"VƏTƏNDAŞLIQ UĞRUNDA SAVAŞ": Putin xarici muzdlular üçün imtiyazlar təsis edib
"Vətəndaşlıq verilərkən Rusiyada daimi yaşamaq, rus dili, tarix və yerli qanunlarla bağlı bilgilərdən imtahan vermək tələbi aradan qaldırılıb..."
"Bu fərman keçmiş sovet respublikaları və üçüncü dünya ölkələri sakinlərini hərbi xidmətə daxil olmağa və Ukraynada döyüşməyə sövq edəcək..."
Rusiya prezidenti Vladimir Putinin imzaladığı fərmana əsasən, yeni kateqoriyadan olan şəxslərə vətəndaşlığın verilməsi sadələşdirilmiş qaydada həyata keçiriləcək.
bu barədə "currenttime.tv" nəşri məlumat verib.
Məlumatda deyilir ki, bu kateqoriyadan olanlara vətəndaşlıq verilərkən Rusiyada daimi yaşamaq, rus dili, tarix və yerli qanunlar sahəsində bilgiləridən imtahan vermək kimi tələblərə riayət edilməyəcək.
Bu fərman "xüsusi hərbi əməliyyat"ın (Rusiyada Ukraynaya qarşı müharibə belə adlandırılır) gedişi dövründə Rusiya Silahlı Qüvvələrində xidmət keçmək üçün müqavilələr bağlayan və ya artıq müqavilə üzrə "xüsusi hərbi əməliyyat" başlanandan xidmət keçmiş və həmin dövrdə səhhəti, yaş həddi, müqavilə müddətinin bitməsi və s. "təbii" səbəblərdən təxris olunan xaricilərə şamil edilir.
Bu imtiyaz həm də müqavilə üzrə xidmət keçənlərin ailə üzvlərinə şamil edilir.
Formal olaraq bu fərman onunla izah edilir ki, Rusiya Müdafiə Nazirliyi ilə müqavilə bağlayan xarici muzdluları öz vətənlərində "muzdluluğa" görə məhkəmə gözləyə bilər. Rusiya vətəndaşlığı xarici hakimiyyətlərin sorğuları əsasında onların təhvil verilməməsinə hüquqi əsaslar yaradır.
Rusiya Dövlət Dumasının deputatı, Kremlin əsas ruporlarından hesab edilən Aleksandr Xinşteyn fərmanı məhz belə əsaslandırıb.
Praktikada isə xarici ailələrə avtomatik olaraq Rusiya vətəndaşlığının verilməsi keçmiş sovet respublikaları (əsasən Orta Asiya) və üçüncü dünya ölkələri sakinlərinə xidmətə daxil olmaq və Ukraynada döyüşməyə yollanmaq üçün stimul verəcək.
Rusiya ordusunda xidmət keçən əcnəbilərin sayı və "keyfiyyəti" barədə məlumat verilmir.
Bir ay öncə Nepal hökuməti Rusiya hakimiyyətindən nepallıları xidmətə qəbul etməməyi və bu ölkədən altı nəfər həlak olan muzdluları geri qaytarmağı tələb edib.
Nepal hökumətinin məlumatına görə, o məqamda Rusiya ordusunda bu Cənubi Asiya ölkəsindən təxminən 150-200 vətəndaş xidmətdə olub. Ukrayna mübaribəsinə cəlb edilən zaman onlara hər ay 750 dollar ödənilib.
2008-ci ildə Rusiya Silahlı Qüvvələrində 295 əcnəbi, o cümlədən 89 tacik və 66 özbək xidmət keçib.
2022-ci ilin noyabrında Putinin fərmanı ilə əcnəbilərin müqavilə üzrə Rusiyada xidmət keçməsinə qoyulan məhdudiyyətlər aradan qaldırılıb, lakin görünür muzdluların "şirnkləndirilməsi" üçün bu, kifayət etməyib, ona görə də buraya Rusiya vətəndaşlığının verilməsi əlavə edilib.
Press-fakt.com
Digər xəbərlər
Tarix: 05-01-2024 18:45 | Bölmə: Siyasət | Baxış: 82

Xəbəri paylaş
Digər xəbərlər
30-03-2024, 23:55
XİN 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanat yayıb
30-03-2024, 23:50
Ermənistanın “dost”ları kimlərdir? - VİDEO
30-03-2024, 23:45
“RUSİYADA VƏZİYYƏT DRAMATİK DƏRƏCƏDƏ AĞIRDIR...”- “Ölkəni Avropadan ayırmaq böyük fəlakətdir”/Müsahibə
30-03-2024, 21:10
Aİ Türkiyənin aviaşirkətinə onun ərazisi üzərindən uçmağı qadağan etdi
30-03-2024, 21:05
"Crocus City Hall"dakı terror aktında yaralı sayı 695-ə çatıb
30-03-2024, 20:30
Səlcuq sultanlarının DNT analizi üzrə heykəlləri hazırlandı - FOTO
30-03-2024, 20:07
Rusiya ilk dəfə bu bombadan istifadə edib - Böyük dağıdıcı gücə malikdir
30-03-2024, 20:00
“Türkiyə Ukraynaya silahlar verəcək”- ”Aydınlıq” nəşri
30-03-2024, 19:25
Erməni siyasətçi Tacikistan və Qırğızıstanı TƏHQİR ETDİ: “Bədbəxt ölkələrdir”- VİDEO
30-03-2024, 18:00
“Rusiya cəmiyyəti benzinsiz, dizelsiz yaşamağı öyrənməlidir - Bu, ədalətlidir”- Zelenski
30-03-2024, 17:45
“AVRO-2024”-ə DRONLARLA TERROR HÜCUMU OLA BİLƏR - “BİLD”
30-03-2024, 17:30
DİN vətəndaşlara müraciət etdi: "Saxta elektron sikkələr sataraq..."
