə bağlı hər hansı bir qanun və ya qərar olmasa da, Avropa Birliyi tərkibində palma yağı olan məhsulların paketlərində bunun yazılmasına dair qanun qəbul edib.
  • Palma yağı hansı məhsulların tərkibində ola bilər?
Şokoladlar, kraker-çubuqlar, fındıq, fısdıq əzməsi, şokoladlı məhsullar, vaflilər, peçenyelər və bu tip qidaların tərkibində ola bilər. Əgər palma yağı qəbul etmək istəmirsinizsə, bu tip məhsullaır aldığınız zaman tərkibi haqqında üzərində yazılmış məlumatları oxuyun.
  • Azərbaycana palma yağı gətirilirmi?
  • Palma yağı hansı qidaların tərkibində var?
  • Tərkibində palma yağı olan qidaların nəzarəti necə həyata keçirilir?
Bu və digər suallarımızı Qida Təhlükəsizliyi Agentliyinə ünvanladıq. Əgər cavab olarsa ki, - AQTA nadir hallarda sorğulara cavab göndərir - o zaman sizinlə də bölüşəcəyik…/bizimyol

İlahin

Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024