«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
"Polşa Ukraynaya sədaqət məsələsində tərəddüd etməyəcək"- Donald Tusk

Tarix: 14-01-2024 16:30 | Bölmə: Siyasət | Baxış: 81


"Ukrayna Rusiyanı çəkindirməklə Polşaya özünü nisbətən təhlükəsiz şəraitdə hiss etməyə imkan verir..."
 
"Rusiya öz iqtisadiyyatını uğurlu hərbi relslərə keçirib, ona görə də Avropa silah və müdafiəyə daha çox investisiya yatırmalıdır..."
 
Polşa etiraf edib ki, sabiq hökumət seçkilər naminə "Ukrayna əleyhinə notlara" köklənib.
 
Bu barədə Polşanın baş naziri Donald Tusk "TVN24" nəşrinə müsahibəsində bəyan edib.
 
O vəd edib ki, Ukraynada müharibə ilə bağlı mühüm qərarların qəbulunda daha tərəddüd etməyəcək.
 
Tuskun sözlərinə görə, Polşanın "Hüquq və ədalət" partiyası Ukraynaya bağlılıq üzərində manipulyasiya edib. Lakin onun hakimiyyəti dönəmində belə presedentlər olmayacaq", - o, deyib.
 
"Çünki söhbət müharibədən və Rusiya ilə qarşıdurmada bizim və bütün Qərb dünyasının Ukraynaya sədaqətindən gedirsə, burada heç bir şübhə ola bilməz", - o, izah edib.
 
Tusk etiraf edib ki, Ukrayna Rusiyanı çəkindirməklə Polşaya özünü nisbətən təhlükəsiz şəraitdə hiss etməyə imkan verir.
 
Ona görə də gələcəkdə Varşava Ukraynaya yardım haqqında istənilən  neqativ bəyanata qarşı çıxacaq, o, qeyd edib.
 
Bu gün Tusk artıq baş nazir kimi Polşanın digər avropalı tərəfdaşlarına özünün müvafiq mövqeyini ifadə edir.
 
Məmur hesab edir ki, Avropa Rusiyanın öz iqtisadiyyatını uğurla "hərbi relslərə" keçirdiyini nəzərə alaraq silah və müdafiəyə daha çox investisiya yatırmalıdır.
 
"Biz özümüzü heç nə baş vermədiyi kimi göstərə bilmərik. Silah və Ukraynaya müharibədə dəstək məsələsində hər-hansı tərəddüd ola bilməz, mənim üçün bu, mühahisə doğurmayan faktdır", - Tusk deyib.
 
Rusiya Avropa İttifaqı ölkələrinə hücum edə bilər
 
Donald Tuskun fikrincə, Rusiya ordusu yaxın bir neçə ildə müharibəni genişləndirib Avropa ölkələrinin birinə hücum edə bilər.
 
O, bəyan edib ki, strateji nöqteyi-nəzərdən Avropa Rusiyanın hədəflərindən biridir. Rusiya öz silah istehsalını artıracaq və üstünlük qazanacağı aydın olandan sonra Avropaya savaş elan edəcək, Tusk hesab edir.
 
Bu mənada o, xarici işlər naziri Radoslav Sikorski ilə NATO-ya müraciət hazırlayıb. Qeyd edək ki, müvafiq bəyanatla Tusk Ukraynaya güclü raket zərbəsindən sonra edib.
 
O, əlavə edib ki, bu münasibətlərin ikinci tərəfi Polşanın maraqlarını özündə ehtiva edir, o cümlədən söhbət Polşa yükdaşıyıcıları və fermerlərdən gedir.
 
Tusk vurğulayıb ki, bu məsələdə Ukrayna tərəfindən "sərhəddə bütün bu patoloji vəziyyətləri düzəldəcəyini" gözləyir.
 
"Sadə dildə desək, polyaklar Ukraynaya kömək etmək istəyir, amma bundan özləri də, üstəlik, ukraynalıllar da əziyyət çəkməməlidir", - o, bəyan edib./moderator

Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024