«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Yüz minlərlə insanı ölümdən qurtaracaq DƏRMAN TAPILDI

Tarix: 18-02-2024 17:00 | Bölmə: Sağlamlıq | Baxış: 122


 
Harvard Universitetinin amerikalı kimyaçıları mikrob əleyhinə dərmanlara güclü müqavimət göstərən bakteriyaların müdafiəsinə qalib gələ bilən yeni antibiotik yaradıblar.

Tədqiqat “Science” elmi jurnalında dərc olunub.

“Kresomisin” adlanan dərman bir çox patogenlərə, o cümlədən qızıl stafilokok və Pseudomonas aeruginosa kimi məşhur superböcəklərə qarşı təsirli olub.

Mütəxəssislər deyirlər ki, yeni molekul zülal sintezini idarə edən biomolekulyar mexanizm olan bakterial ribosomlara bağlanma qabiliyyətini nümayiş etdirir.

Ribosom funksiyasının pozulması bir çox antibiotiklərin əlaməti olaraq qalır. Amma bəzi bakteriyalar preparatın komponentlərini bloklayan fermentlər ifraz etməyi öyrəniblər.

“Kresomisin” ribosomu etibarlı şəkildə bağlayan və onun funksiyalarını yerinə yetirməsinə mane olan xüsusi bir molekul forması sayəsində bu müdafiəni keçib və nəticədə bakteriya məhv edilib.

““Kresomisin” və oxşar dərmanların insanlarda təhlükəsiz və effektiv olub-olmadığını hələ bilməsək də, nəticələrimiz hər il bir milyondan çox insanın həyatına son qoyan patogen bakteriya ştamlarının uzun siyahısına qarşı əhəmiyyətli dərəcədə yaxşılaşmış inhibitor fəaliyyəti göstərir", - deyə tədqiqatın aparıcı müəllifi olan professor Endryu Myers bildirib./referans.az


Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024