ABŞ-da QALMAQAL BÖYÜYÜR: Tramp Pentaqon rəhbərinin istefasını tələb edib
"O, bir həftədir ki itkin düşüb, lakin onun şefi, əliəyri Bayden də daxil olmaqla heç kimin onun harada olması barədə anlayışı belə olmayıb..."
Amerikanın 45-ci prezidenti Donald Tramp Co Bayden administrasiyasından özünün xəstəxanaya yerləşdirilməsi barədə bir neçə gün ərzində Ağ evə məlumat verməyən müdafiə naziri Lloyd Ostini vəzifəsindən kənarlaşdırmağı tələb edib.
Moderator.az xəbər verir ki, bu barədə Tramp "Truth Sosial" sosial şəbəkəsində yazıb. Məlumatı "nv.ua" nəşri yayıb.
"Ostin məqbul olmayan peşə davranışı və vəzifələrini icra etmədiyinə görə dərhal istefaya göndərilməlidir", - Tramp yazıb.
"O, bir həftədir itkin düşüb, onun şefi, əliəyri Co Bayden də daxil olmaqla heç kimin onun harada olması və ya ola bilməsi barədə anlayışı belə olmayıb", - Tramp qeyd edib.
Sabiq prezident bəyan edib ki, Ostin "pis işləyib" və general Mark Milli ilə birlikdə "bir çox səbəblərdən, xüsusilə bəlkə də ABŞ tarixində ən rüsvayçı məqam olan Əfqanıstanda fəlakətli təslimçilik səbəbindən vəzifələrindən kənarlaşdırılmalıdır".
ABŞ Milli Təhlükəsizlik Şurasının koordinatoru Con Kirbi mətbuat konfransında bəyan edib ki, Bayden Pentaqon rəhbərini "vəzifəsindən kənar etmək niyyətində deyil".
"Ostinin vəzifədə qalmasından başqa heç bir başqa plan yoxdur", - "Amerikanın Səsi" Kirbidən iqtibas gətirib.
Məmur qeyd edib ki, Ostinin tibbi problemi barədə məlumata malik deyil, lakin əmin edib ki, bu günlər Baydenlə Ostin ünsiyyətdə olub.
Kirbi əlavə edib ki, Ağ ev Ostinin xəstəxanaya yerləşdirilməsi zamanı hansı qaydalar və prosedurlara riayət edilmədiyini yenidən nəzərdən keçirəcək.
"Biz təxirə salınmadan dəyərləndirmə aparacağıq", - Kirbi vəd edib və qeyd edib ki, Ağ ev bu halın məlumatın açıqlanması qaydalarına uyğunluğunu nəzərdən keçirəcək və "bu təcrübədən yararlanmağa cəhd edəcək".
ABŞ Silahlı Qüvvələrində Baydendən sonra ikinci şəxs sayılan Ostin yanvarın 1-də xəstəxanaya yerləşdirilib.
Lakin Penraqonun 70 yaşlı rəhbəri bir neçə gün ərzində bu barədə Baydenə, öz tabeçiliyində olanlara və Konqres üzvlərinə məlumat verməyib, hərçənd, ABŞ-ın yüksək hökumət dairələrində vəzifəli şəxslərdən bu, gözləniləndir.
Şənbə günü Ostin bəyan edib ki, özünün xəstəxanaya yerləşdirilməsi barədə heç kimə məlumat vermədiyinə görə "tam məsuliyyəti" öz üzərinə götürür.
Hər iki partiyadan aparıcı senatorlar Pentaqon rəhbərinin davranışından qəzəblənib və Ostini vəzifəsinfən azad etməyə çağırış edib.
"Müdafiə naziri prezidentlə hərbçilər arasında komandanlıq zəncirində həlledici həlqədir, ən vacib qərarlar bir-neçə dəqiqəyə qəbul edilməlidir. Bu, şokedici uğursuzluğun nəticələri olmalıdır", - bu barədə respublikaçı senator Tom Kotton bəyan edib./moderator
Digər xəbərlər
Tarix: 09-01-2024 21:05 | Bölmə: Siyasət | Baxış: 70

Xəbəri paylaş
Digər xəbərlər
30-03-2024, 23:55
XİN 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanat yayıb
30-03-2024, 23:50
Ermənistanın “dost”ları kimlərdir? - VİDEO
30-03-2024, 23:45
“RUSİYADA VƏZİYYƏT DRAMATİK DƏRƏCƏDƏ AĞIRDIR...”- “Ölkəni Avropadan ayırmaq böyük fəlakətdir”/Müsahibə
30-03-2024, 21:10
Aİ Türkiyənin aviaşirkətinə onun ərazisi üzərindən uçmağı qadağan etdi
30-03-2024, 21:05
"Crocus City Hall"dakı terror aktında yaralı sayı 695-ə çatıb
30-03-2024, 20:30
Səlcuq sultanlarının DNT analizi üzrə heykəlləri hazırlandı - FOTO
30-03-2024, 20:07
Rusiya ilk dəfə bu bombadan istifadə edib - Böyük dağıdıcı gücə malikdir
30-03-2024, 20:00
“Türkiyə Ukraynaya silahlar verəcək”- ”Aydınlıq” nəşri
30-03-2024, 19:25
Erməni siyasətçi Tacikistan və Qırğızıstanı TƏHQİR ETDİ: “Bədbəxt ölkələrdir”- VİDEO
30-03-2024, 18:00
“Rusiya cəmiyyəti benzinsiz, dizelsiz yaşamağı öyrənməlidir - Bu, ədalətlidir”- Zelenski
30-03-2024, 17:45
“AVRO-2024”-ə DRONLARLA TERROR HÜCUMU OLA BİLƏR - “BİLD”
30-03-2024, 17:30
DİN vətəndaşlara müraciət etdi: "Saxta elektron sikkələr sataraq..."
