Rusiyaya qarşı sanksiyaların altıncı raundu elan edildi - NEFT EMBARQOSU DA VAR
Avropa Komissiyasının sədri Ursula fon der Leyen Rusiyaya qarşı sanksiyaların altıncı raundunu elan edib.
Press-fakt bildirir ki, bu paketə, həmçinin mərhələli neft embarqosu təklifi də daxil edilib.
Bununla yanaşı 6-ci anti-Rusiya sankiya paketinə fərdi olaraq Buçada hərbi cinayətlər törətmiş yüksək rütbəli hərbçiləri və digər şəxslər daxildir.
Bundan əlavə, Rusiyanın bir sıra maliyyə qurumları, eləcə də rus təbliğatçıları sanksiyalara məruz qalıb. Belə ki, Sberbank-ı və daha iki böyük bank hədəf sanksiyalarına məruz qalır, eləcə də Putinin yalanlarını və təbliğatını aqressiv şəkildə yayan üç böyük dövlət televiziyasının Avropa Birliyi hüdudlarında efirimə çıxışı qadağan olunub.
Ursula fon der Leyen açıqlayıb ki, Aİ Ukraynanın Rusiyaya qalib gəlməsini istəyir: “Buna görə də mən ukraynalı dostlarımız üçün kütləvi bərpa paketi üzərində işə başlamağı təklif edirəm. Bu paket ehtiyacları ödəmək və lazımi islahatları həyata keçirmək üçün böyük sərmayələr nəzərdə tutur”. O əlavə edib ki, nəhayət, Rusiya neftinin alışını qadağan etməyi təklif edirik. Gəlin etiraf edək: bu asan olmayacaq. Amma biz bunun üzərində işləməliyik”.
Məlumat üçün qeyd edək ki, Aİ-nin Rusiyaya qarşı beşinci sanksiyalar paketi aprelin 8-də qüvvəyə minib.
Buraya 2022-ci ilin avqustundan Rusiya kömürünün alınmasına qadağa və Rusiya gəmilərinin Aİ limanlarına daxil olmasına qadağa daxildir.
Göründüyü kimi, Rusiyaya qarşı sanskiyalar nəinki aradan qaldırılmır, əksinə sərtləşdirilir. Bundan sonra əsas diqqət həm də onun tətbiqinə yönəldiləcək. Belə ki, Rusiyanın bu sanksiyalardan yayınmasına şərait yaradan şirkətlər və hakimiyyətlər də cəzalandırılacaq. Odur ki, Azərbaycan da bu niyyətdən daşınmalıdır.
Məlumat üçün onu da qeyd edək ki, sanksiyaların arasında ən təsirlisi neftə qoyulan embarqodur. \ Beynəlxalq Enerji Agentliyinə istinadən deyə bilərik ki, 2021-ci ildə Rusiya gündəlik 10,1 million barrel neft istehsal edib ki, onun da 45 faizi və ya 4,7 milyon barreli ixrac edilib. Rusiyanın neft ixracatının təxminən yarısı Iqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT) üzv ölkələrinin payına düşür. Bununla yanaşı Çin də Rusiyadan xam neft idxal edən əsas ölkələrdən hesab olunur.
Qaza gəlincə, ötən il Rusiyanın illik qaz ixracı 8,9 trilyon kub metr olub ki, onun da 74 faizi İƏİT ölkələrinin payına düşüb. İldə 262 milyon ton kömür ixracatında İƏİT ölkələrinin xüsusi çəkisi 32 faizdir.
Rusiya Maliyyə Nazirliyinin açıqlamasına görə, 2020-ci ildə Rusiyanın xam neft ixracının dəyəri təxminən 73,4 milyard ABŞ dolları təşkil edib ki, bu da əvvəlki ildə qeydə alınan 121,4 milyard ABŞ dollar ilə müqayisədə 40 faizə qədər azdır. Ümumiyyətlə 2020-ci il neft ixracatından Rusiyanın əldə etdiyi gəlirlər son onillikdə ən aşağı göstəricisi hesab olunur. 2021-ci ildə Rusiyanın xam neft ixracının dəyəri əvvəlki illə müqayisədə 52 faiz artaraq 110,1 milyard ABŞ dollarından çox olub. Neft gəlirlərinin piki həddi 2012-ci ildə, Rusiya təxminən 180,9 milyard ABŞ dolları dəyərində xam neft ixrac etdiyi zaman qeydə alınıb. Müqayisə üçün qeyd edək ki, Rusiyanın neft gəliri 2000-2004-cü illərdə ildə 33,5 milyard dollar, 2005-2008-ci illərdə 223,6 milyard dollar, 2011-2013-cü illərdə isə 394 milyard dollar olub.
