2030-cu ildə dünyada demensiya xəstələrinin sayı 75 milyona yaxınlaşacaq...- PROQNOZ
"Ağlımız başımızda olsun": beyinin sağlamlığını necə qoruyub saxlamaq və demensiyaya necə yol verməmək olar?.."
"Adət etdiyimiz şeyləri, məsələn, paltar ütüləməyi, yemək hazırlamağı və ya zibili çeşidləməyi unutmaq demensiyanın başlanmasından xəbər verir..."
"Qarşınıza yeni vəzifələr qoyun, daha çox ünsiyyətdə olun, rəsm çəkməyə başlayın, yeni dil öyrənin və doğmalarınızla stolüstü oyunlar oynayın..."
Demensiya (ağıl zəifliyi) bütün dünyada artaraq getdikcə müasir cəmiyyətin bəlasına çevrilir. Bu vəziyyət getdikcə daha çox adamda müşahidə edilir, həm də təkcə qoca yaşlarında deyil, cavanlarda da müşahidə edilir.
Bu gün demensiya haqqında nələr bəllidir və bunun qarşısını necə almaq olar?
Bu suallara "Detaly" nəşrində dərc edilmiş məqalədə cavab verilir.
Demensiya mürəkkəb, getdikcə inkişaf edən vəziyyətdir, bu zaman hafizə pisləşir və koqnitiv qabiliyyət pozulur. İnsanın belə vəziyyətdə mülahizə yürütmək, danışmaq, hesablamaq və hətta məkanda səmtlənmək qabiliyyəti pisləşir.
Demensiya özlüyündə diaqnoz deyil, bu, Altsheymer xəstəliyi, Pik xəstəliyi, Hentinqton horeyi və kortikobazal degenerasiya kimi bir qrup xəstəlikləri birləşdirir.
Təbabətin inkişafı və insanların rifah halının səviyyəsinin yüksəlməsi sayəsində inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrdə ömür müddəti artır, lakin eyni zamanda demensiya da geniş yayılır.
Ümumdünya Səhiyyə Təşkilatının statistikasına görə, 2020-ci ildə dünyada 50 milyondan artıq adam demensiya ilə üzləşib. Hər il bu rəqəm orta hesabla 10 milyon nəfər artır.
Beləliklə, əgər bu meyl saxlanılarsa, artıq 2030-cu ildə dünyada demensiya ilə olan xəstələr 74, 7 milyon nəfər təşkil edəcək.
Demensiyanın inkişaf riskini artıran başlıca amillər arasında cins (qadınlarda risk daha yüksəkdir), həmçinin APOE geninin müəyyən variantının mövcud olmasıdır. Əhalinin təxminən 15 faizini təşkil edən APOE4 geninin daşıyıcılarında Altsheymer xəstəliyinin 65 və daha yaşlılarda inkişaf etməsi ehtimalı üç dəfə çoxdur.
Tədqiqatlar göstərir ki, demensiya riski həmçinin insan kənd yerlərində tək yaşadığı zaman artır. Bunun səbəbi sonadək aydın deyil. Mümkündür ki, kənd rayonlarında yüksək texnoloji tibbi yardım yoxdur və prinsipcə pozuntuları hiss edəcək və zamanında tədbirlər görə biləcək həkimlər azdır.
Bəzən demensiya təzahürlərini xarakterin və şəxsiyyətin yaşla bağlı dəyişiklikləri ilə qarışdırmaq olar. Əlbəttə, bir çoxları üçün yaşlı vaxtında nələrisə unutması, səhv salması və ya dağınıq görünməsi təbiidir. Lakin bir sıra əlamətlər var ki, ahıl yaşın təzahürü kimi qəbul etmək lazım deyil.
Həkimə hansı hallarda müraciət etmək lazımdır?
