«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
“Fransa vətəndaşlarının Ukraynaya döyüşə getməsinə qadağa qoya bilməz”- müdafiə naziri

Tarix: 20-01-2024 12:15 | Bölmə: Siyasət | Baxış: 82



"Fransa demokratik ölkə kimi öz qeyri-hərbi vətəndaşlarına Kiyevin tərəfində döyüşmək üçün könüllü olaraq Ukraynaya getməyi qadağan edə bilməz".

Bunu Fransanın müdafiə naziri Sebastyan Lekornu bildirib.

“Ukrayna geyimində döyüşməyə gedən fransız mülki şəxslər var. Amma biz demokratik ölkə olaraq bunları qadağan edə bilmərik”, - deyə nazir LCI telekanalına müsahibəsində bildirib. O vurğulayıb ki, vətəndaşlar karyeralı hərbi qulluqçu deyilsə və Fransanın hərbi qurumları ilə əlaqəsi yoxdursa, qadağa tətbiq edilə bilməz.

Lekornu Rusiya Müdafiə Nazirliyinin Xarkovda onlarla fransız muzdlusunun məhv edilməsi ilə bağlı xəbərini belə şərh edib. O bu bəyanatı qeyri-müəyyən hesab edir.

Lekornunun sözlərinə görə, bu, fransız hərbçilərinin Ukraynada Kiyevin tərəfində döyüşlərdə iştirak etməsi təəssüratını yaratmaq və Parisin münaqişədə “şərikliyi haqqında hekayəni” təbliğ etmək məqsədi daşıyır.

Bundan əvvəl Fransa Xarici İşlər Nazirliyi Xarkovda respublika vətəndaşlarının ölümünü etiraf etməkdən imtina edib. Brifinq zamanı TASS-ın sualına cavab olaraq, departamentin mətbuat xidməti yalnız cümə axşamı verdiyi açıqlamaya yönləndirib.

Fransa Xarici İşlər Nazirliyi ölkənin Ukraynada və ya başqa yerdə muzdlu əsgərlərinin olmadığını iddia edib.

Qeyd edək ki, bir neçə gün öncə Rusiya hərbçiləri Xarkovda müvəqqəti yerləşdirilmə məntəqəsinə yüksək dəqiqliklə zərbə endirib, zərbə nəticəsində 60-dan çox döyüşçü həlak olub. Ölənlərin əksəriyyətinin fransız muxdlular olduğu bildirilib.

Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024