«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
AZƏRBAYCAN: 2023-CÜ İLİN MÜHÜM SİYASİ HADİSƏLƏRİ

Tarix: 31-12-2023 11:45 | Bölmə: Siyasət / Ölkə | Baxış: 72
Azərbaycan: 2023-ci ilin mühüm siyasi hadisələri
Mehman ƏliyevMehman Əliyev  ASTNA mərkəzinin rəhbəri

  1. 27.01.2023 - Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum törədilib. Səfirliyin təhlükəsizlik xidmətinin əməkdaşı həlak olub, daha iki nəfər yaralanıb.
  2. 23.04.2023 -  Ermənilərin qanunsuz hərbi birləşmələri tərəfindən Ermənistandan Qarabağa qanunsuz canlı qüvvə, silah-sursat, mina və hərbi təyinatlı digər vasitələri daşımalarının qarşısının alınması məqsədilə, habelə Yerevanın Laçın-Xankəndi yoluna girişdə birtərəfli qaydada nəzarət-buraxılış məntəqəsi qurmasına cavab olaraq saat 12.00-da Azərbaycan Dövlət Sərhəd Xidməti də Ermənistanla sərhəddə nəzarət-buraxılış məntəqəsi qurub.
  3. 28.05.2023 -  Prezident İlham Əliyev qarabağ ermənilərinə separatçı qurumları buraxmaq və Azərbaycan qanunlarına tabe etmək tələbi ilə müraciət edib. Bu tələb yerinə yetirildiyi təqdirdə qondarma strukturların vəzifəli şəxsləri amnistiyaya ümid edə bilərlər.
  4. 30.06.2023 -  Fransanın Bakıdakı səfiri Ann Buayon Azərbaycan XİN-ə çağırılıb, ona Fransa prezidenti Emmanuel Makronun adından yayılan Azərbaycan əleyhinə bəyanatlarla bağlı etiraz bildirilib.
  5. 19.09.2023 -  Azərbaycan SQ Qarabağda birgünlük anti-terror əməliyyatına başlayıb, bu əməliyyat Azərbaycanın suverenliyinin tam bərpa edilməsi və separatçı rejimin öz-özünü buraxması ilə başa çatıb.
  6. 27.09.2023 -  Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tanınmamış Dağlıq Qarabağ Respublikasının üç keçmiş prezidentini - Arkadi Qukasyan, Bako Saakyan və Araik Arutyunyanı saxlayıb.
  7. 20.11.2023 -  Abzas Media araşdırma qrupuna daxil olan fəalların və jurnalistlərin həbsi başlayıb.
  8. 24.11.2023 -  Bakıda BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının - SPEKA-nın üzvü olan ölkələrin dövlət və hökumət başçılarının sammiti keçirilib.
  9. 07.12.2023 -  Azərbaycan prezidenti İlham Əliyev 2024-cü il fevralın 7-nə yeni növbədənkənar prezident seçkiləri təyin edib.
  10. 26.12.2023 -  Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Fransanın Bakıdakı səfirliyinin iki əməkdaşını persona-non-qrata elan edib.
 
***

2023-cü il boyunca Azərbaycan Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması və ölkənin idarəetmə sisteminin dəyişdirilməsinə xidmət edən islahatlardan ictimai gözləntilərin artması ilə bağlı bir sıra hadisələrin episentrində olub.

İlin əvvəlindən etibarən Azərbaycan durmadan işğaldan azad edilmiş ərazilərdə birləşmə siyasəti həyata keçirib, Qarabağın ermənilər məskunlaşan bölgəsinə gedən həyati əhəmiyyət kəsb edən kommunikasiya yollarına nəzarətini gücləndirib. 2022-ci ilin dekabrında ətraf mühit fəalları tərəfindən Laçın dəhlizinin bağlanması sonradan Azərbaycan silahlı qüvvələrinin iştirakı ilə gücləndirilib, bu da Ermənistanı Qarabağla birləşdirən ən mühüm dəhlizə nəzarəti artırıb. 

Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyan arasında 6 oktyabr 2022-ci il tarixli razılaşmadan irəli gələn danışıqlar prosesi sülh müqaviləsi, sərhədin demarkasiyası, nəqliyyat kommunikasiyalarının açılması ətrafında dönüb.

