«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Jurnalistlərə seçkiləri "milli maraqları" nəzərə almaqla işıqlandırmağı məsləhət görürlər

Tarix: 11-01-2024 15:30 | Bölmə: Siyasət | Baxış: 74
Jurnalistlərə seçkiləri "milli maraqları" nəzərə almaqla işıqlandırmağı məsləhət görürlər


Azərbaycan qanunvericiliyində seçkiqabağı təşviqatla məşğul olması qadağan olunan subyektlər dairəsi göstərilib.

Bu barədə cümə axşamı MSK üzvü Fuad Cavadov seçkiqabağı təşviqata və 7 fevral növbədənkənar prezident seçkilərində mətbuatın fəaliyyətinə həsr olunmuş müşavirədə bildirib.

Belə ki, xarici KİV-lər və QHT-lər, habelə nizamnamə sərmayəsində xarici şirkətlərin və ya şəxslərin payı 30% və daha çox təşkil edən qurumlar seçkiqabağı təşviqatda iştirak edə bilməz.

Seçkiqabağı təşviqat vaxtından əvvəl başlaya bilməz və 18 yaşına çatmamış şəxslər onda iştirak edə bilməz.

Öz növbəsində, Audiovizual Şuranın sədri İsmət Səttərov bildirib ki, bu qurum seçkiqabağı dövrdə monitorinq həyata keçirəcək.

O həmçinin qeyd edib ki, MSK yanında jurnalistlərdən ibarət media qrupu seçkiqabağı təşviqat qaydalarını pozanlar barəsində tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına, məhkəmələrə və Audiovizual Şuraya müraciət etmək hüququna malikdir.

Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov "seçkilərin mətbuatda işıqlandırılması üçün bütün imkanların yaradıldığını" bildirib.

O, İlham Əliyevin sözlərindən sitat gətirib:
"Azərbaycan jurnalistləri hər zaman prinsipiallıq nümayiş etdirməli, saxta və yalan məlumatlara söykənən kampaniyaların qlobal səviyyədə vüsət aldığı bir şəraitdə Azərbaycanın dövlətçilik maraqlarını uca tutmalı, vətəndaşlarımızın dolğun və düzgün məlumat əldə etmək hüquqlarını təmin etməli, cəmiyyətimizin tərəqqisi naminə var gücləri ilə çalışmalıdırlar"./Turan

Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024