«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Yeməyin dadına xələl gətirmədən duzdan istifadəni necə azaltmaq olar?

Tarix: 29-12-2023 11:33 | Bölmə: Sağlamlıq | Baxış: 102
Yeməyin dadına xələl gətirmədən duzdan istifadəni necə azaltmaq olar?

Qida rasionumuzda duzun miqdarını azaltmağa çalışarkən biz ilk növbədə yeməyi hazırlayan zaman duzdan az istifadə etməyə başlayırıq.

Lakin həqiqət ondan ibarətdir ki, bu, yalnız aysberqin görünən tərəfidir, qida rasionumuzda natriumun əsas mənbəyi emal edilmiş məhsullardır. 
 
Diyetoloq duzun ən çox olduğu məhsullar barədə danışacaq və yeməyin dadına xələl gətirmədən ondan istifadə edilməsini xeyli azaltmaq barədə məsləhətlər verəcək.
 
Bu barədə "Detaly" nəşri yazıb.
 
Böyüklər üçün sutkalıq 6 qram (2400 mq natrium) duz tövsiyyə edilir, lakin praktikada çoxlarımız normadan iki dəfə artıq duz istifadə edirik.
 
Emal edilmiş məhsulların tərkibində çoxlu duz var, bu da yararlılıq müddətinin uzadılması və konservantın xarab olmasının qarşısının alınması məqsədilə istifadə edilir.
 
Siz təəccüblənəcəksiniz, amma bu siyahıya yarma, bişirmə çörək, çörək, kolbasalar, müxtəlif pendirlər, biskvitlər, quru şorba, souslar, mürəbbə və peçenye daxildir. Bundan başqa, hətta üzvü vegeterian məhsullarında da natriumun miqdarı çoxdur.
 
Ona görə də əgər siz öz qida rasionunuzda duzun miqdarını azaltmaq istəyirsinizsə, aşağıdakı məhsulların istifadəsinə nəzarətdən başlamaq lazımdır:
 
- Xörək duzu (natrium xlorid) və toz formasında quru şorba;
 
- konservləşdirilmiş, hisə verilmiş və emal edilmiş ət və balıq məmulatları;
 
- duzlu və ya hisə verilmiş pendir;
 
- mağazadan alınan duza qoyulmuş tərəvəz: zeytun, duzlu xiyar və turşudulmuş kələm;
 
- mağazadan alınan souslar: soya sousu, xardal, ketçup və s.;
 
- duzlu qəlyanaltılar;
 
- fastfudlar;
 
- dondurulmuş yarımfabrikatlar;
 
- hazır salatlar.
 
İllər ötdükcə dad reseptorları qidamızda çoxlu miqdarda duza vərdiş edir, ona görə də bizim qarşımıza tərkibində az miqdarda natriumu olan yemək çıxanda bizə çox duzsuz təsir bağışlayır.
 
Yaxşı xəbər ondan ibarətdir ki, əsasən dilimizdə, həmçinin damaqda və boğazımızda olan on minlərlə dad reseptorları bir neçə həftədən bir yenilənir, ona görə də biz bir az dözərək duzun miqdarını azaldacağıq, bir müddətdən sonra qida bizə duzsuz gəlməyəcək.
 
Ədviyyatlar. Daha çox ədviyyatdan istifadə etməyə başlayın, bu, yeməyi daha dadlı və maraqlı edəcək, lakin bu zaman tərkibində natrium olmayacaq. Qızardılmış soğan yeməyin dadını artıra bilər. Sirkə, darçın və potağal şirəsi də yeməyə əlavə dad verir. Əsas odur ki, onlar yeməyə eyni zamanda əlavə edilməsin.
 
Turşululuq. Limon şirəsi dadı yaxşılaşdırır, lakin həm də balıq və ya salatlara daha az duz əlavə etməyə imkan verəcək.
 
Sous və bulyonlar. Mağazadan alınanların əvəzinə ev souslarını hazırlamağa başlayın və bulyonları ətlə qaynadın. Bulyona təzə tərəvəz və ədviyyatları əlavə etmək dadı yaxşılaşdıracaq və duza tələbatı azaldacaq.
 
Final ştrix. Xörək duzunu ən sonda əlavə edin, o zaman onun dadı yemək hazılanan zaman itməyəcək, yemək süfrəyə verilməzdən öncə əlavə duza ehtiyac qalmayacaq.
 
Heç bir əvəzedicilərdən istifadə etməyin. Kalium əsasında duz əvəzedicilərindən ailə həkimi ilə məsləhətləşmədən istifadə etməyin.
 
Bu, xüsusilə xroniki böyrək xəstəlikləri olanlar, yaxud ürək-damar xəstəliklərinin müalicəsi üçün kalium preparatlarından istifadə edənlər çoxlu miqdarda kaliumdan ehtiyatla istifadə etməlidir.
 
Mixail Sokman,
kliniki diyetoloq, "Makkabi" klinikasında diabet üzrə mütəxəssis


Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024