YƏMƏNƏ HÜCUMUN PƏRDƏARXASI - Qərar necə verildi?
Məlum olduğu kimi, ABŞ Prezidenti Co Bayden cümə axşamı gecə etdiyi açıqlamada ABŞ və Böyük Britaniyanın Avstraliya, Kanada, Hollandiya və Bəhreynin dəstəyi ilə Yəməndəki Husi hədəflərinə havadan və dənizdən hücumlar təşkil etdiyini açıqlayıb.
Birgə bəyanata görə, cavab tədbiri Husilərin Qırmızı dənizdə ticarət gəmilərinə hücumlarına cavab olaraq həyata keçirilib.
Bəs əslində hücum qərarının arxasında nə dayanıb?
Britaniya mediasının məlumatına görə, Ağ Ev həftələrdir Husilərə qarşı bir hücum planlaşdırırdı. Məlumata görə, Yeni il günü Danimarkanın konteyner gəmisinə edilən hücum ABŞ-nin səbrini daşıran son damla olub.
ABŞ və onun 13 müttəfiqi yanvarın 3-də son dəfə xəbərdarlıq etsələr də, Husilər 20-yə yaxın pilotsuz uçuş aparatı ilə yenidən hücuma keçiblər.
Yəmənə hücumun pərdəarxası
Xarici KİV-lər yazır ki, Bayden administrasiyası masaya qoyduğu hərbi variantlar üçün müttəfiqlərinə müraciət edib. Böyük Britaniya Qırmızı dənizdəki koalisiyanın üzvü olan digər ölkələrdən fərqli olaraq əməliyyata dəstək verməklə yanaşı, həm də iştirak etmək istədiyini bəyan edib.
Danışıqlar nəticəsində Böyük Britaniya Kiprdəki Akrotiri bazasından 4 ədəd döyüş təyyarəsi və bir ədəd yanacaqdoldurma təyyarəsi göndərməyə razılaşıb. Hollandiya, Avstraliya, Kanada və Bəhreyn isə kəşfiyyat dəstəyi verib. İtaliya isə əməliyyatda iştirakdan imtina edib.
Qərar necə qəbul olundu?
Qeyd olunur ki, Bayden Konqresə hava zərbələri barədə məlumat verib, lakin bununla bağlı Konqresin təsdiqini gözləməyib. Konqresin icazəsi olmadan həyata keçirilən hərbi hücum ABŞ-da kimin müharibə elan etmək səlahiyyətinə malik olması ilə bağlı uzun müddətdir davam edən müzakirələri yenidən alovlandırıb.
ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Pramila Jayapal hərbi əməliyyata Konqres tərəfindən icazə verilməsi lazım olduğunu xatırladıb və bu vəziyyətin konstitusiyaya görə, qəbuledilməz bir pozuntu olduğunu bildirib.
Nümayəndələr Palatasının digər üzvü Ayanna Pressley də vəziyyəti "qəbuledilməz" olaraq qiymətləndirib.
Böyük Britaniyada isə ABŞ-nin hücumuna qoşulmaq barədə qərar cümə axşamı saat 11:00 radələrində Baş nazir Rişi Sunak tərəfindən qəbul edilib./azpolitika
Digər xəbərlər
Tarix: 13-01-2024 14:55 | Bölmə: Siyasət | Baxış: 116

Xəbəri paylaş
Digər xəbərlər
30-03-2024, 23:55
XİN 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanat yayıb
30-03-2024, 23:50
Ermənistanın “dost”ları kimlərdir? - VİDEO
30-03-2024, 23:45
“RUSİYADA VƏZİYYƏT DRAMATİK DƏRƏCƏDƏ AĞIRDIR...”- “Ölkəni Avropadan ayırmaq böyük fəlakətdir”/Müsahibə
30-03-2024, 21:10
Aİ Türkiyənin aviaşirkətinə onun ərazisi üzərindən uçmağı qadağan etdi
30-03-2024, 21:05
"Crocus City Hall"dakı terror aktında yaralı sayı 695-ə çatıb
30-03-2024, 20:30
Səlcuq sultanlarının DNT analizi üzrə heykəlləri hazırlandı - FOTO
30-03-2024, 20:07
Rusiya ilk dəfə bu bombadan istifadə edib - Böyük dağıdıcı gücə malikdir
30-03-2024, 20:00
“Türkiyə Ukraynaya silahlar verəcək”- ”Aydınlıq” nəşri
30-03-2024, 19:25
Erməni siyasətçi Tacikistan və Qırğızıstanı TƏHQİR ETDİ: “Bədbəxt ölkələrdir”- VİDEO
30-03-2024, 18:00
“Rusiya cəmiyyəti benzinsiz, dizelsiz yaşamağı öyrənməlidir - Bu, ədalətlidir”- Zelenski
30-03-2024, 17:45
“AVRO-2024”-ə DRONLARLA TERROR HÜCUMU OLA BİLƏR - “BİLD”
30-03-2024, 17:30
DİN vətəndaşlara müraciət etdi: "Saxta elektron sikkələr sataraq..."