30-03-2024, 17:25
Türkiyə ABŞ-dan F-16-ların tədarükünü azalda bilər
30-03-2024, 17:15
“ABŞ yardımının gecikməsi Ukraynaya baha başa gəlir”- Zelenski
30-03-2024, 17:00
Taciklər kütləvi şəkildə Rusiyanı tərk edir - “Vətəndaşlarımız panika, qorxu içindədir..."
30-03-2024, 16:45
“İRAN HÖKUMƏTİ ÖZ NÜVƏ POTENSİALINI ARTIRIR”- "Təftişə icazə vermirlər”- Rafael Qrossi
30-03-2024, 16:30
İrəvanın "şıltaqlığına" Kremlin səbrlə “dözməsi”nin səbəbi nədir?- Ekspert AÇIQLADI
30-03-2024, 16:15
İranda hicabı tənqid edən güneyli müəllimə həbs cəzası verildi
30-03-2024, 15:45
Əskipara kəndinə xüsusi polis qüvvələri göndərildi...- "İzah edirlər ki, bu, onlara kömək etmir, əksinə, zərər verir"
30-03-2024, 15:30
STALİNİN QIZINI SEVƏN KAPLER - Sovet lideri ona ingilis casusu damğası vurdu, amma...
30-03-2024, 15:25
İŞİD sözçüsü Rusiyadakı terrordan sonra müraciət yayıb - “Vilayəti-Xorasan”a təşəkkür
30-03-2024, 15:15
Rusiya-Gürcüstan sərhədində minlərlə maşın gözləyir
30-03-2024, 15:00
Jurnalistlər “Crocus”da terror aktının sponsorlarına məxsus kriptopulqabı tapıblar
30-03-2024, 14:45
“RUSİYA ORDUSU İRƏLİLƏYİR" - "Ukrayna müqavimət göstərə bilməyəcək”
30-03-2024, 14:15
Türkiyədə “sükut günü”dür - Xəbər, proqnoz və şərh vermək qadağandır
30-03-2024, 14:00
HƏYAT YOLDAŞI GENERALI MƏHKƏMƏYƏ VERDİ - FHN-də növbəti qalmaqal
30-03-2024, 13:55
İsrail Qəzzanı bombalayıb - Xeyli sayda insan həlak olub
30-03-2024, 13:50
Britaniya ordusunda 100 illik qadağa ləğv edildi: Saqqal saxlamaq olar
30-03-2024, 13:15
Ermənistanın Rusiyaya ixracı 3 dəfə artıb - İrəvanın Moskvaya dəstəyini Aİ də təqdir edir?
30-03-2024, 13:00
Fazil Mustafaya sui-qəsdlə bağlı növbəti məhkəmə - Şahidlər ifadə verdi
30-03-2024, 12:55
“ABŞ-ın dəstəyi olmasa, Ukrayna ordusu geri çəkiləcək”- Zelenski
30-03-2024, 12:40
DƏRMANLAR KƏSKİN BAHALAŞIB - Qiymətləri kimlər artırır? /VİDEO
29-03-2024, 23:00
Azərbaycanda narkotikə görə 7 il həbsə alınan 32 YAŞLI QADIN DANIŞDI: “Rəfiqələrimin günahıdır..."- VİDEO
29-03-2024, 22:50
“ABŞ-ın Ukraynaya ümumi yardımı 113 milyard dolları ötür”- “Fox News”
29-03-2024, 22:35
Yalnız “qadınlardan” ibarət olan “TROLL FABRİKİ”ni NAZİRLİKLƏ NƏ BAĞLAYIR?- FOTOFAKT
29-03-2024, 22:22
İran səfirinin Azərbaycanda diplomatik missiyası başa çatıb
29-03-2024, 22:00
"Rusiya Xarkova hücum edərsə, bu, onun üçün fəlakətə çevriləcək"- Sırski
29-03-2024, 21:55
"Qarabağ" sona 8 tur qalmış 11-ci çempionluğunu rəsmiləşdirib
30-03-2024
29-03-2024