«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Fransa Senatından Azərbaycana qarşı sanksiyalar tələb edən qətnamə

Tarix: 18-01-2024 10:58 | Bölmə: Siyasət | Baxış: 100



Fransa Senatı (parlamentin yuxarı palatası) qətnamə qəbul edib və Azərbaycana qarşı sanksiyaların tətbiqinə çağırıb.

Bu barədə parlamentin saytında məlumat dərc olunub.

Qətnamə layihəsinin lehinə 336 senator, əleyhinə 1 senator səs verib. Ümumilikdə iclasda 339 senator iştirak edib.

Qətnamədə senat Fransa hökumətini avropalı tərəfdaşları ilə birlikdə Azərbaycana qarşı bütün diplomatik tədbirləri görməyə çağırıb. Buraya Aİ-nin Azərbaycanla münasibətlərinə tam yenidən baxılması, Azərbaycandan qaz və neftin tədarükünə embarqo qoyulması və Bakıya qarşı sanksiyaların tətbiqi də daxildir.

Fransa senatı bütün bunlara əsas olaraq isə Azərbaycanın ötən ilin sentyabrında öz ərazisindəki qondarma silahlı qruplaşmaya qarşı keçirdiyi anti-terror əməliyyatını göstərib.


Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024