«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
"ABŞ Ukraynanı müdafiəyə keçməyə məcbur edə bilər, amma bir şərtlə..." - "Bloomberg"

Tarix: 16-01-2024 22:05 | Bölmə: Siyasət | Baxış: 79



"Biz öz sərhədlərimizi yalnız o halda müdafiə edə biləcəyik ki, ABŞ və Avropa Ukraynanı bütün zəruri olanlarla təmin etsin..."
 

"Nümayəndə Palatasında respublikaçılar və Avropada Orbanın riyakarlığı tarixə düşəcək..."
 
Ağ ev Ukraynadan hücumdan müdafiəyə keçməyi tələb edəcək. Tammiqyaslı müharibə başlanandan təxminən iki il sonra belə faciəli vəziyyət yaranıb.

Bu barədə "Bloomberg" nəşri yazıb.
 
Məlumatda deyilir ki, Davos forumu çərçivəsində ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşü zamanı ona prezident Co Baydenin ismarışını çatdıracaq.
 
İcmalçı Anderas Klut iddia edir ki, Ağ ev Ukraynanın mübarizə strategiyasını dəyişməsini və hücumdan müdafiəyə keçməsini istəyir.
 
"Zelenski anlayır ki, bunun mənası var, hərçənd, bunu açıq şəkildə eşitmək onun xoşuna gəlməyəcək. Ona görə də o, ABŞ və müttəfiqlərinin bütün zəruri olanlarla təmin edəcəyi halda Ukraynanın müdafiəyə keçə biləcəyini Sallivana deməli və o, bunu Baydenə və Konqresə xatırlatmalıdır", - məqalədə deyilir.
 
Jurnalistin fikrincə, tammiqyaslı müharibə başlanandan təxminən iki il sonra yaranmış faciəli vəziyyət bundan ibarətdir.
 
"Ona görə də Zelenski Sallivana onların hər ikisinin bildiklərini deməlidir, yəni yaxşı, biz Qərbin "Abrams", "Leopard" və "Challenger" tanlarını cirkli yerlərdən və xəndəklərdən keçirməyək, bu zaman isə  ruslar bizə yuxarıdan dronlar yağdırsınlar. Biz bunu etməyəcəyik, çünki bu, mənasızdır.
 
Bunun əvəzinə biz hətta Ukraynanın işğal edilmiş ərazilərindəki həmvətənlərimiz onları taleyin hökmünə buraxdığımızı düşünsələr belə, hələ ki, əldə olanlarımızı saxlamağa cəhd edəcəyik. Biz bunu edəcəyik, çünki biz zamanı Putinin deyil, bizim müttəfiqimizə çevirməliyik.
 
Lakin biz öz sərhədlərimizi yalnız o halda müdafiə edə biləcəyik ki, əgər siz, ABŞ və Avropa, bizə dronlar, raketlər, güllələr, həmçinin istehkamları inşa etmək üçün materiallar göndərməkdə davam edəcəksiniz", - analitik hesab edir.
 
Məqalə müəllifi həmçinin güman edir ki, Ukrayna prezidenti atəşin dayandırılması çağırışlarını rədd edərək düzgün hərəkət edir, çünki hesab edir ki, Rusiya bu fasilədən istifadə edəcək və belə addım gələcəkdə təslim olmaq anlamına gələcək.
 
Zelenski və Sallivan anlayır ki, bu dəstək hətta Yaxın Şərqdə yeni savaşın, Şərqi Asiyada gərginliyin və ölkə daxilində Tramp adlı dağıdıcı qüvvənin öhdəsindən gəlməyə cəhd edən Bayden tərəfindən göstərilməlidir.
 
Putin həmçinin müdafiənin taktiki üstünlüklərini anlayıb, o, faktiki olaraq öz ordusuna əraziləri qəsb etməyi dayandırmağı və nəzarət etdiyi əraziləri əldə saxlamağı əmr edib. 
 
Onun üçün bunun həmçinin strateji mənası var. Putin 2024-cü ildə noyabr ayında ABŞ-da prezident seçkilərində Trampın Ağ evə dönəcəyinə və iki prezidentin sövdələşə biləcəyinə ümid edir.
 
"Bu anlamda ən şokedici məqam Qərbin nə dərəcədə Kiyevə artıq xəyanət etməsidir. Əlbəttə, Qərb bütövlükdə deyil, onun ayrı-ayrı hissələri Putinin dezinformasiyasına məruz qalıb və ya başqa prioritetləri var.

Nümayəndə Palatasında respublikaçılar və Avropada Orban əsasən sonunculara aiddir. Onların riyakarlığı tarixə düşəcək", - Klut qeyd edib.
 
Ukraynada müharibə-son xəbərlər
 
Rusiyalı qəsbkarlar Donetsk vilayətinin Qorlovka məntəqəsi istiqamətində itkilərə yol verməmək üçün böyük hücumlar keçirmir.
 
ABŞ-ın Avropadakl Quru Qoşunlarının sabiq komandanı general-leytenant Ben Hoces Rusiyanın Ukraynada beş il müddətində döyüşə biləcəyini dəyərləndirib.
 
Belə ki, Hoces qeyd edib ki, Putinin çoxillik savaşa hazır olması barədə bəyanatlarına inanmaq olar, çünki Rusiya prezidenti dəqiq anladıb ki, "NATO və Ukraynanın məhv edilməsi də daxil olmaqla bütün məqsədlərinə nail olmayınca danışıqlarda maraqlı deyil"./moderator

Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024