Rusiyanın enerji daşıycılarının ixracatından cəmi qazanclarına gəlincə, öncə onu qeyd edək ki, bu mənbədən Rusiyanın əsas qazancı xam neft ixracatındandır. Belə ki, 2021-ci ildə Rusiya 230 mln ton xam neft ixracından $110,12 mlrd, 144,3 mln ton neft məhsulu ixracından – $70 mlrd, 203,5 mlrd m3 təbii qaz ixracından isə – $55,51 mlrd qazanıb. Bundan əlavə , ötən il Rusiya maye qaz (LNG) ixracından $7,32 mlrd gəlir əldə edib.
2021-ci ildə Rusiyanın təbii qaz ixracının 185,1 mlrd m3-u “uzaq xaric” ölkələrinin payına düşüb: bunun 10 mlrd m3-u Çində, 174,9 mlrd m3-i isə Avropa bazarında (Türkiyə daxil) satılıb, yalnız Avropa bazarında satış həcmləri isə 148 mlrd m3 təşkil edib. Belə ki, ötən il Türkiyə Rusiyadan qazı “Mavi axın” kəməri ilə 15,98 mlrd m3 həcmində, “Türk axını” kəməri ilə isə – 10,9 mlrd m3 idxal edib.
Digər xəbərlər
Tarix: 04-05-2022 21:27 | Bölmə: Siyasət | Baxış: 164
Press-fakt bildirir ki, bu paketə, həmçinin mərhələli neft embarqosu təklifi də daxil edilib.
Bununla yanaşı 6-ci anti-Rusiya sankiya paketinə fərdi olaraq Buçada hərbi cinayətlər törətmiş yüksək rütbəli hərbçiləri və digər şəxslər daxildir.
Buraya 2022-ci ilin avqustundan Rusiya kömürünün alınmasına qadağa və Rusiya gəmilərinin Aİ limanlarına daxil olmasına qadağa daxildir.
Məlumat üçün onu da qeyd edək ki, sanksiyaların arasında ən təsirlisi neftə qoyulan embarqodur.
Xəbəri paylaş
Digər xəbərlər
30-03-2024, 23:55
XİN 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanat yayıb
30-03-2024, 23:50
Ermənistanın “dost”ları kimlərdir? - VİDEO
30-03-2024, 23:45
“RUSİYADA VƏZİYYƏT DRAMATİK DƏRƏCƏDƏ AĞIRDIR...”- “Ölkəni Avropadan ayırmaq böyük fəlakətdir”/Müsahibə
30-03-2024, 21:10
Aİ Türkiyənin aviaşirkətinə onun ərazisi üzərindən uçmağı qadağan etdi
30-03-2024, 21:05
"Crocus City Hall"dakı terror aktında yaralı sayı 695-ə çatıb
30-03-2024, 20:30
Səlcuq sultanlarının DNT analizi üzrə heykəlləri hazırlandı - FOTO
30-03-2024, 20:07
Rusiya ilk dəfə bu bombadan istifadə edib - Böyük dağıdıcı gücə malikdir
30-03-2024, 20:00
“Türkiyə Ukraynaya silahlar verəcək”- ”Aydınlıq” nəşri
30-03-2024, 19:25
Erməni siyasətçi Tacikistan və Qırğızıstanı TƏHQİR ETDİ: “Bədbəxt ölkələrdir”- VİDEO
30-03-2024, 18:00
“Rusiya cəmiyyəti benzinsiz, dizelsiz yaşamağı öyrənməlidir - Bu, ədalətlidir”- Zelenski
30-03-2024, 17:45
“AVRO-2024”-ə DRONLARLA TERROR HÜCUMU OLA BİLƏR - “BİLD”
30-03-2024, 17:30
DİN vətəndaşlara müraciət etdi: "Saxta elektron sikkələr sataraq..."
