«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
"Rusiya BMT-də irəli sürdüyü sənədə səsvermə keçirməklə iki məqsəd güdür..."- Politoloq

Tarix: 06-01-2024 15:00 | Bölmə: Siyasət | Baxış: 63


“Rusiya BMT Təhlükəsizlik Şurasında Qərbin Ukraynaya hərbi texnika göndərməsi mövzusunu müzakirəyə çıxarmaq istəyir”.

Press-fakt.com xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, müzakirələrin yanvarın 22-də keçirilməsi planlaşdırılır:
“Qəribə məntiqdir: Ukrayna ərazisinə müdaxilə et və sonra dünyadan tələb et ki, “hərbi texnika göndərməyin”. Kreml Ukraynaya hərbi texnika göndərən ölkələrə həm də demək istəyir ki, “işğalı bitirməyə imkan verin”.


Elxan Şahinoğlu

"Rusiya Ukrayna şəhərlərini bombalamaq üçün İran və Şimali Koreyadan aldığı raketlərdən istifadə edir. Aydındır ki, BMT Təhlükəsizlik Şurasında Ukrayna əleyhinə qətnamənin qəbulu mümkün deyil. Kremlin məqsədi fərqlidir.

Rusiya BMT-də irəli sürdüyü sənədə səsvermə keçirməklə iki məqsəd güdür:

Birinci məqsədi işğalçı müharibədə “haqlı” olduğunu göstərmək, ikinci məqsədi BMT üzvləri arasında müharibə ilə bağlı öz xeyrinə fikir ixtilafını dərinləşdirməkdir”.

Press-fakt.com

Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024