- insan adları səhv salır, düzgün sözü seçməkdə çətinlik çəkir, cümlələri gec qurur;
- insan lap yaxınlarda baş verənləri (avtomatik proseslərdən başqa, məsələn, müntəzəm olaraq dərman qəbulu), xatırlamır;
- insan mətbəxdə və ya vanna otağında plitəni söndürməyi, suyu kəsməyi, bu günlər gələn qonaqları və ya özünün harasa getdiyini unudur;
- insan zaman və məkan səmtini səhv salır, məsələn, həftənin cari gününü, ayı, ili düzgün demir; birdən əvvəllər tanış olduğu yerlərə gedir və ya öz evinin yaxınlığında azır;
- köhnə vərdişlərini itirir; yeniliyi öyrənmək istənilən yaşda çətinliklər yarada bilər, lakin adət etdiyimiz şeyləri, məsələn, paltar ütüləməyi, yemək hazırlamağı və ya zibili çeşidləməyi unutmaq demensiyanın başlanması əlamətidir;
- insanın ovqatı kəskin dəyişir, o, özünü aqressiv aparır və ya tez-tez səbəbsiz həyəcan keçirir.
Demensiyanın inkişaf riskini azaltmağa nə kömək edə bilər?
Beynəlxalq tədqiqatların son nəticələrinə görə, profilaktikanın ən mühim elementləri yuxu rejiminə riayət edilməsi və mülayim müntəzəm fiziki məşğələlərdir. Məhz bu iki amil demensiyanın inkişafı ilə bağlı olan beta-amiloid zülalların orqanizmdən çıxarılmasına kömək edir.
Demensiyanın profilaktikası bütövlükdə beynin sağlamlığının qorunub saxlanılması ilə birbaşa bağlıdır. İstənilən yaşda "ağlımızın başımızda olmasl" üçün ümumi sağlamlıq, xüsusilə ürəyin və damarların vəziyyətinə nəzarət etmək, stresin səviyyəsini azaltmaq, düzgün qidalanmaq, yəni daha az heyvani yağlar, tərkibində daha çox omeqa-3 yağ turşuları və antioksidantlar olan məhsullarla qidalanmaq vacibdir.
Daha bir işçi üsul zehni fəallığı artırmaqdır. Qarşınızda yeni vəzifələr qoyun, daha çox ünsiyyətdə olun, rəsm çəkməyə başlayın, yeni dil öyrənin və ya heç olmasa doğmalarınızla müntəzəm olaraq stolüstü oyunlar oynayın. Bütün bunlar demensiyanın baş verməsini ertələyəcəkdir./moderator
Digər xəbərlər
Tarix: 29-12-2023 11:30 | Bölmə: Sağlamlıq | Baxış: 130

Xəbəri paylaş
Digər xəbərlər
30-03-2024, 23:55
XİN 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanat yayıb
30-03-2024, 23:50
Ermənistanın “dost”ları kimlərdir? - VİDEO
30-03-2024, 23:45
“RUSİYADA VƏZİYYƏT DRAMATİK DƏRƏCƏDƏ AĞIRDIR...”- “Ölkəni Avropadan ayırmaq böyük fəlakətdir”/Müsahibə
30-03-2024, 21:10
Aİ Türkiyənin aviaşirkətinə onun ərazisi üzərindən uçmağı qadağan etdi
30-03-2024, 21:05
"Crocus City Hall"dakı terror aktında yaralı sayı 695-ə çatıb
30-03-2024, 20:30
Səlcuq sultanlarının DNT analizi üzrə heykəlləri hazırlandı - FOTO
30-03-2024, 20:07
Rusiya ilk dəfə bu bombadan istifadə edib - Böyük dağıdıcı gücə malikdir
30-03-2024, 20:00
“Türkiyə Ukraynaya silahlar verəcək”- ”Aydınlıq” nəşri
30-03-2024, 19:25
Erməni siyasətçi Tacikistan və Qırğızıstanı TƏHQİR ETDİ: “Bədbəxt ölkələrdir”- VİDEO
30-03-2024, 18:00
“Rusiya cəmiyyəti benzinsiz, dizelsiz yaşamağı öyrənməlidir - Bu, ədalətlidir”- Zelenski
30-03-2024, 17:45
“AVRO-2024”-ə DRONLARLA TERROR HÜCUMU OLA BİLƏR - “BİLD”
30-03-2024, 17:30
DİN vətəndaşlara müraciət etdi: "Saxta elektron sikkələr sataraq..."