30-03-2024, 17:25
Türkiyə ABŞ-dan F-16-ların tədarükünü azalda bilər
30-03-2024, 17:15
“ABŞ yardımının gecikməsi Ukraynaya baha başa gəlir”- Zelenski
30-03-2024, 17:00
Taciklər kütləvi şəkildə Rusiyanı tərk edir - “Vətəndaşlarımız panika, qorxu içindədir..."
30-03-2024, 16:45
“İRAN HÖKUMƏTİ ÖZ NÜVƏ POTENSİALINI ARTIRIR”- "Təftişə icazə vermirlər”- Rafael Qrossi
30-03-2024, 16:30
İrəvanın "şıltaqlığına" Kremlin səbrlə “dözməsi”nin səbəbi nədir?- Ekspert AÇIQLADI
30-03-2024, 16:15
İranda hicabı tənqid edən güneyli müəllimə həbs cəzası verildi
30-03-2024, 15:45
Əskipara kəndinə xüsusi polis qüvvələri göndərildi...- "İzah edirlər ki, bu, onlara kömək etmir, əksinə, zərər verir"
30-03-2024, 15:30
STALİNİN QIZINI SEVƏN KAPLER - Sovet lideri ona ingilis casusu damğası vurdu, amma...
30-03-2024, 15:25
İŞİD sözçüsü Rusiyadakı terrordan sonra müraciət yayıb - “Vilayəti-Xorasan”a təşəkkür
30-03-2024, 15:15
Rusiya-Gürcüstan sərhədində minlərlə maşın gözləyir
30-03-2024, 15:00
Jurnalistlər “Crocus”da terror aktının sponsorlarına məxsus kriptopulqabı tapıblar
30-03-2024, 14:45
“RUSİYA ORDUSU İRƏLİLƏYİR" - "Ukrayna müqavimət göstərə bilməyəcək”
30-03-2024, 14:15
Türkiyədə “sükut günü”dür - Xəbər, proqnoz və şərh vermək qadağandır
30-03-2024, 14:00
HƏYAT YOLDAŞI GENERALI MƏHKƏMƏYƏ VERDİ - FHN-də növbəti qalmaqal
30-03-2024, 13:55
İsrail Qəzzanı bombalayıb - Xeyli sayda insan həlak olub
30-03-2024, 13:50
Britaniya ordusunda 100 illik qadağa ləğv edildi: Saqqal saxlamaq olar
30-03-2024, 13:15
Ermənistanın Rusiyaya ixracı 3 dəfə artıb - İrəvanın Moskvaya dəstəyini Aİ də təqdir edir?
30-03-2024, 13:00
Fazil Mustafaya sui-qəsdlə bağlı növbəti məhkəmə - Şahidlər ifadə verdi
30-03-2024, 12:55
“ABŞ-ın dəstəyi olmasa, Ukrayna ordusu geri çəkiləcək”- Zelenski
30-03-2024, 12:40
DƏRMANLAR KƏSKİN BAHALAŞIB - Qiymətləri kimlər artırır? /VİDEO
29-03-2024, 23:00
Azərbaycanda narkotikə görə 7 il həbsə alınan 32 YAŞLI QADIN DANIŞDI: “Rəfiqələrimin günahıdır..."- VİDEO
29-03-2024, 22:50
“ABŞ-ın Ukraynaya ümumi yardımı 113 milyard dolları ötür”- “Fox News”
29-03-2024, 22:35
Yalnız “qadınlardan” ibarət olan “TROLL FABRİKİ”ni NAZİRLİKLƏ NƏ BAĞLAYIR?- FOTOFAKT
29-03-2024, 22:22
İran səfirinin Azərbaycanda diplomatik missiyası başa çatıb
29-03-2024, 22:00
"Rusiya Xarkova hücum edərsə, bu, onun üçün fəlakətə çevriləcək"- Sırski
29-03-2024, 21:55
"Qarabağ" sona 8 tur qalmış 11-ci çempionluğunu rəsmiləşdirib
30-03-2024
29-03-2024