«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
"Putin Ukraynadan sonra NATO ölkələrinin üzərinə gedəcək" - Blinken

Tarix: 18-01-2024 23:58 | Bölmə: Siyasət | Baxış: 74


"Putinin aqressiv niyyətləri Ukraynanın hüdudlarından çox kənara çıxır..."
 
"Bu, ciddi təhlükədir, çünki Birləşmiş Ştatları Rusiya ilə birbaşa münaqişəyə çəkə bilər..."
 
ABŞ Dövlət katibi bəyan edib ki, Putini dayandırmasaq, Ukraynadan sonra "NATO ölkələrinin üzərinə gedəcək".
 
Bu barədə o, CNBC telekanalına müsahibəsində bəyan edib.
 
O, xəbərdarlıq edib ki, Rusiya prezidenti Vladimir Putinin aqressiv niyyətləri Ukrayna hüdudlarından çox kənara çıxır.
 
Blinken qeyd edib ki, Kreml rəhbəri ona qalib gəlməyə imkan verilərsə Ukrayna sərhədlərində dayanmayacaq.
 
"Əgər biz Putinə məsuliyyətdən qaçmağa imkan versək, əgər sayıqlığımızı və Ukrayna üçün etdiklərimizi itirsək, bu, Pandora qutusunu açacaq. O, Ukraynada dayanmayacaq və dünyanın digər regionlarındakı potensial təcavüzkarlar bundan dərs alacaq", - Blinken bəyan edib.
 
Dövlət katibinin sözlərinə görə, belə ssenari ciddi təhlükə deməkdir, çünki ABŞ-ı Rusiya ilə birbaşa münaqişəyə cəkə bilər. 
 
"Düşünürən ki, Putin tam şəkildə Ukraynaya hücum edəcək, bundan sonra NATO ölkələrinin üzərinə gedəcək. Əgər o, NATO ölkəsinə hücum edərsə, biz Alyansın Nizamnaməsinin 5-ci maddəsinə uyğun olaraq ona yardım etməyə borclu olacağıq", - Blinken izah edib.
 
O, bəyan edib ki, ABŞ bunun baş verməməsi üçün hər şeyi edəcək və Konqresdə Kiyevə 106 milyard dollar məbləğində prezident Co Bayden tərəfindən sorğu edilən yardım paketinin təsdiqinin vacibliyini vurğulayıb.
 
"Bu, əbədi savaş deyil və bizim üçün də əbədi xərclər deyil. Hazırda biz digər ölkələrlə əməkdaşlıq edərək Ukraynaya özünü müdafiə etməyə kömək edirik, biz Ukraynanın hərbi, iqtisadi və demokratik cəhətdən ayaqda dayanması üzərində işləyirik", - Blinken deyib.
 
Bu zaman o, xəbərdar edib: "Əgər biz bu pulları almasaq, gerçəkdən problem yaşanacaq. Ukrayna üçün gerçək problem olacaq". Bununla bağlı o, vurğulayıb ki, Ukraynaya yardım edilməsi ABŞ və müttəfiqlərinin ümumi işidir və davam etdirilməlidir.
 
"Elə günü bu gün Rusiya Ukraynada strateji məğlubiyyətə uğramaqda davam edir. Biz bunun davam etməsində çox maraqlıyıq", - dövlət katibi deyib.

Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024