«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
"İsrailə Konqresdən yan keçməklə göstərilən yardım fövqəladə vəziyyətlə bağlıdır"- Blinken

Tarix: 30-12-2023 20:20 | Bölmə: Siyasət | Baxış: 72


 
"ABŞ İsrailə hərbi yardım edir, HƏMAS isə İsrail Müdafiə Ordusunun Qəzza bölgəsindən geri çəkiləcəyinə köklənib..."
ABŞ prezidenti Co Bayden administrasiyası Konqresdən yan keçərək İsrailə 147, 5 milyon dollar məbləğində təcili silah satışını təsdiq edib.
 
Bu barədə təhlükəsizlik və müdafiə sahəsində Agentliyin məlumatında deyilir. Məlumatı "gordonua.com" nəşri yayıb.
 
ABŞ Dövlət katibi Entoni Blinken Konqresə məlumat verib ki, o, İsrailin artıq əldə etdiyi 155 mm-lik mərmilər üçün 147, 5 milyon dollar məbləğində hərbi avadanlıq satışı barədə qərar qəbul edib.
 
"Dövlət katibi ABŞ-ın milli təhlükəsizlik maraqları naminə İsrail hökumətinə adıçəkilən avadanlığın dərhal satışını tələb edən fövqəladə vəziyyətin mövcud olmasını müəyyən edib və əsaslandırıb", - Dövlət Departamenti bəyan edib.
 
Belə olan halda İsrailə silah satışı təcili olmalı və bu məsələnin Konqresdə baxılması tələbindən yan keçilməlidir.
 
"Reuters" agentliyi qeyd edir ki, ABŞ administrasiyası dekabr ayında ikinci dəfədir ki, Konqresdən yan keçməklə İsrailə silah satışının mexanizmini tətbiq edir.
 
Bundan öncə ABŞ administrasiyası dekabr ayında İsrailə 14 min tank mərmisinin satışına icazə vermək üçün fövqəladə səlahiyyətlərindən istifadə edib.
 
Bu arada isə məlumat verilib ki, HƏMAS İsrail ordusunun Qəzza bölgəsindən geri çəkiləcəyinə köklənib. Bu barədə "Mako" saytının icmalçıları Nir Danburi və Ohad Hemo bəyan edib. 
 
Həm Amerikanın sol administrasiyası, həm də İsraildə demokratların siyasətinin daşıyıcıları, o cümlədən portfelsiz nazir Beni Qants müharibənin yeni mərhələyə keçmək zərurətindən danışır, hətta bunun üçün bir-iki həftəlik müddət qoyulur.
 
İcmalçılar qeyd edir ki, belə şəraitdə HƏMAS tərəfindən saxlanılan girovların geri qaytarılmasını gözləmək əbəsdir.

Press-fakt.com


Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024