Brüssel, Vaşinqton və Moskvada danışıqlarda irəliləyiş haqqında bəyanatlara baxmayaraq, gözlənilən sülh müqaviləsi bağlanmayıb. Tərəflər bir-birini ittiham yağışına tutub və ermənilərin separatçılıqdan əl çəkməsi ilə bağlı ultimatumlara cavab olaraq sentyabrın 19-da anti-terror əməliyyatına başlayıb. 
Bu əməliyyat separatçı rejimə son qoyulması ilə əlamətdar olub və eerməniləri Qarabağı könüllü şəkildə tərk etməyə vadar edib. İlin sonuna doğru danışıqlar prosesi gizli forma alıb və Sankt-Peterburqda MDB sammitində Əliyev və Paşinyanın “ayaqüstü görüşü” fonunda belə nəzərəçarpan irəliləyiş olmayıb. 
Hələ də 2020-ci il müharibəsinin nəticələri və Qarabağın itirilməsi ilə mübarizə aparan Ermənistan ictimaiyyəti Azərbaycanla sülhə zəif hazırlıq nümayiş etdirib.

Azərbaycan cəmiyyətində 2020-ci il müharibəsinin qalibiyyət nəticələri və hökumətin idarəetmə sistemində islahatlara ehtiyac olduğunu etiraf etməsi islahat ümidlərini artırıb. Bütün il ərzində ictimai müzakirələr referenduma, vaxtından əvvəl parlament seçkilərinə və növbəti təşəbbüslərə olan ümidlərlə dolu olub. 
Lakin prezident Əliyev bu gözləntilərin sezərək, ən qısa zamanda öz yeddi illik hakimiyyət dövrünü uzatmaq zərurətini qeyd edib. Bu qərarı, göründüyü qədər, konstitusiya düzəlişləri, növbədənkənar parlament seçkiləri 2025-ci ildəki prezident seçkilərindən əvvəl keçiriləcəyi halda yarana biləcək potensial çətinliklər şərtləndirib. 
İslahatların və parlament seçkilərinin prezident seçkilərindən sonra müəyyən edilmiş İlham Əliyevin yeddi illik hakimiyyət dövrü çərçivəsində keçirilməsi hökumətə daha rəvan yol təklif edir.

Bərqərar olmuş təcrübəyə uyğun olaraq hökumət vətəndaş fəallığının yatırılması və seçkilər və referendumlar kimi mühüm hadisələr zamanı müxalifətin imkanlarının məhdudlaşdırılması üzrə tədbirlər görüb. Bu, Qarabağda anti-terror əməliyyatından sonra vətəndaş fəallarından başlayaraq, Abzas Media araşdırma qrupu ilə əlaqəsi olan şəxslərə qədər uzanan həbslər seriyasına gətirib çıxarıb.

Xarici siyasət cəbhəsində prezident Əliyev Rusiya, Amerika və Avropaya tarazlaşdırılmış yanaşmaya sadiq qalaraq, iqtisadi əhəmiyyət kəsb edən beynəlxalq layihələrə və regional təhlükəsizliyə xüsusi diqqət yetirib. 
Eyni zamanda, o, xarici tərəfdaşlar tərəfindən Azərbaycana qarşı təxmin olunan hücumlara iddialı cavablar verib, bu da Tehranın düşmənçilik siyasətinə cavab olaraq İrandakı səfirliyin bağlanmasına və Parisin erməniyönlü mövqeyi ilə əlaqədar Fransa deputatlarının ölkədən çıxarılmasına gətirib çıxarıb. 
Diplomatik mübarizədə Azərbaycan Rusiyanın Ukraynaya qarşı təcavüzü ilə əlaqədar Rusiyaya qarşı sanksiyalar fonunda Avropanın təhlükəsizliyinə öz töhfəsini vermək üçün strateji olaraq öz enerji resurslarından istifadə edib.

İl sona yaxınlaşdıqca elan edilmiş növbədənkənar prezident seçkilərinə olan ümidlərin bəslədiyi ictimai gözlənitlər artıb. Bu seçkilər 2024-cü ildə baş verəcək dəyişikliklərin carçısı kimi qarşılanıb. Geosiyasi dinamika və daxili islahatların qarşılıqlı əlaqəsi qarşıda duran dönüş ili üçün zəmin hazırlayıb.



Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024