«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
"MƏNİM DƏ İÇİM QANAYIR...."- Putin Kiyevin bombalanmasından danışdı

Tarix: 01-01-2024 22:00 | Bölmə: Siyasət | Baxış: 101



"Rusiya Ukraynadakı münaqişəni bitirmək istəyir".

Bunu Rusiya prezidenti Vladimir Putin hərbi hospitalda hərbçilərlə görüşündə bildirib.

Onun sözlərinə görə, Ukrayna Rusiyanın düşməni deyil, Rusiyanın düşməni onun strateji məğlubiyyətinə nail olmaq istəyənlərdir: "Qərb əsrlər boyu Rusiya ilə məşğul olmaq vəzifəsini qarşısına qoyub, lakin biz, deyəsən, onlarla daha tez məşğul olacağıq. Biz də münaqişəyə son qoymaq istəyirik, ancaq öz şərtlərimizlə..."

Putin qeyd edib ki, döyüş meydanında vəziyyət dəyişir, "düşmən sönməyə" başlayıb.

Rusiya prezidenti Belqorodda baş verənləri isə terror aktı adlandırıb:
"Əlbəttə, biz Kiyevin və istənilən başqa şəhərin meydanlarına zərbə endirə bilərik. Başa düşürəm, mənim də içim qanayır, amma bizə mülki insanları vurmaq lazımdır? Xeyr, biz hərbi hədəfləri vururuq, belə də edəcəyik", -deyə Rusiya prezidenti vurğulayıb./apa



Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024