«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
"SARSILMAZ MÜDAFİƏÇİ" "OKKASUS": Üçüncü dünya savaşına hazırlıq görülür

Tarix: 19-01-2024 17:05 | Bölmə: Siyasət | Baxış: 140


"Təlimlər Rusiyaya çox bənzəyən "Okkasus" şərti düşmənə qarşı Almaniya, Polşa və Baltikyanı ölkələrin ərazilərində keçiriləcək..."

Tezliklə NATO-nun 90 min hərbçisinin iştirakı ilə ən böyük hərbi təlimlərə start veriləcək
 
NATO "soyuq müharibə" dönəmindən bəri bir neçə ay çəkəcək ən böyük hərbi təlimlər barədə elan edib. Təlimlər "Sarsılmaz müdafiəçi-2024" ("Steadfast Defender-2024") adı altında keçiriləcək.
 
Bu barədə bu gün Brüsseldə NATO-nun Avropada Birləşmiş Silahlı Qüvvələrinın Baş komandanı Kristofer Kavoli jurnalistlərə bəyan edib.

Məlumatı "Reuters" agentliyi yayıb.
 
Qeyd edilir ki, NATO-nun son onilliklərdə ən böyük təlimlərində təxminən 90 min hərbçi iştirak edəcək. "Sarsılmaz müdafiəçi" təlimləri gələn həftə start götürəcək və bu ilin mayınadək davam edəcək.
 
"Alyans Şimali Amerikadan transatlantik qüvvələrinin yerdəyişməsi vasitəsilə Avroatlantik regionunu möhkəmləndirmək qabiliyyətini nümayiş etdirir", - bunu amerikalı general KİV nümayəndələrinə milli müdafiə idarələri rəhbərlərinin ikigünlük görüşündən sonra bəyan edib.
 
Kavolinin sözlərinə görə, NATO və İsveçdən  qoşunlar cəlb ediləcək.
 
Təlimlər Rusiyaya çox bənzədiyi güman edilən "Okkasus" şərti düşmənin NATO-ya hücumundan sonra Şimal Dənizi ilə yanaşı, Almaniya, Polşa və Baltikyanı ölkələrin ərazilərində keçiriləcək.
 
Təlimlərdə Alyans və Alyansa daxilolma prosedurlarını gözləyən İsveçdən 40 min əsgər iştirak edəcək, üçüncü dünya savaşını imitasiya edəcək.
 
Təlimlərin planlaşdırıldığı dəqiqlik və miqyaslılıq onların məqsədinin adi təlimlərin məqsədindən daha üstün olmasını güman etməyə imkan verir. Ən azı 50 hava döyüş əməliyyatlarının işlənilməsi gözlənilir.
 
NATO təlimləri - təfərrüatlar
 

Ötən il bəlli olub ki, NATO soyuq müharibə dönəmindən bəri birgə ən böyük komanda təlimlərini keçirməyi planlaşdırır ki, Rusiyanın üzv ölkələrin birinə mümkün təcavüzünə qarşı cavab tədbirlərini işləyib hazırlasın. 
 
Məlumat verilib ki, "Steadfast Defender" NATO-nun böhrana  cavabından Ukraynyaya hərbi müdaxilədən sonra hərbi alyansa tez bir zamanda keçidinin tərkib hissəsidir.
 
Güman edilib ki, təlimlər 2024-cü ilin yazında keçiriləcək, bu təlimlərdə 500-700 təyyarə, 50-dən çox gəmi və 41 min hərbi qulluqçu iştirak edəcək. 
 
Bəyan edildiyi kimi, təlimlər Almaniya, Polşa və Baltikyanı ölkələrdə keçiriləcək. Həmçinin qeyd edilib ki, bu təlimlərdə İsveç də iştirak edəcək.
 
Təlimlər "Rusiya başda olmaqla yaradılan koalisiyaya bənzər düşmənə qarşı potensial manevrlərin modelləşdirilməsi" üçün nəzərdə tutulub.

Təlimlərdə bu koalisiya "Okkasus" adlandırılıb.

Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024