«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Respublikaçı namizəd seçkilərdə qalib gəlsə, ABŞ-ı NATO-dan çıxaracaq – KİV

Tarix: 06-01-2024 10:44 | Bölmə: Siyasət | Baxış: 57



Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə iddialı iş adamı Vivek Ramasvami 2024-cü ildə keçiriləcək seçkilərdə qalib gələcəyi təqdirdə ölkəni NATO-dan çıxaracaq.

Bu barədə “Politico” qəzeti mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, Ramasvami və ya onun mövqeyinə yaxın başqa siyasətçi, məsələn, keçmiş prezident Donald Tramp prezidentlik yarışında qalib gəlsə, bu, NATO-nun son günləri olacaq.

“Vivek NATO müttəfiqlərinin əksəriyyətinin hərbi xərclər üzrə öhdəliklərini yerinə yetirə bilməməsindən narahatdır və lazım gəlsə, öz dəstəyimizin səviyyəsini yenidən qiymətləndirəcək. 

O, həmçinin hesab edir ki, NATO-nun “Soyuq Müharibə”dən sonrakı ekspansionizmi Rusiya ilə böyük münaqişə riskini əsassız olaraq artırıb”, - deyə respublikaçıların seçki kampaniyasının sözçüsü Trişa Makloklin bildirib.

Qeyd edək ki, bundan əvvəl Vivek Ramasvami ABŞ-nin Ukraynanın NATO-ya qoşulmayacağına söz verməli olduğunu bildirmişdi.

Press-fakt.com

Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024