30-03-2024, 17:25
Türkiyə ABŞ-dan F-16-ların tədarükünü azalda bilər
30-03-2024, 17:15
“ABŞ yardımının gecikməsi Ukraynaya baha başa gəlir”- Zelenski
30-03-2024, 17:00
Taciklər kütləvi şəkildə Rusiyanı tərk edir - “Vətəndaşlarımız panika, qorxu içindədir..."
30-03-2024, 16:45
“İRAN HÖKUMƏTİ ÖZ NÜVƏ POTENSİALINI ARTIRIR”- "Təftişə icazə vermirlər”- Rafael Qrossi
30-03-2024, 16:30
İrəvanın "şıltaqlığına" Kremlin səbrlə “dözməsi”nin səbəbi nədir?- Ekspert AÇIQLADI
30-03-2024, 16:15
İranda hicabı tənqid edən güneyli müəllimə həbs cəzası verildi
30-03-2024, 15:45
Əskipara kəndinə xüsusi polis qüvvələri göndərildi...- "İzah edirlər ki, bu, onlara kömək etmir, əksinə, zərər verir"
30-03-2024, 15:30
STALİNİN QIZINI SEVƏN KAPLER - Sovet lideri ona ingilis casusu damğası vurdu, amma...
30-03-2024, 15:25
İŞİD sözçüsü Rusiyadakı terrordan sonra müraciət yayıb - “Vilayəti-Xorasan”a təşəkkür
30-03-2024, 15:15
Rusiya-Gürcüstan sərhədində minlərlə maşın gözləyir
30-03-2024, 15:00
Jurnalistlər “Crocus”da terror aktının sponsorlarına məxsus kriptopulqabı tapıblar
30-03-2024, 14:45
“RUSİYA ORDUSU İRƏLİLƏYİR" - "Ukrayna müqavimət göstərə bilməyəcək”
30-03-2024, 14:15
Türkiyədə “sükut günü”dür - Xəbər, proqnoz və şərh vermək qadağandır
30-03-2024, 14:00
HƏYAT YOLDAŞI GENERALI MƏHKƏMƏYƏ VERDİ - FHN-də növbəti qalmaqal
30-03-2024, 13:55
İsrail Qəzzanı bombalayıb - Xeyli sayda insan həlak olub
30-03-2024, 13:50
Britaniya ordusunda 100 illik qadağa ləğv edildi: Saqqal saxlamaq olar
30-03-2024, 13:15
Ermənistanın Rusiyaya ixracı 3 dəfə artıb - İrəvanın Moskvaya dəstəyini Aİ də təqdir edir?
30-03-2024, 13:00
Fazil Mustafaya sui-qəsdlə bağlı növbəti məhkəmə - Şahidlər ifadə verdi
30-03-2024, 12:55
“ABŞ-ın dəstəyi olmasa, Ukrayna ordusu geri çəkiləcək”- Zelenski
30-03-2024, 12:40
DƏRMANLAR KƏSKİN BAHALAŞIB - Qiymətləri kimlər artırır? /VİDEO
29-03-2024, 23:00
Azərbaycanda narkotikə görə 7 il həbsə alınan 32 YAŞLI QADIN DANIŞDI: “Rəfiqələrimin günahıdır..."- VİDEO
29-03-2024, 22:50
“ABŞ-ın Ukraynaya ümumi yardımı 113 milyard dolları ötür”- “Fox News”
29-03-2024, 22:35
Yalnız “qadınlardan” ibarət olan “TROLL FABRİKİ”ni NAZİRLİKLƏ NƏ BAĞLAYIR?- FOTOFAKT
29-03-2024, 22:22
İran səfirinin Azərbaycanda diplomatik missiyası başa çatıb
29-03-2024, 22:00
"Rusiya Xarkova hücum edərsə, bu, onun üçün fəlakətə çevriləcək"- Sırski
29-03-2024, 21:55
"Qarabağ" sona 8 tur qalmış 11-ci çempionluğunu rəsmiləşdirib
30-03-2024
29-03-2024