30-03-2024, 17:25
Türkiyə ABŞ-dan F-16-ların tədarükünü azalda bilər
30-03-2024, 17:15
“ABŞ yardımının gecikməsi Ukraynaya baha başa gəlir”- Zelenski
30-03-2024, 17:00
Taciklər kütləvi şəkildə Rusiyanı tərk edir - “Vətəndaşlarımız panika, qorxu içindədir..."
30-03-2024, 16:45
“İRAN HÖKUMƏTİ ÖZ NÜVƏ POTENSİALINI ARTIRIR”- "Təftişə icazə vermirlər”- Rafael Qrossi
30-03-2024, 16:30
İrəvanın "şıltaqlığına" Kremlin səbrlə “dözməsi”nin səbəbi nədir?- Ekspert AÇIQLADI
30-03-2024, 16:15
İranda hicabı tənqid edən güneyli müəllimə həbs cəzası verildi
30-03-2024, 15:45
Əskipara kəndinə xüsusi polis qüvvələri göndərildi...- "İzah edirlər ki, bu, onlara kömək etmir, əksinə, zərər verir"
30-03-2024, 15:30
STALİNİN QIZINI SEVƏN KAPLER - Sovet lideri ona ingilis casusu damğası vurdu, amma...
30-03-2024, 15:25
İŞİD sözçüsü Rusiyadakı terrordan sonra müraciət yayıb - “Vilayəti-Xorasan”a təşəkkür
30-03-2024, 15:15
Rusiya-Gürcüstan sərhədində minlərlə maşın gözləyir
30-03-2024, 15:00
Jurnalistlər “Crocus”da terror aktının sponsorlarına məxsus kriptopulqabı tapıblar
30-03-2024, 14:45
“RUSİYA ORDUSU İRƏLİLƏYİR" - "Ukrayna müqavimət göstərə bilməyəcək”
30-03-2024, 14:15
Türkiyədə “sükut günü”dür - Xəbər, proqnoz və şərh vermək qadağandır
30-03-2024, 14:00
HƏYAT YOLDAŞI GENERALI MƏHKƏMƏYƏ VERDİ - FHN-də növbəti qalmaqal
30-03-2024, 13:55
İsrail Qəzzanı bombalayıb - Xeyli sayda insan həlak olub
30-03-2024, 13:50
Britaniya ordusunda 100 illik qadağa ləğv edildi: Saqqal saxlamaq olar
30-03-2024, 13:15
Ermənistanın Rusiyaya ixracı 3 dəfə artıb - İrəvanın Moskvaya dəstəyini Aİ də təqdir edir?
30-03-2024, 13:00
Fazil Mustafaya sui-qəsdlə bağlı növbəti məhkəmə - Şahidlər ifadə verdi
30-03-2024, 12:55
“ABŞ-ın dəstəyi olmasa, Ukrayna ordusu geri çəkiləcək”- Zelenski
30-03-2024, 12:40
DƏRMANLAR KƏSKİN BAHALAŞIB - Qiymətləri kimlər artırır? /VİDEO
29-03-2024, 23:00
Azərbaycanda narkotikə görə 7 il həbsə alınan 32 YAŞLI QADIN DANIŞDI: “Rəfiqələrimin günahıdır..."- VİDEO
29-03-2024, 22:50
“ABŞ-ın Ukraynaya ümumi yardımı 113 milyard dolları ötür”- “Fox News”
29-03-2024, 22:35
Yalnız “qadınlardan” ibarət olan “TROLL FABRİKİ”ni NAZİRLİKLƏ NƏ BAĞLAYIR?- FOTOFAKT
29-03-2024, 22:22
İran səfirinin Azərbaycanda diplomatik missiyası başa çatıb
29-03-2024, 22:00
"Rusiya Xarkova hücum edərsə, bu, onun üçün fəlakətə çevriləcək"- Sırski
29-03-2024, 21:55
"Qarabağ" sona 8 tur qalmış 11-ci çempionluğunu rəsmiləşdirib
30-03-2024
29-03-2024