«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
"Avropa Ukraynadakı münaqişəni ən azı 2025-ci ilə qədər uzatmaq istəyir"- "The Times"

Tarix: 01-01-2024 18:08 | Bölmə: Siyasət | Baxış: 58



“Böyük Britaniya və kontinental Avropa ölkələri Ukraynadakı münaqişəni ən azı 2025-ci ilə qədər uzatmaq istəyir”.

Bu barədə Britaniya hökumətindəki mənbələrə istinadən “The Times” qəzeti yazıb.

Bildirilir ki, Böyük Britaniya hərbi kəşfiyyatı Rusiya və ya Ukraynanın 2024-cü ildə münaqişədə həlledici dönüş nöqtəsinə nail ola biləcəyini gözləmir.

Britaniya Nazirlər Kabinetindəki mənbə nəşrə bildirib ki, 2024-cü il böyük əməliyyat uğurları gətirməyəcək, böyük irəliləyiş ehtimal olunmur.

Eyni zamanda, Avropa ölkələri Ukraynadakı münaqişənin taleyi ABŞ-da keçirilən prezident seçkilərinin nəticəsindən asılı olmaması üçün öz müdafiə istehsal potensialını artırmaq niyyətindədir:

“ABŞ prezidentliyinə namizəd Donald Tramp Ukraynaya maliyyə yardımını kəsməyə çalışarsa, Avropa ABŞ-ın iştirakı olmadan da Ukraynaya kömək etməyə davam edəcək”.

Eyni zamanda, nəşr vurğulayır ki, Böyük Britaniya hələlik Ukraynaya heç nə təklif edə bilmir, çünki krallığın silah ehtiyatları tükənib. Bununla bağlı London Kiyevə hərbi yardım göstərmək xahişi ilə Berlinə üz tutub.

“The Times” yazır ki, Qərb rəsmiləri hesab edir ki, Ukrayna Silahlı Qüvvələrinin komandanlığı Vaşinqtonun köməyi olmadan işğal olunmuş əraziləri saxlaya biləcək, lakin bu halda hücum əməliyyatları nəzərəçarpacaq dərəcədə məhdudlaşdırılacaq./yeniavaz

Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024