30-03-2024, 17:25
Türkiyə ABŞ-dan F-16-ların tədarükünü azalda bilər
30-03-2024, 17:15
“ABŞ yardımının gecikməsi Ukraynaya baha başa gəlir”- Zelenski
30-03-2024, 17:00
Taciklər kütləvi şəkildə Rusiyanı tərk edir - “Vətəndaşlarımız panika, qorxu içindədir..."
30-03-2024, 16:45
“İRAN HÖKUMƏTİ ÖZ NÜVƏ POTENSİALINI ARTIRIR”- "Təftişə icazə vermirlər”- Rafael Qrossi
30-03-2024, 16:30
İrəvanın "şıltaqlığına" Kremlin səbrlə “dözməsi”nin səbəbi nədir?- Ekspert AÇIQLADI
30-03-2024, 16:15
İranda hicabı tənqid edən güneyli müəllimə həbs cəzası verildi
30-03-2024, 15:45
Əskipara kəndinə xüsusi polis qüvvələri göndərildi...- "İzah edirlər ki, bu, onlara kömək etmir, əksinə, zərər verir"
30-03-2024, 15:30
STALİNİN QIZINI SEVƏN KAPLER - Sovet lideri ona ingilis casusu damğası vurdu, amma...
30-03-2024, 15:25
İŞİD sözçüsü Rusiyadakı terrordan sonra müraciət yayıb - “Vilayəti-Xorasan”a təşəkkür
30-03-2024, 15:15
Rusiya-Gürcüstan sərhədində minlərlə maşın gözləyir
30-03-2024, 15:00
Jurnalistlər “Crocus”da terror aktının sponsorlarına məxsus kriptopulqabı tapıblar
30-03-2024, 14:45
“RUSİYA ORDUSU İRƏLİLƏYİR" - "Ukrayna müqavimət göstərə bilməyəcək”
30-03-2024, 14:15
Türkiyədə “sükut günü”dür - Xəbər, proqnoz və şərh vermək qadağandır
30-03-2024, 14:00
HƏYAT YOLDAŞI GENERALI MƏHKƏMƏYƏ VERDİ - FHN-də növbəti qalmaqal
30-03-2024, 13:55
İsrail Qəzzanı bombalayıb - Xeyli sayda insan həlak olub
30-03-2024, 13:50
Britaniya ordusunda 100 illik qadağa ləğv edildi: Saqqal saxlamaq olar
30-03-2024, 13:15
Ermənistanın Rusiyaya ixracı 3 dəfə artıb - İrəvanın Moskvaya dəstəyini Aİ də təqdir edir?
30-03-2024, 13:00
Fazil Mustafaya sui-qəsdlə bağlı növbəti məhkəmə - Şahidlər ifadə verdi
30-03-2024, 12:55
“ABŞ-ın dəstəyi olmasa, Ukrayna ordusu geri çəkiləcək”- Zelenski
30-03-2024, 12:40
DƏRMANLAR KƏSKİN BAHALAŞIB - Qiymətləri kimlər artırır? /VİDEO
29-03-2024, 23:00
Azərbaycanda narkotikə görə 7 il həbsə alınan 32 YAŞLI QADIN DANIŞDI: “Rəfiqələrimin günahıdır..."- VİDEO
29-03-2024, 22:50
“ABŞ-ın Ukraynaya ümumi yardımı 113 milyard dolları ötür”- “Fox News”
29-03-2024, 22:35
Yalnız “qadınlardan” ibarət olan “TROLL FABRİKİ”ni NAZİRLİKLƏ NƏ BAĞLAYIR?- FOTOFAKT
29-03-2024, 22:22
İran səfirinin Azərbaycanda diplomatik missiyası başa çatıb
29-03-2024, 22:00
"Rusiya Xarkova hücum edərsə, bu, onun üçün fəlakətə çevriləcək"- Sırski
29-03-2024, 21:55
"Qarabağ" sona 8 tur qalmış 11-ci çempionluğunu rəsmiləşdirib
30-03-2024
29-03-2024