«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Qadınlar niyə xoruldayır? - Alimlər səbəbi açıqladı

Tarix: 29-06-2022 12:20 | Bölmə: Sağlamlıq | Baxış: 203

Qadınlar niyə xoruldayır? - Alimlər səbəbi açıqladı


Hər 20 qadından biri obstruktiv apnoedən əziyyət çəkir. Adətən qadınlar menopauza dövründə xoruldamağa başlayır.
Qadın xorultusu cinsiyyət hormonlarının vəziyyətindən asılıdır.
Norveçin Bergen universitetinin alimləri yeni elmi tədqiqatlarında qadın xorultusunun səbəbini araşdırıb.
Alimlər 40-67 yaş arası 774 qadının tibbi məlumatlarını incələyib. 71% iştirakçı bildirib ki, gecələr xoruldayırlar, onların hamısında obstruktiv gecə apnoesi diaqnoz olunub.
Apnoe zamanı tənəffüs ritmi pozulur, gecə yuxuda tənəffüs bir neçə saniyəlik dayanır, sonra qəfil bərpa olaraq, xorultu ilə davam edir. Belə epizodlar gecəboyu 20-40 dəfə təkrarlana bilər.
Analizlər göstərib ki, xorultu ilə qadın cinsiyyət hormonları arasında sıx bağlılıq var.
Qanında ekstogen hormonu çox olanlarda gecə xorultusu az olur, progesteron hormonu isə xorultu riskini 9% azaldır.
Alimlər hesab edir ki, qadınlarda xorultunu müalicə etmək üçün hormonal terapiya aparmaq olar./bakupost

Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024