«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Baydenin müşaviri yeni dünya düzəninin formalaşdığını bəyan edib

Tarix: 18-01-2024 16:00 | Bölmə: Siyasət | Baxış: 94
Baydenin müşaviri yeni dünya düzəninin formalaşdığını bəyan edib


"İkinci dünya savaşından sonra "soyuq müharibə" dövründə yaranan dünya modeli öz ömrünü başa vurmaqdadır..."
 
"Bizim əsrimiz dağıdıcı dəyişikliklər əsridir, bunların bəziləri müsbət, digərləri neqativ olub..."
 
"ABŞ ən vacib beynəlxalq münasibətləri nizama salmaq üçün intensiv və çox fəal diplomatiya tətbiq edir..."
 
Beynəlxalq birlik yeni eranın başlanğıcındadır, burada iki böyük dövlət bir-birindən qarşılıqlı surətdə asılıdır, eyni zamanda dünya düzənini müəyyən etmək haqqı uğrunda sərt rəqabət aparır.

Bu barədə ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan Davosda Ümumdünya İqtisadi Forumunda bəyan edib.

Məlumatı "Associated Press" agentliyi yayıb.
 
"Bu gün biz yeni eranın başlanğıcındayıq. Ən böyük dövlətlər bir-birindən nə zamansa "soyuq müharibə" dönəmində olduğundan daha çox qarşılıqlı surətdə asılıdır.

Lakin biz həmçinin hansı tip dünyanı qurmaq üğrunda mübarizədə bir-birimizlə sərt rəqabətdəyik. Bizim əsrimiz dağıdıcı dəyişikliklər əsridir", - müşavir vurğulayıb.
 
Onun sözlərinə görə, bu dəyişikliklərin bəziləri müsbət olub, çünki ölkələr texnologiyalardan istifadənin, inkişafa dəstək və bir-biri ilə əlaqələrin dərinləşdirilməsinin yeni üsullarını tapıb.

Digərləri neqativ olub, çünki təhlükli subyektlər daima inkişaf edən beynəlxalq sisteminin hüdudlarını yoxlayıb.
 
"Bir dövrdən başqa bir dövrə keçid öhdəliklər və daha müdrik seçim etmək imkanı ilə müşahidə edilir. Beləliklə, açıq təcavüz qarşısında biz özümüzə qapılmırıq. Prezident Baydenin rəhbərliyi ilə biz qlobal səyləri birləşdiririk", - Sallivan bəyan edib.
 
Amerika prezidentinin müşaviri məlumat verib ki, ABŞ ən vacib beynəlxalq münasibətləri nizama salmaq üçün intensiv və çox fəal diplomatiya tətbiq edir və "öz milli gücü" və müttəfiqləri və tərəfdaşlarının gücünə investisiya yatırır.
 
"Biz beynəlxalq iqtisadi sistemdən imtina etmirik, onu bugünkü və sabahkı çağırışlarına uyğunlaşdırırıq. Biz beynəlxalq sistemin gələcəyini formalaşdırmaq üçün fəal şəkildə rəqabət aparırıq", - Sallivan əlavə edib.
 
O, həmçinin qeyd edib ki, gələcəklə bağlı və ABŞ, onun sözlərinə görə, müasir dünyanın başlıca problemi olan qarşılıqlı aslılıq dövründə strateji rəqabətin öhdəsindən gəlmək iqtidarında olması ilə bağlı nikbin ovqatdadır.
 
Oktyabrın 21-də Bayden seçkipncəki qəbul çərçivəsində Ağ evdə bəyan edib ki, bəşəriyyətin yeni dünya düzəninə ehtiyacı var, çünki ikinci dünya savaşından sonra "soyuq müharibə" dövründə yaranan model ömrünü başa vurmaqdadır.
 
O, həmçinin əlavə edib ki, ABŞ-ın yaranmış geosiyasi şəraitdə uzun müddət ərzində olmayan vəziyyəti yaratmaq üçün "dünyanı birləşdirməyin gerçək şansı" var.
 
Yeni dünya düzəninin zəruri olması tezisi ilə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov da razılaşıb. Bu zaman o, vurğulayıb ki, ABŞ belə bir dünya düzəni yaratmaq qabiliyyətində deyil. 
 
Peskovun sözlərinə görə, yeni dünya düzəni dünya idarəçiliyinin bütün mexanizmlərinin öz iradəsi və qərarlarını başqa ölkələrə zorla qəbul etdirməyə cəhd edən bir dövlətin əlində cəmləşdirmək cəhdlərindən azad olmalıdır.
 
Dünya düzəni beynəlxalq hüquqa, qarşılıqlı hörmətə, qarşılıqlı faydaya, həmçinin başqa ölkələrin daxili işlərinə qarışmamaq prinsiplərinə əsaslanmalıdır.

Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024